Nizami rayonu ləğv edilirBakının Nizami rayonu ləğv edilərək, ərazisi Nərimanov və Xətai rayonları arasında bölünəcək.

Avrasiya.net xəbər verir ki, bu barədə “Yeni Müsavat” öz mənbələrinə istinadla məlumat yayıb.

Bildirilib ki, Nizami rayonuna 2020-ci il 11 iyuldan – Arif Qasımovun vəzifədən azad edilməsindən sonra başçı təyin edilməməsinin də səbəbi budur.

Qeyd edək ki, rayon 1980-ci ildə yaradılıb, ərazisi Nərimanov, Sabunçu, Suraxanı və Xətai rayonlarının inzibati əraziləri ilə əhatə olunur. Vaxtilə bu rayonların ərazisindən təşkil edilib.

İddiaya görə, dəyişiklik Bakıda mərkəzi rayonun yaradılması ilə bağlıdır. Belə ki, yeni Baş Plana əsasən şəhərdə Səbayel, Yasamal, Nəsimi, Nərimanov rayonlarının bir sıra hissələrini özündə birləşdirəcək mərkəzi rayon yaradılacaq. Nərimanov rayonunun mühüm bir hissəsi alınaraq mərkəzi rayona verildiyinə görə Nizami rayonu ləğv edilib, ərazisinin əsas hissəsi bu rayona veriləcək.
“AzerGold” ali məktəb tələbələri üçün təqaüd proqramı elan edir“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) dağ-mədən sahəsi üzrə təhsil alan ali məktəb tələbələri üçün “Təqaüd proqramı” müsabiqəsi elan edir.
Səhmdar Cəmiyyətin strateji layihələrinin vaxtında və lazımi kadrlar ilə təmin edilməsi məqsədi ilə təsis edilən təqaüd Azərbaycanda faəliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri arasında keçiriləcək müsabiqə əsasında təqdim olunacaq.

Müsabiqədə 2021-2022-ci tədris ili üzrə ali məktəblərin bakalavr və magistr səviyyəsinin sonuncu kursunda Dağ-mədən mühəndisliyi, Geologiya və Metallurgiya sahələri üzrə əyani təhsil alan, Azərbaycan vətəndaşı olan tələblər iştirak edə bilərlər. Müsabiqə iki – test imtahanı və müsahibə mərhələsindən ibarətdir.
Təqaüd komissiyası tərəfindən aparılan qiymətləndirmə zamanı test imtahanında ən çox bal toplayan 20 namizəd müsahibəyə buraxılacaq. Növbəti mərhələdə hər bir namizədin hazırlığı müvafiq qiymətləndirmə meyarlarına uyğun olaraq müəyyən ediləcək. Yekunda müsabiqəni uğurla keçən 10 nəfər tələbə Təqaüd proqramına cəlb edilərək müvafiq təltifnamə və 9 ay müddətində hər ay 200 AZN olmaqla təqaüd əldə edəcək. Proqramda iştirak edən tələbələrin Səhmdar Cəmiyyətdə təcrübə proqramlarında iştirakı və məzun olduqdan sonra müvafiq vəzifələr üzrə işlə təmin edilməsi nəzərdə tutulur.

Təqaüd proqramı layihəsi və müsabiqənin şərtləri ilə ətraflı tanış olmaq üçün “AzerGold” QSC-nin rəsmi veb saytında (azergold.az) “Karyera” bölməsində yaradılmış “Təqaüd proqramı” altbölməsinə daxil ola bilərsiniz. Müsabiqədə iştirak etmək üçün sözügedən altbölmədəki müraciət formasını doldurmaq tələb olunur.

Qeyd edək ki, müsabiqəyə elan dərc edildikdən sonra (26 oktyabr 2021) start verilir. Müraciət üçün son tarix 5 noyabr 2021-ci ildir.
Strateji hədəflərə istiqamətlənmiş Füzuli Beynəlxalq Hava LimanıƏkrəm Bəydəmirli

Nəhayət bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu. Çox strateji hədəflərə istiqamətlənən bu hava limanı yeni bir mərhələnin başlanğıcı olacaq. Postmüharibə dövrünün yaratdığı reallığın nəticəsi olan, nəhəng tranzit layihələrin gerçəkləşməsinə yol açan Füzuli Beynəlxalq Hava Limanı region dövlətlərinin maraq dairəsindədir. Şübhəsiz ki, iqtisadi inteqrasiyanın dərinləşməsi bölgədə təhlükəsizlik məsələlərinin təminatını, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını hədəfləyir.

Prezidenti İlham Əliyev və Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə belə möhtəşəm məkanın açılışı regionda marağı olan bir çox qüvvələrə ciddi mesaj oldu. Bu mesaj ondan ibarətdir ki, əgər yenidən sabitliyə, sülhə təhlükə yaradacaq qüvvələr ortalığa çıxarsa, həmin təhlükəni aradan qaldırmağa yetərincə potensial var. Təxribatçı və Ermənistandakı revanşist qüvvələrin heç bir perspektiv şansı olmayacaq.

Nəhayət belə bir törənin təşkili region və dünya dövlətlərinə bir iqtisadi əməkdaşlıq çağırışdır. Belə əməkdaşlıq heç bir dövlətə qarşı yönəlməyən, yalnız normal iqtisadi əlaqələrə, sabitliyə xidmət edəcək faktordur. Digər tərəfdən Qarabağda yaşayan, qanlı cinayətlərdə iştirak etməyən Azərbaycanın erməni vətəndaşarına çağrışdır ki, gəlin, qanun çərçivəsində adam kimi yaşayın və resurslardan faydalanın.

Zəngəzur dəhlizinin təməli qoyuldu - FotoOktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizi) təməli qoyulub.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış oldular.

Sonra dövlət başçıları Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoydular.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçılarına məlumat verdi
Əliyev və Ərdoğan Füzuli aeroportunun açılışını etdilərFüzuli Beynəlxalq Hava Limanının açılışı olub.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.

Xatırladaq ki, yanvarın 14-də Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının təməlini qoyub. Aeroportun uçuş-enmə zolağının uzunluğu 3 000 metr, eni isə 45 metrdir. Perron sahəsi 60 min kvadratmetr olan hava limanında müxtəlif növ təyyarələrin dayanacağı var. Yönəldici yolun sahəsi 6 500 kvadratmetr, aeroporta giriş yolu 5 000 kvadratmetr təşkil edir.
Ərdoğan və Əliyevin Əsgərovla zarafatı - VideoXəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana rəsmi səfərə gəlib və onu Prezdient İlham Əliyev şəxsən qarşılayıb.

Avrasiya.net xəbər verir ki, qarşılanma zamanı maraqlı anlar yaşanıb.

Belə ki, Rəcəb Tayyib Ərdoğan Azərbaycan Hava Yolları QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərova işarə edərək, "onun bığı yoxdu" deyib. Prezident İlham Əliyev isə gülərək "bığı tökülüb" deyə cavab verib.

Həmin kadrları təqdim edirik:
QHT sədri Pakistan qəzetlərində Gəncə, Bərdə, Tərtər hadisələrindən yazdıAzərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri, jurnalist Cavid Şahverdiyevin ötən ilin bu günlərində ermənilərin Gəncə, Bərdə və Tərtərin mülki əhalisini raket atəşinə tutub bombalaması hadisəsi ilə bağlı yazısı Pakistanın nüfuzlu “Daily Independent” və” 6 Am” qəzetlərində dərc olunub.

Müəllif yazıda qeyd edib ki, Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla hərbi cinayətlər törədib.

Yazıda vurğulanıb ki, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

C.Şahverdiyev Pakistan ictimaiyyətinə Ermənistanın Azərbaycanın Gəncə, Bərdə və Tərtərin mülki əhalisini bombalaması, onlarla mülki insanın öldürülməsi, yüzlərlə insanın yaralanması, dağıntıları xatırladıb. Bildirib ki, terror və hərbi cinayət siyasəti Ermənistanın dövlət səviyyəsində aparılıb. Müharibə aparılmayan bir yerdən uzaq qadağan olunan silahlardan Ermənistan tərəfindən mülki əhalinin bombalanması Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz bir soyqırım aktıdır.

Jurnalist qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi cinayətlərinin dünya ictimaiyyəti, super güclər, beynəlxalq təşkilatlar tərəfindən bu vaxtadək qınanılmaması, işğalçıya qarşı heç bir cəza tədbiri görülməməsi ədalətsizlikdir.

Qeyd edək ki, C.Şahverdiyevin Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə, Bərdə, Tərtərin bombalanması hadisəsi Rusiya, Hindistan mediasında da ictimailəşdirilib.

Yazıların tam mətni aşağıdakı linklərdə:
file:///C:/Users/TOSHIBA/Downloads/Daily-Ind-Quetta-26-10-2021%20(1).pdf
file:///C:/Users/TOSHIBA/Downloads/Daily-6-AM-Quetta-26-10-2021%20(1).pdf
Cavanşir Paşazadə qalmaqallı statusundan DANIŞDI: “Sürücüm edib...”“Bazar günü Özbəkistanda keçirilmiş prezident seçkiləri kifayət qədər şəffaf yekunlaşdı. Azərbaycanlı müşahidəçilər olaraq, təxmini 20-25 seçki məntəqəsində seçkiləri müşahidə etdik”.

Bu sözləri Modern.az-a oktyabrın 25-də Özbəkistanda keçirilmiş prezident seçkilərini müşahidə etmiş deputat Cavanşir Paşazadə deyib.

Deputat bildirib ki, hava durumunun da əlverişli olması nəticəsində özbəklər prezident seçmək üçün səsverməyə həvəslə qatılıblar.

Cavanşir Paşazadə ötən gündən etibarən mətbuatda haqqında paylaşılan məlumatlara da cavab verib:

“Mən başa düşmürəm ki, niyə bəzi insanlar hər şeydə neqativ axtarırlar, fürsətdən istifadə edib, dərhal tənqidə əl atırlar. Mənim telefonumda seçki ilə bağlı şəkillər var idi. Müşahidəylə məşğul olduğum üçün sürücüm şəkilləri sosial şəbəkə səhifəmdə yerləşdirirdi. Paylaşımdakı orfoqrafik səhvlərə də o zaman yol verilib.

Mən bir deputat olaraq, həmişə işimin başında, seçicilərimin yanında, görüşlərdəyəm. Təəssüf ki, bəzi insanlar gördüyümüz işlərə kölgə salmağa çalışırlar. Lakin inanıram ki, yaxşı işlərə mane ola bilməzlər.

Mən hər zaman dövlətimə, xalqıma sadiq olmuşam. Hesab edirəm ki, fürsətdən bi cür istifadə edənlər mənim fəaliyyətimə kölgə sala bilməyəcəklər”.

Qeyd edək ki, Cavanşir Paşazadənin Facebook hesabında Özbəkistandakı seçkilərlə bağlı ötən gün yerləşdirilən paylaşımı tənqid olunub.

Deputatın paylaşımında orfoqrafik səhvlərə yol verilməsi qısa müddətdə müzakirələrə səbəb olub.

Nəticədə C.Paşazadə sözügedən paylaşımı silib.
Bakıda qazilər yolu bağladı – Rəsmi açıqlamaBakıda bir qrup qazi yolu bağlamağa cəhd göstərib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.

Məsələ ilə bağlı danışan Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, vətəndaşların yolu bağlamağa cəhd etməsinə səbəb həyətyanı torpaq sahəsi ilə bağlı mübahisədir:

“Ərazidə xidmət aparan naryad qruplarımız tərəfindən dərhal hadisəyə müdaxilə edilib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb. Yolda hərəkət bərpa olunub”.

DİN rəsmisinin sözlərinə görə, hazırda tərəflərin mübahisə subyekti ilə bağlı araşdırma aparılır:

“Aidiyyəti qurumlar məlumatlandırılıb”.
Regionda yeni təhlükəsizlik düzəni formalaşıb - Prezidentin köməkçisi"Hər bir dövlətin prioritet məsələsi milli təhlükəsizliyin etibarlı təmin olunmasıdır. Bu sahədə fəaliyyətin həyata keçirilməsində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə hazırlanan Milli Təhlükəsizlik Konsepsiyasının önəmi böyükdür".

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Milli təhlükəsizlik” mövzusunda keçirilən kursun açılış mərasimində çıxışı zamanı deyib.

30 ilə yaxın müddət ərzində Azərbaycanın təhlükəsizliyi əleyhinə yönələn başlıca amilin Ermənistan tərəfindən aparılan işğalçılıq siyasəti olduğunu bildirən şöbə müdiri qeyd edib ki, Müzəffər Ali Baş Komandanın qətiyyətli sərkərdəliyi altında Azərbaycan Ordusunun Vətən savaşında qələbə çalmaqla erməni faşizmini məhv etməsi nəticəsində regionda yeni təhlükəsizlik düzəni formalaşıb.