Belarusda azərbaycanlı iş adamı itkin düşdüBelarusun Qorki şəhərində əslən Azərbaycanın Goranboy rayonundan olan 1970-ci il təvəllüdlü Akimov Əlikram Səməd oğlu itkin düşüb.

Axar.az Report-a istinadən xəbər verir ki, Ə.Akimov bir həftədir yaşadığı evdə çıxıb və bu günə qədər geri qayıtmayıb. Onunla bağlı hələ də məlumat yoxdur.

Milis itkin düşən azərbaycanlının axtarışı ilə məşğuldur. Qeyd edək ki, Ə.Akimov kiçik bizneslə məşğul olub.
"Hər bir siyasi partiya milli həmrəyliyin əldə edilməsinə öz töhfəsini verməlidir"Sabiq nazir və keçmiş siyasi məhbus Əli İnsanovun qurucusu olduğu Haqq və Ədalət Partiyasının (HƏP) dövlət qeydiyyatına alınmasından sonra partiya sədrinin necə deyərlər, hakimiyyətə jest edərək siyasi dialoqa razılıq verməsi və bununla bağlı partiyanın Ali Məclis sədri Zəlimxan Məmmədliyə PA-nın şöbə müdiri Ədalət Vəliyevlə danışıq aparması üçün səlahiyyət verməsi barədə yayılan xəbərlərin nə dərəcədə həqiqətə uyğun olduğunu deyə bilmərəm, amma belə bir təşəbbbüs varsa, bu təşəbbüsü həqiqətən də alqışlamaq lazımdır.

Bu o deməkdir ki, hakimiyyətə qarşı sərt mövqeyi ilə seçilən Əli İnsanov öz siyasi baxışlarında və taktiki addımlarında yeni təfəkkürdən çıxış etməyə, radikallıqdan konstruktivliyə keçid etməyə qərar verib. Etiraf edək ki, bu bir siyasi lider üçün olduqca təqdiredici hadisədir, müsbət addımdır, siyasi müdriklik nümunəsidir.

Ölkədə yeni siyasi konfiqurasiyanın formalaşdığı və siyasi açılıma gedildiyi indiki məqamda iqtidarla müxalif qüvvələrin bir araya gəlməsi və ümumilli hədəflər uğrunda əməkdaşlıq etməsi hava, su kimi vacibdir. İndi hər bir siyasi partiya postmüharibə dövründə Azərbaycanda yeni siyasi münasibətlərin formalaşmasına, ölkənin taleyüklü məsələlərinin müzakirəsi və həllinə, eləcə də milli həmrəyliyin əldə edilməsinə öz töhfəsini verməlidir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Komitə rəsmisi işdən çıxaraq xaricə köçdüDiasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin müdiri Vüqar Məmmədov vəzifəsindən azad olunub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, o, işdən çıxmaqla bağlı ərizə yazıb.

Dövlət Komitəsinin rəhbərliyi ərizəni qəbul edib.

V.Məmmədov təhsil və iş üçün xarici ölkələrdən birinə köçüb.
İran kimlərin dövlətidir?Oktyabrın 28-də Tehranda erməni məktəblərinin ənənəvi sərgisi keçirilib.

Sərgidə erməni dilində, müxtəlif dövrləri əhatə edən 400-ə yaxın dərslik nümayiş etdirilib. Bundan başqa, Tehrandakı erməni məktəblərində istifadə olunan əşyalar, çap maşınları, məktəbli geyimləri də ziyarətçilərin diqqətinə təqdim olunub.

Sərginin direktoru İren Abnusian İRNA agentliyinə açıqlamasında bildirib ki, hazırda İranda 60-80 min arası erməni yaşayır. Təkcə Tehran şəhərində ermənilərin təsis etdiyi 53 məktəb fəaliyyət göstərir. Onlardan 20-də yalnız ermənilər və əsasən öz dillərində təhsil alırlar. Bundan başqa, paytaxt Tehranda ermənilər üçün nəzərdə tutulan çoxsaylı uşaq baxçaları da fəaliyyət göstərir...

...Əziz həmvətənlər, bura qədər İRNA-nın sərgidən hazırladığı reportajın qısa xülasəsini olduğu kimi təqdim etdim. Şübhəsiz ki, mənim, o cümlədən sizin əksəriyyətiniz üçün Tehranda fəaliyyət göstərən erməni məktəbləri və İran ermənilərinin həyat tərzi heç bir əhəmiyyət kəsb eləmir. Amma nəzərinizə çatdırım ki, burnunu bütün ölkələrin daxili işinə soxub, həmin ölkələrdə yaşayan etnik qruplarla bağlı ağlasığmaz nağıllar uyduran, özünü az qala kiçik xalqların hamisi kimi təqdim edən İran rejimi öz sərhədləri daxilində yalnız və yalnız 60-80 minlik etnik erməninin milli-mədəni hüquqlarını tanıyır.

Qeyd edim ki, İran Dövlət Mədəniyyət Şurasının 2010-cu ildə keçiridiyi sorğuya görə, ölkə əhaləsinin 47,55%-i özünü fars, 31,13%-i türk (22,45% Azərbaycan türkləri, 8,68% digər türk əsillilər), 7,78% -i kürd, 7,25%-i lor, 2,51%-i bəluc, 2,40%-i isə ərəb dilli hesab edir. Xatırladım ki, bu İran Dövlət Mədəniyyət Şurasının keçirdiyi son sorğudir və sorğu da, çox güman ki, məqsədyönlü şəkildə milli mənsubiyyət yox, ana dili amili üzərindən gerçəkləşdirilib. Çünki İranda yaşayan əhalinin əhəmiyyətli hissəsi gündəlik həyatada öz ana dillərindən istifadə etmir, fars dilində təhsil alır və bu dildə danışırlar. Bu baxımdan, gerçək rəqəmlərlə Mədəniyyət Şurasının BMT-yə təqdim etdiyi göstəricilər arasındakı fərqin kifayət qədər böyük olduğunun, zənnimcə əlavə sübuta ehtiyacı yoxdur. Müxtəlif hesabatlarda İran İslam Respublıkası adlanan ölkədə, öz tarixi torpaqlarında 35-40 milyon civarında türkün yaşadığı bildirilir. Amma yenə də İran Dövlət Mədəniyyət Şurasının BMT-yə təqdim etdiyi statistik göstəricilərindən çıxış edərək, bu ölkənin öz gözündə tiri görməyib, başqalarının gözündə tük axtaran başbilənlərinə, həmçinin sosial şəbəkələrdəki başyaran və saçyolanlarına sadə bir sual ünvanlamaq istəyirəm:
Necə olur ki, İran əhaləsinin, rəsmi statistikaya görə, 31,13, - 7,78, - 7,25, - 2,51 və 2,40%-ni təşkil edən xalq və etnik qrupların öz ana dillərində məktəbləri yoxdur, amma sayı 0,001%-dən də az olan ermənilərin hər şeyi var – erməni dilində uşaq baxçaları və məktəbləri, mədəniyyət mərkəzləri və s.

Əlahəzrət FAKT konkret göstərici və müqayisəli, əsaslandırılmış arqument tələb edir. Bu da havaya üfürdüyünüz ideoloji nağıllar deyil ki, Həzrət Abbasa and içib canını qurtarasan. Yaxud hansısa ehkamın arxasında gizlənib həqiqəti dilə gətirənləri susdurasan...

Əziz həmvətənlər, bilirsiniz bunların ermənilərdən başqa digər xalqlara öz ana dillərində təhsil almaq hüququ verməməklərinin qarşılığında dilə gətirməyə utanmadıqları arqument nədir? Deyirlər ki, bəs türklər, ərəblər və digərləri müsəlmandırlar, ermənilər isə yox... Arqumentinizə erməni donuzu kəssinlər...

Müsəlmandırlar, o zaman qoy ərəb dilində təhsil alsınlar. Yaxud, əgər sən özünü “İslam Respublikası” elan etmisənsə, o zaman ilk növbədə öz ümmətinin hüquqlarını tanı! Əks təqdirdə belə təsəvvür yaranır ki, İran İslam Respublikası farsların və ermənilərin dövlətidir. Bunu mən demirəm, İranın mövcud rejiminin təkcə dil üzərindən yürütdüyü siyasət belə düşünməyə əsas verir...

Elçin Mirzəbəyli
İmişlidə zorlanan 11 yaşlı qız: Dedi ki, heç kimə demə - Videoİmişli rayonunda atalığı tərəfindan zorlandığı deyilən azyaşlı qızın hadisə ilə bağlı danışığını əks etdirən görüntülər yayılıb.

Avrasiya.net xəbər verir ki, mövzu ilə bağlı ARB süjet hazırlayıb.

Azyaşlı onu zorlayan şəxsin bu hadisə barədə heç nə danışmamasını tapşırdığını deyib: “Dedi ki, heç kimə demə”.

Daha sonra qız ona dərman verildiyini, ayılanda isə paltarlarının əynində olmadığını bildirib. O, belə hadisənin iki dəfə yaşandığını da qeyd edib.

Hadisə barədə danışan uşağın nənəsi Sənubər Şükürovanın sözlərinə görə, anası soğan yığmağa, çörək bişirməyə gedən zaman azyaşlı evdə tək olub və atalığı Qurban Fərəcov bundan istifadə edib.

Qeyd edək ki, zorlanmış qız əməliyyat olunub, əməliyyatla uşaq götürülüb. Ailə doğulan körpədən imtina edib.

Respublika Klinik Xəstəxanasının hamiləlik patologiyası şöbəsindən bildirilib ki, ananın vəziyyəti yaxşı, uşağınkı isə ağırdır.

Fakt üzrə istintaq Cinayət Məcəlləsinin 149.3.3 (Zorlama, 14 yaşına çatmayan şəxsə qarşı törədildikə) və 150.3.3 (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə aparılır.
Bakıda kişi qonşusunu bıçaqlayıb öldürdüOktyabrın 29-u saat 23 radələrində paytaxtın Suraxanı rayon sakini 1978-ci il təvəllüdlü Zakir Hüseynovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu 1993-cü il təvəllüdlü Anar Salmanovun yaşadığı evin yaxınlığında şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Zakir Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Anar Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
11 yaşlı qızın vəziyyəti sabit, körpənin durumu isə ağırdırUşaq dünyaya gətirən İmişli rayon sakini olan 11 yaşlı qızın vəziyyəti sabit, körpənin durumu isə ağırdır.

Avrasiya.net əbər verir ki, bu barədə Report-a Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hamiləlik patologiyası şöbəsindən bildirilib.

Qeyd edək ki, İmişli Rayon Mərkəzi xəstəxanasından rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.
ÜST: Yeni virus çıxacaq və qarşısını ala bilməyəcəyik!Hazırki COVİD-19 pandemiyasından dərs çıxarmalı və yenisinə hazırlıqlı olmalıyıq.

Avrasiya.net xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus deyib.

O bildirib ki, Yer kürəsində yeni virusun qarşısının alınması bioloji baxımdan mümkünsüzdür:

“Hətta bu pandemiyaya son qoysaq belə, biz bundan dərs çıxarmalı və növbəti pandemiyaya hazırlaşmalıyıq. Bioloji nöqteyi-nəzərdən şübhəsiz ki, hansısa zamanda daha bir virus meydana çıxacaq və biz sadəcə qarşını ala bilməyəcəyik”.
Bu gün "Qarabağ" və "Neftçi" komandaları üz-üzə gələcəkBu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.

Avrasiya.net-in məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Turun açılış matçında 12 xalla 4-cü pillədə qərarlaşan "Zirə" 7 xalla 7-ci sırada gedən "Keşlə"ni qəbul edəcək. Bu, komandaların Premyer Liqada 25-ci dueli olacaq. Əvvəllər 8 matçda meydan sahibləri qələbə qazanıbsa, 6 qarşılaşmada "Keşlə" 3 xala sevinib. 10 görüşdə isə qalib müəyyənləşməyib. "Qartallar" rəqibinə çempionatdakı son 5 oyunda uduzmayıb.

Günün və turun mərkəzi oyununda "Qarabağ" və "Neftçi" üz-üzə gələcək. 17 xala malik olan tərəflər ilk iki pilləni bölüşürlər. Əzəli rəqiblər indiyədək Azərbaycan çempionatları tarixində 84 dəfə qarşılaşıblar. Bunların 31-də Ağdam təmsilçisi, 23-də flaqman qələbə sevinci yaşayıb. 30 matç isə heç-heçə ilə başa çatıb. Premyer Liqadakı son 7 görüşdən yalnız birində meydan sahibi olan tərəf qələbə qazana bilib. Bundan əlavə, “Neftçi” son 3 oyunda "köhlən atlar"ın qapısına yol tapıb.

"Ağ-qaralar"ın heyətində Ömər Buludov və Xorxe Korreanın mikrozədələri var. Onların görüşdə iştirakına məşqçilər korpusu qərar verəcək. "Qarabağ"da isə əməliyyat olunduğu üçün ili başa vuran ispaniyalı yarımmüdafiəçi Xayme Romero, əzələsini dartan Qaspar Panadero, zədələrini sağaldaraq fərdi məşqlər edən Bədavi Hüseynov və Elvin Cəfərquliyevin də meydana çıxmayacağı dəqiqdir.

Qarşılaşmanın qiymətləri müvafiq olaraq 2 manat, 3 manat, 5 manat və 15 manat təşkil edir.

Azərbaycan Premyer Liqası, IX tur

30 oktyabr (şənbə)

16:00. “Zirə” – “Keşlə”
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu

18:30. “Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Azersun Arena”

Qeyd edək ki, IX turun "Qəbələ" - "Sabah" və "Sumqayıt" - "Səbail" qarşılaşmaları oktyabrın 31-də olacaq.
Kavala tərəfdarı 10 səfir Cümhuriyyət törəninə ÇAĞIRILMADIDövlət çevrilişinə cəhddə təqsirləndirilən Osman Kavalanın azad olunması ilə bağlı çağırış edən 10 ölkənin səfiri 29 oktyabr Cümhuriyyət Günü ilə bağlı Türkiyənin Cümhurbaşqanlığında keçirilən tədbirlərə dəvət edilməyib.

Avrasiya.net xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Qeyd olunan ölkələr ABŞ, Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç və İsveçdir. Bu ölkələr bir müddət əvvəl 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə təqsirləndirilən Osman Kavalanın həbsdən azad edilməsi ilə bağlı ortaq bəyanat yaymışdılar. Bəyanat 10 ölkənin səfirliyi tərəfindən sosial media hesablarında da yerləşdirilmişdi.

Bundan hiddətlənən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İşlər Nazirliyinə 10 ölkənin səfirlərini “persona non grata” elan etməyi tapşırmış, daha sonra səfirlər geri addım atmışdı.