Sizin Reklam Burada

"İngiltərə səfirliyinin belə bir avantürist mövqe nümayiş etdirəcəyini heç kim gözləmirdi"

"İngiltərə səfirliyinin belə bir avantürist mövqe nümayiş etdirəcəyini heç kim gözləmirdi"Mayın 14-də bir qrup ictimai fəal və radikal müxalifət təmsilçilərinin Bakıda keçirilən növbəti icazəsiz aksiyası əslində bundan əvvəl keçirilmiş ənənəvi aksiyalardan heçnə ilə fərqlənmirdi. Adi, sıradan bir aksiya idi. Və bu aksiyanın insidentsiz keçdiyi, saxlanılanların olmadığı hər kəsə məlumdur. İcazəsiz olmasına baxmayaraq həmin gün polis tərəfindən aksiya iştirakçılarına tədbirin qətnaməsini oxumaq imkanı da verildi. Bütün bunları aksiyanın iştirakçı və təşkilatçıları özləri də təsdiqləyib. Onlar aksiya iştirakçılarına qarşı polis tərəfindən hər hansı bir zorakılığın olmadığını bildiriblər.

Əgər zorakılıq faktları baş versəydi, bunu gizlətmək, ört-basdır etmək qeyri-mümkün olardı. Lakin İngiltərənin Azərbaycandakı səfirliyi isə çağırılmamış qonaq libasına bürünərək mayın 14-də keçirilən aksiya zamanı guya, etirazçılara qarşı polislər tərəfindən kobud rəftar olunduğu iddiası ilə çıxış etdi. Səfirliyin sosial şəbəkə hesablarında sözügedən aksiya ilə bağlı paylaşımlarda “dinc etiraz aksiyasının dağıdılması” kimi əsassız ifadələr yer aldı.

Sözün açığı, İngiltərə səfirliyinin belə bir avantürist mövqe nümayiş etdirəcəyini heç kim gözləmirdi. Əgər İngiltərə səfirliyi 14 may aksiyasına münasibət bildirməsəydi, mən əminəm ki, bu aksiya sıradan bir aksiya kimi dərhal unudulub gündəmdən çıxacaqdı. Lakin Böyük Britaniyanın Bakıdakı diplomatik korpusu bu hərəkəti ilə sanki odun üstünə benzin tökdü və aksiyanın özündən heç bir nəticə əldə edə bilməyən təşkilatçılar bu dəfə fürsətdən istifadə edib səfirliyin yaratdığı süni ajiotajdan yararlanmağa başladılar. Onların imkanı olsa, hətta gedib ingilis səfirliyinə təşəkkür də edərlər ki, “sağolun ki, sayənizdə diqqət mərkəzinə düşməyi bacardıq”.

Çox güman ki, səfirliyin özü də indiki həssas məqamda belə bir ajiotaja rəvac verməyindən, “nəlbəkidə fırtına yaratmağından” olduqca məmnundur. Onların bu davranışı həm Azərbaycana qarşı ənənəvi qərəzli mövqedən, həm də konkret siyasi maraqlardan irəli gəlir. Böyük dövlətlər bu cür məqamlardan həmişə Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Onların dərdi heç də demokratiyanın inkişafına töhfə vermək, insan hüquqlarının qorunmasına təminat almaq deyil.

Çox güman ki, ingilislərin məqsədi sadəcə olaraq fürsətdən yararlanmaq, müəyyən dividendlər əldə etməkdir. İngilislər bunu çox yaxşı bacarırlar. Necə deyərlər, suyu bulandırmaq və bulanlıq suda balıq tutmaq ingilis diplomatiyasının köhnə xüsusiyyətidir. Ancaq göründüyü kimi bu taktika bu dəfə işləmədi. İngiltərə səfirliyinin Roma Papasından artıq katoliklik etmək cəhdi gözlənilən nəticəni vermədi.

Şübhəsiz ki, ingilis səfirliyinin bu addımı diplomatik avantüradır. Lakin bu avantüra onsuz da kifayət qədər müsbət məcrada inkişaf edən Azərbaycan-İngiltərə münasibətlərinə heç bir xələl gətirə bilməz. Zənnimcə, İngiltərə səfirliyi bundan sonra ölkəmizdə cərəyan edən siyasi proseslərə münasibət bildirməzdən əvvəl necə deyərlər, yüz ölçüb, bir biçəcək.

Yeri gəlmişkən, İngiltərənin Ermənistandakı səfirliyi isə İrəvanın “Fransa” meydanında keçirilən etiraz aksiyalarını görməzdən gəlir. Həmin aksiyalarda baş verən kütləvi zorakılıqlar səfirlik tərəfindən susqunluqla qarşılanır. Bunun özü də olduqca düşündürücüdür. İngilis diplomatlar Bakıdakı kiçik aksiyanı qara rəngdə, İrəvanda keçirilən davamlı aksiyaları isə ağ rəngdə görürlər. Heyrətamiz diplomatiyadır...

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər