Nəbatat bağına yeni nəfəs gəldiBakı şəhərində ilk dəfə olaraq Nəbatat bağının yaradılması haqqında fikirlər 1930-cu ildən səslənməyə başlanmışdı. O vaxtlar neft sənayesi və respublika mərkəzi kimi inkişaf edən Bakı şəhəri təbii ki, abadlaşdırılmalı və yaşıllaşdırılmalı idi. Respublikanın yeni bağlara, istirahət parklarına böyük ethtiyac var idi. Eyni zamanda şəhərin və sənaye müəssisələrinin yaşıllaşdırılmasının elmi əsaslara aparılması tələb olunurdu. Bununla əlaqədar olaraq, 1932-ci ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsinin Nəbatat bölməsinin tərkibində təcrübü Nəbatat bağı salmaq üçün yaşıllaşdırma bölməsi təşkil olunur və bu bölmədə bitkilərin örtülü və acıq şəraitdə becərilməsi işinə başlanılır.

Hazırda Nəbatat bağının ərazisi 42 hektara çatdırılıb. Bu yaxınlarda AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Mərkəzi Nəbatat Bağının rəhbərliyi dəyişdirilib və Natiq Allahverdiyev direktor təyin edilib. Bu qərar kollektiv tərəfindən yüksək qiymətləndirilib.

Natiq müəllim ilk iş günlərindən kollektivi səfərbər edərək, bağın ayrı-ayrı sahələrinin qurumuş və xəstə ağac və kollardan təmizlənir, başı qurumuş bitkilərə forma verilməsi işlərinə başlayıb. Bir sözlə bağa qulluq işləri genişləndirilir.

Hazırda Mərkəzi Nəbatat Bağında Azərbaycanın “Qırmızı kitab”ına daxil edilmiş bitki növlərindən təxminən 100-dən çoxu bağın təcrübə sahələrində becərilir. Həmin bitkilərin becərilməsi, onların çoxaldılması və yenidən təbiətə qaytarılması qarşıda duran əsas məsələlərdən biridir. Bu istiqamətdə də artıq mühüm işlər aparılır və gələcəkdə onların genişləndirilməsi nəzərdə tutulub.

Yeni rəhbərlik tərəfindən Mərkəzi Nəbatat Bağının daha da inkişaf etdirilməsində xarici ölkələrin alimlərinin tədqiqatlarından geniş istifadə edilməsinə və müqayisəli təhlilinə xüsusi yer ayrılır. Onun fikrincə yaxın gələcəkdə bu bağ nəinki, respublikada, həm də xarici ölkələrdə özünəməxsus bitki növü müxtəlifliyinə görə tanınmalıdır. Bunlara nail olmaq üçün bütün kollektiv işləməli, Mərkəzi Nəbatat Bağını görmək istədiyimiz səviyyədə inkişaf etdirməliyik.

Texniki işcilər ilk dəfə olaraq xüsusi geyimlərlə təmin edilib. Nizam-intizama ciddi nəzarət edilir və işcilər həvəsləndirici mükafatların verilməsi istiqamətində işlər aparılır.




Füzuli Kərimov
“Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə”
İctimai Birliyinin sədri

“WhatsApp” hansı telefonlarda işləməyəcək?Noyabrın 1-dən etibarən dünyanın ən populyar mesencerlərindən olan “WhatsApp” bir sıra köhnə model telefonlarda işləməyəcək. Xarici KİV-lərin yaydığı xəbərə görə, mesencerin texniki heyəti bəzi smartfonlarda tətbiqin yenilənməsini dayandıracaq. Məhz qeyd olunan tarixdən sonra həmin modellərdəki “WhatsApp” proqramlarına texniki dəstək verilməyəcək.

Belə ki, gələn aydan etibarən “WhatsApp”ın çalışmayacağı telefonların siyahısı:

Apple

iPhone SE

iPhone 6S

iPhone 6S Plus

Samsung

Galaxy Trend II

Galaxy SII

Galaxy S3 mini

Galaxy Xcover 2

Galaxy Core

Galaxy Ace 2

LG

Lucid 2

Optimus F7

Optimus F5

Optimus L3 II Dual

Optimus F5

Optimus L5

Best L5 2

Optimus L5 Dual

Optimus L3 II

Optimus L7

Optimus L7 II Dual

Optimus L7 II

Optimus F6 Enact

Optimus L4 II Dual

Optimus F3

Optimus L4 II

Best L2 2

Optimus Nitro HD 4X HD

Optimus F3Q

ZTE

Grand S Flex

V956

Grand X Quad V987

Large Memo

Huawei

Ascend G740

Ascend Mate

Ascend D Quad XL

Ascend D1 Quad XL

Ascend P1 S

Ascend D2

Sony

Sony Xperia Miro

Sony Xperia Neo L

Xperia Arc S

Digər markalar

Alcatel One Touch Evo 7

Archos 53 Platinum

HTC Desire 500

Caterpillar Cat B15

Wiko Cink Five

Wiko Darknight

Lenovo A820

UMi X2

Faea F1

THL W8
Lavrov: Rusiya ilə NATO arasında əlaqə yoxdur"Mən Rusiya ilə NATO arasındakı əlaqələri fəlakətli adlandırmazdım, çünki bunun üçün ümumiyyətlə, hər hansı bir əlaqə olmalıdır. Bizim isə NATO ilə heç bir münasibətimiz yoxdur".

Publika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov norveçli həmkarı Anniken Huitfeldlə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib.

Lavrov NATO ilə münasibətlərinin olmadığını bəyan etdiyi halda bu qurumun Baş katibi Yens Stoltenberqi özünün dostu adlandırıb.

"NATO Rusiyanın dostu deyil, onlar bizimlə dostluq istəmirlər. Onlar Rusiya və Çini NATO-ya təhlükə adlandırırlar. Mənim yaxın dostum, Norveçin möhtəşəm Baş naziri olmuş Yens Stoltenberq indi bəyan edir ki, NATO bütün dünyada təhlükəsizliyə görə məsuliyyət daşımalıdır", – rusiyalı nazir vurğulayıb.
Ermənistan Prezidenti Səudiyəyə səfər etdiErmənistan Prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanına işgüzar səfər edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Sarkisyanı Ər-Riyad hava limanında səfər etdiyi ölkənin xarici işlər üzrə dövlət naziri Adel əl-Cubeyr qarşılayıb.

Bildirilir ki, indiyədək Ermənistan və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr olmayıb və erməni rəsmilər indiyədək bu ölkəyə səfər etməyiblər. Mətbuat xidməti Sarkisyanın səfərini tarixi addım adlandırıb.
Əməkdar artisti maşın vurdu: vəziyyəti ağırdırƏməkdar artist Elizbar Osmanovu maşın vurub.

Qaynarinfo xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində Bakı Dövlət Sirkinin yaxınlığında baş verib.

1 saylı Kliniki Tibbi Mərkəzə aparılan Elizbar Osmanovun vəziyyəti ağır olub.

Xəstəxanadan verilən məlumata görə, 19:05-də gətirilən əməkdar artist cərrahi əməliyyata alınıb. Hazırda əməliyyat bitib, xəstənin vəziyyəti ağırdır.

Elizbar Osmanovu vuran BMV markalı maşının sürücüsü polis tərəfindən dindirilir.

Qeyd edək ki, Elizbar Osmanova Prezidentin sərəncamı ilə 16 oktyabr 2021-ci ildə "Əməkdar artist” fəxri adı verilib.
İŞİD 6 aya ABŞ-a hücum edə bilər - PentaqonİŞİD-in Əfqanıstan qolu 6 ay ərzində ABŞ-a hücum etmək qabiliyyətinə çata bilər.

Axar.az xəbər verir ki, bu sözləri Pentaqon nümayəndəsi Kolin Kahl deyib.

O bildirib ki, Taliban İŞİD-ə qarşı mübarizəyə maraq göstərir:

“Bizim dəyərləndirməmizə görə, Taliban və İŞİD-Xorasan qatı düşməndirlər. Talibanın İŞİD-i təqib etməsi potensialı yüksəkdir. Məncə, burada iradə ilə bağlı problem yoxdur. Sadəcə mübarizəyə gücləri çatacaqmı, ya yox?! Bunu görəcəyik”.
Əliyevdən Ərdoğana: Azərbaycanda hər kəs sizi sevirİkinci Qarabağ müharibəsinin ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olub.

Avrasiya.net-in xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.

“Əziz qardaşım, sayın Cumhurbaşkanı ilk saatlarda Azərbaycana dəstək göstərdi. Bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizə çox böyük dəstək verdi. Siyasi və mənəvi dəstək. Bizə əlavə güc verdi. Bu gün Azərbaycan xalqı haqlı olaraq əziz qardaşım, sizə öz təşəkkürünü bildirir. Siz bilirsiniz ki, Azərbaycanda hər kəs sizi sevir, sizə böyük hörmətlə yanaşır. Siz bizim Zəfərimiz üçün çox böyük işlər görmüsünüz”, - dövlət başçısı bildirib.
Ərdoğan Zəngəzur dəhlizindən danışdı: Daha irəli gedəcəksiniz!Bu gün təməli qoyulacaq yol Zəngəzur dəhlizi yoludur. Başlanğıcını dayandığımız bu yerdən götürəcək. Birinci qovşaq budur. Buradan Ağbəndə, Ermənistan sərhədinə qədər məsafə 123,6 kilometrdir.

Axar.az-ın xəbərinə görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Zəngəzur dəhlizi - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu barədə məlumat verərkən deyib.

Daha sonra R.T.Ərdoğan soruşub:

"Ermənistan sərhədinə qədər gedirsiniz, elədirmi? Daha irəli gedəcəksiniz".

S.Məmmədov isə cavabında deyib: "Bəli, oradan da o tərəfə keçəcəyik. Allahın köməyi ilə düz İstanbula qədər gedəcəyik, Avropaya qədər gedəcəyik. Allah Sizləri qorusun".
İrana getmək üçün hansı sənədlər tələb olunur?İranda koronavirus epidemiyasının əhəmiyyətli dərəcədə nəzarətdə saxlanılmasından və qarşısının alınmasından sonra 23 oktyabr 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikası vətəndaşlarının bu ölkənin hava və quru sərhədlərindən (Astara, Biləsuvar, Culfa və Poldəşt) giriş-çıxışı əvvəlcədən icazə alınmasına ehtiyac olmadan tələb olunan sağlamlıq protokollarına riayət etməklə maneəsiz həyata keçirilir.

Bu barədə Avrasiya.net-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlik tələb olunan sağlamlıq protokollarını da açıqlayıb:

- Rəsmi hava, dəniz, dəmir yolu və quru sərhədlərindən İrana daxil olduqda 12 yaşdan yuxarı insanlar üçün ikinci koronavirus peyvəndinin vurulduğu tarixdən ən azı iki həftə keçmiş sertifikatı təqdim edilməlidir.

- Koronavirus peyvəndi sertifikatı olmadıqda, mötəbər laboratoriya tərəfindən 96 saatdan çox olmayaraq verilmiş mənfi PCR test sertifikatı təqdim etmək məcburidir.

Məlumata görə, bundan əvvəl və son 9 ay ərzində İranın Bakıdakı səfirliyinin Konsulluq şöbəsindən lazımi icazə alındıqdan sonra 38 qrup şəklində 9 min nəfər Azərbaycan vətəndaşının İran ərazisinə daxil olmasına icazə verilib
Səfirlik mühəndislik məhsulları üzrə Vebinar təşkil edibHindistan Bakıdakı Səfirliyi Mühəndislik Məhsullarının İxracının Təşviqi Şurası ilə birlikdə 26 oktyabr 2021-ci tarixdə Mühəndislik məhsulları üzrə hibrid rejimində Vebinar və ardından da B2B (ikitərəfli görüşlər) təşkil efib.

Səfirkikdın Avrasiya.net-ə verilən məlumata görə, Hindistanın müstəqilliyinin 75-ci il dönümü ilə əlaqədar təşkil olunan tədbirlərin bir hissəsi olan bu vebinarda Hindistanın və Azərbaycanın 40-dan çox müxtəlif mühəndislik şirkətlərinin nümayəndələri iştirak etdi.

Mühəndislik Məhsullarının İxracının Təşviqi Şurası Hindistanın mühəndislik məhsulları istehsalıçılarının və ixracatçılarının milli qurumu olub, Hindistan ixracatçılarına, eyni zamanda, mühəndislik məhsullarını Hindistandan təchiz etmək istəyən idxalçılar habelə beynəlxlaq alıcılara köməklik göstərir.

Tədbirin keçirilməyində məqsəd Hindistan mühəndislik sektoru barədə ətraflı məlumat vermək idi. Tədbirdə Mühəndislik Məhsullarının İxracının Təşviqi Şurasının sədri Maneş Desai açılış nitqi ilə çıxış edərək Hindistanın mühəndislik sektorunun gücü və Hindistan hökumətinin bu sahədə həyata mövcud dövlət proqramı barədə məlumat verdi. O, həmçinin, BŞCND-nin yaxın illərdə iki dost ölkə arasında ticarət həcmini artıraca biləcəyini vurğuladı.

Tədbirdə çıxış edən Səfir B. Vanlalvavna Azərbaycanla iqtisadi əlaqələrin şaxələndirilməsi üçün böyük imkanların olduğunu qeyd etdi. O, Hindistanın mühəndislik məhsullarının Azərbaycan bazarında artıq tanındığını, belə ki istər neft istəsə də qeyri-neft sektoru üçün reaktorlar, qazanlar, nasoslar, klapanlar və s. kimi müxtəlif mühəndislik məhsullarının idxal olunduğunu və ölkədə istifadə edildiyini bildirdi. Daha sonra, qeyd etdi ki, Hindistan mühəndislik sektoru ildə 76 milyard ABŞ dolları dəyərində məhsul ixrac edir və bu sahədə hər iki ölkə arasında əməkdaşlıq əlaqələrini artırmaq üçün daha çox imkanlar mövcuddur.

Azərbaycan statistik məlumatlarına əsasən, Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 2021-ci ilin yanvar-sentyabr ayları üzrə ötən il ilə müqayisədə 20.1% artaraq, 610.1 milyon ABŞ dolları olmuşdur. Hindistan, bu dövrdə Azərbaycanın 8-ci əsas ticarət tərəfdaşı olmuşdur. Azərbaycandan Hindistana ixrac 503.2 milyon ABŞ dolları təşkil edərək, 22.0% artmışdır. Hindistanın Azərbaycanın ümumi ixracındakı payı bu dövrdə 3.4% olmaqla, Hindistan Azərbaycan üçün 8-ci əsas ixrac məkanı olmuşdur. 2021-ci ilin yanvar- sentyabr ayları üzrə Azərbaycanın Hindistandan idxalı isə ötən ilin eyni dövrü ilə müqayisədə 12.2% artararaq, 106.9 milyon ABŞ dolları təşkil etmişdir.