Bəzi qüvvələr təxribatlara əl atır - Ramil UsubovSilahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz dünyada sabitlik məkanı kimi tanınır və bu amil də öz növbəsində respublikada bütün sahələrin hərtərəfli inkişafına zəmin yaradıb.

Bunu Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov “Milli təhlükəsizlik” mövzusunda keçirilən kursun açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, bu gün Azərbaycanın birbaşa iştirakı olmadan beynəlxalq səviyyəli nəqliyyat-logistika və nəhəng enerji layihələrinin reallaşması, mühüm siyasi qərarların qəbul olunması mümkün deyil:

"Son zamanlarda, xüsusən də Vətən müharibəsində qazanılmış Qələbədən sonra bəzi qüvvələr öz məkrli planlarını həyata keçirməklə bölgədə yaranmış sabitliyin yenidən pozulmasına çalışır, müxtəlif təxribatlara əl atırlar".

Bu təhdidlərə qarşı xüsusi xidmət və hüquq-mühafizə orqanlarının birgə effektiv mübarizəsindən danışan general-polkovnik R.Usubov dövlətin hərbi potensialının artırılması, müdafiə qabiliyyətinin yüksəldilməsi istiqamətində daim lazımi tədbirlərin görüldüyünü, vacib addımların atıldığını diqqətə çatdırıb.
Maskın sərvəti 250 milyard dollara çatdı“Speys X” və “Tesla” şirkətlərinin rəhbəri İlon Maskın sərvəti 25 milyard dollar artıb.

Avrasiya.net xəbər verir ki, bu məlumatı “Blomberq” agentliyi yayıb.

Məlumata görə, Maskın sərvəti bununla 250 milyard dollara çatıb. Son sutka ərzində həmçinin Maskın sərvəti 3,9 milyard dollar artıb.
Məhəmməd bin Salman kral əmisini öldürmək istəyib – ƏlcəbriSəudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman 2014-cü ildə kral Abdullanı zəhərli üzüyün köməyi ilə qətlə yetirmək istəyib.

Axar.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı kəşfiyyatının Kanadaya qaçmış keçmiş yüksək vəzifəli əməkdaşı Saad Əlcəbri deyib.

Onun sözlərinə görə, Salman bu barədə o zamankı daxili işlər naziri Məhəmməd bin Naifə deyib:

“Salman Naifə deyib ki, Rusiyadan zəhərli üzük almaq istəyir və kralın əlini sıxmaqla onu öldürməyi düşünür”.

Eks-kəşfiyyatçı vəliəhd şahzadəni psixopat və öz xalqı, bütün dünya üçün təhdid kəsb edən sonsuz resurslara sahib qatil adlandırıb. O, şahzadənin qətllər zamanı üzündə heç bir emosiya olmadığını bildirib.

Qeyd edək ki, kral Abdulla Məhəmməd bin Salmanın əmisi olub. O, 2015-ci ildə vəfat edib. Abdulladan sonra taxta kral Salman oturub. Kral Salmanın vəzifəyə gəlişindən sonra vəliəhd şahzadə əvvəlcə Məhəmməd bin Naif təyin olunsa da 2017-ci ildə bu status Məhəmməd bin Salmana verilib.
ÜST rəhbərindən BƏDBİN PROQNOZ: "Pandemiyanın sonu hələ çox uzaqdadır""Qlobal peyvənd proqramına təcili olaraq 8 milyard dollar lazımdır".

Publika.az "Vesti"yə istinadla xəbər verir ki, bu sözləri BMT-nin baş katibi Antonio Quterreş Berlində keçirilən səhiyyə sammitində çıxışı zamanı deyib.

Ümumdünya Səhiyyə Təşkilatının sədri Tedros Qebreyesu isə əmindir ki, pandemiyaya qalib gəlmək üçün hər şey var, ümumi qətiyyət istisna olmaqla:

"Məndən tez-tez soruşurlar ki, pandemiya nə zaman başa çatacaq? Mənim cavabım belədir: pandemiya dünya onu dayandırmağa qərar verəndə sona çatacaq. Bu, bizim əlimizdədir. Bunun üçün bizdə bütün vasitələr var. Amma dünya bu vasitələrdən düzgün istifadə etmir. Beləliklə, pandemiyanın sonu hələ çox uzaqdır", - deyə ÜST rəhbəri bildirib.
İlham Əliyevdən “Azərbaycanın daimi Prezidenti” təklifinə REAKSİYAOktyabrın 25-də Qubadlı rayonunda ictimaiyyəti ilə görüş zamanı Şəhid Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidovla Prezident İlham Əliyev arasında kiçik dialoq yaşanıb.

Avrasiya.net-in məlumatına görə, Nəriman Həmidovun İlham Əliyevə “Azərbaycanın daimi Prezidenti” adının verilməsi barədə təklifinə ölkə başçısı maraqlı reaksiya verib

Nəriman Həmidov: “…Mənim uzun müddətdir qəlbimdə gəzdirdiyim bir fikrim var, onu çatdıracağam. Mən bütün qədirbilən xalqımızdan xahiş edirəm, mənim fikrimi təsdiq etsin, alqışlasın. Bizim qanunverici orqanımız olan Milli Məclisdənxahiş edirəm ki, Müzəffər Ali Komandan, Prezidentimiz cənab İlham Əliyevə “Azərbaycanın daimi Prezidenti” adı verilsin. Xahiş edirəm ki, xalqımız da, Milli Məclis də bunu qəbul etsin”.

Prezident İlham Əliyev: “Mən veto qoyacağam ona, mənim belə hüququm var. Çox sağ olun, təşəkkür edirəm, sağ olun. Bu səmimi sözlərə görə minnətdaram. Ancaq mənim üçün ən böyük mükafat bax, sizin burada olmağınızdır, keçmiş köçkünlərin gözlərindəki sevincdir, qürurdur. Budur mənim üçün ən böyük mükafat. Mən demişdim, məcburi köçkünlərlə mən dəfələrlə görüşmüşdüm. İndi təsəvvür edin, 100-dən çox qəsəbə salındı, yəni, ev yox, məcburi köçkünlər üçün qəsəbə. Mən hər bir açılışda olmuşam, hər bir açılışda. Köçkünlərlə görüşlər zamanı, - mən onu artıq bir dəfə demişəm, bir daha demək istəyirəm, - görürdüm ki, ümidlər azalır, ümidlər tükənir. Bu da təbiidir. Çünki artıq 30 ilə yaxın vaxt keçir, məsələ də həll olunmur. Artıq hər kəs başa düşürdü ki, Ermənistan bu məsələni danışıqlar yolu ilə həll etmək istəmir. Bu, məni çox incidirdi, çox üzürdü. O görüşlər məndə bir daha o inamı gücləndirirdi ki, biz nəyin bahasına olursa-olsun torpağımıza qayıtmalıyıq. Artıq o baxışlar yoxdur, o kədərli anlar yoxdur, o xatirələr qalır arxada. Artıq keçmiş məcburi köçkünlər ümidlə yaşayırlar, qürurla yaşayırlar. Mənim üçün ən böyük mükafat budur və bundan sonra ən böyük vəzifə bu torpaqları yenidən qurmaqdır, yenidən bərpa etməkdir”.

İsrail İrana ağır zərbələr üçün təlimlərə başlayırİsrail Hərbi Hava Qüvvələri (İAF) növbəti ilin əvvəlində İranın nüvə təsisatlarının vurulması ilə bağlı təlimlərə başlayacaq.

Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.

Bildirilib ki, Təl-Əviv son aylarda bununla bağlı hazırlıqları sürətləndirib.

“Vaşinqton-Tehran arasında 2015-ci ildə imzalanan razılaşmadan sonra İsrail İranın nüvə obyektlərinə hücum məsələsini ikinci plana atdı. ABŞ-ın 2018-ci ildə razılaşmadan çıxmasından sonra hərbi plan yenidən İsrail üçün gündəmə gəldi. Yeraltı nüvə obyektlərini vurmaq xüsusi silah-sursat və taktiki gedişlər tələb edir. İsrail HHQ mümkün hücumda İranın havadan müdafiə sistemləri ilə də mübarizə aparmalı olacaq”, - deyə məqalədə bildirilib.

Qeyd edək ki, bundan öncə İranın nüvə təsisatlarına hücum qabiliyyətinin artırılması üçün İsrail hökumətinin 5 milyard şekel (1,53 milyard dollar) ayırdığı iddia edilmişdi.
Prezident 19 yaşlı Müharibə Qəhrəmanı ilə görüşdüXəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qubadlıda səfərdə olublar.

Avrasiya.net xəbər verir ki, dövlət başçısı səfər çərçivəsində Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubovla da söhbətləşib:

Vətən Müharibəsi Qəhrəmanı: Mən ehtiyatda olan bir əsgər kimi bir çox tədbirlərdə iştirak eləmişəm. Orada qeyd edirdim, cənab Ali Baş Komandanımıza dərin minnətdarlığımı bildirirəm ki, məni 19 yaşımda “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif edib. Şükür Allaha, bu gün öz doğma torpağımızda Sizinləyik. Sizə təşəkkürümü bildirirəm ki, məni və döyüş yoldaşlarımı yüksək fəxri adlarla qiymətləndirmisiniz. Çox təşəkkür edirəm.

İlham Əliyev: Çox sağ ol, mən sənə təşəkkür edirəm, sənin simanda bizim bütün qəhrəman övladlarımıza. Onlar sinəsini qabağa verib düşməni torpağımızdan qovublar. Bax, belə igidlər hesabına biz bu gün burada dayanmışıq.

Vətən Müharibəsi Qəhrəmanı: Hər an hər bir əmrinizi icra etməyə hazırıq.

İlham Əliyev: Sağ ol. Bu medallar hansı şəhərlər uğrundadır?

Vətən Müharibəsi Qəhrəmanı: Cəbrayıl, Füzuli.

İlham Əliyev: Sağ olun.

Birinci xanım Mehriban Əliyeva: Sağ olun.

Qeyd edək ki, əslən Qubadlının Yusifbəyli kəndindən olan V.Yaqubov, 2001-ci ildə Bakıda anadan olub. O, Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin əsgəri kimi iştirak edib. 19 yaşlı Vətən Müharibəsi Qəhrəmanı Füzuli və Cəbrayılın azad olunmasına görə medalları ilə də təltif olunub.
Ərdoğan bu gün Azərbaycana səfərə gəlirBu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana bir günlük işgüzar səfərə gəlir.

Dövlət başçısının təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına enəcək.

R.T.Ərdoğanın səfəri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.

Azərbaycan və Türkiyə prezidentləri işğaldan azad olunan Füzuli rayonunda qısa müddətdə inşa edilən Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəklər.

Bundan başqa, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Füzulidə yeni avtomobil yolunun və Zəngilan rayonunda Türkiyənin dəstəyi ilə inşa ediləcək "Ağıllı aqropark"ın təməlini qoyacaqlar.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə-Azərbaycan əlaqələri müzakirə ediləcək, bu münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində atılacaq addımlar nəzərdən keçiriləcək. Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, həmçinin regional və beynəlxalq proseslərlə bağlı da fikir mübadiləsi aparılacaq. (report)
Lavrov Almaniya Müdafiə Nazirliyinin təhdidlərinə cavab veribRusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauerin “Rusiyanı nüvə silahı ilə hədələməyə hazır olmalıyıq” ifadəsini fantaziya adlandırıb.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

“Reallığa diqqət yetirmək lazımdır. Qoy onun (Almaniyanın müdafiə naziri - Red) xoşuna gəlsin, pərəstişkarlarını sevindirsin. Ancaq ümid edirəm və bilirəm ki, norveçlilər praqmatik insanlardır. NATO üzvü olarn Norveç öhdəlikləri ilə bağlı addımlarını əminəm ki, Rusiya ilə əlaqələrin əhəmiyyətini nəzərə alaraq atacaq”, - Lavrov norveçli həmkarı Anniken Hyuitfeld ilə danışıqlardan sonra bildirib.
Sabah "Azadlıq" da mitinqdirOktyabrın 27-də “Gürcü Arzusu” partiyası Tbilisinin Azadlıq meydanında yekun seçki mitinqini keçirəcək.

Avrasiya.net xəbər verir ki, bu barədə "Gürcü Arzusu" partiyasının rəhbəri İrakli Kobaxidze açıqlama verib.

Onun sözlərinə görə, gürcü xalqının gücünü bir daha nümayiş etdirmək üçün bir araya gəlinəcək:

"Nəzərinizə çatdırırıq ki, 27 oktyabr saat 17:00-da partiyamızın tərəfdarlarının yekun seçki mitinqi keçiriləcək. Ölkəmizin on minlərlə vətəndaşı qəddarları məğlub etmək, ləyaqət və azadlığı qorumaq, ölkəmizin tərəqqisi və inkişafı uğrunda mübarizə aparan gürcü xalqının gücünü bir daha nümayiş etdirmək üçün, bir araya gələcək", - deyə İ. Kobaxidze bildirib.