Eldar Həsənov xəstəxanaya yerləşdirildi
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənov xəstəxanaya yerləşdirilib.
Avrasiya.net xəbər verir ki, bu barədə Report-a onun vəkili Cavad Cavadov məlumat verib.
O bildirib ki, müvəkkilinin son 20 gündə səhhəti kəskin pisləşib, mövcud olan vertiqo, hipertoniya digər xroniki xəstəlikləri irəliləyib:
"Eldar Həsənov bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülüb".