Qarabağda atışma: 6 erməni əsgər yaralıdır

Qarabağda atışma: 6 erməni əsgər yaralıdırAzərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq məskunlaşan rus sülhməramlılarının məsuliyyət zonasındakı qanunusuz erməni birləşmələri arasındakı atışma haqda Ermənistan MN məlumat yayıb.

Axar.az xəbər verir ki, hadisənin keçmiş Ağdərə rayonu ərazisində baş verdiyi, nəticədə ən azı 6 erməni əsgərin yaralandığı bildirilir. Onlardan ikisinin vəziyyəti kritik-ağırdır.

Erməni Teleqram kanallarında isə atışma nəticəsində ölənlərin də olduğu bildirilib. Ancaq Ermənistan MN ölənlərlə bağlı məlumat yaymayıb.

Ermənistan MN guya ermənilərin Azərbaycan Ordusunun atəşi nəticəsində yaralandığını iddia edib.

Qeyd edək ki, bundan öncə Azərbaycan MN açıqlama yayaraq, sözügedən ərazidə erməni əsgərlər arasında atışma baş verdiyini bildirib.

Xatırladaq ki, bu gün Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin törətdiyi terror aktı nəticəsində əsgərimiz Əfqan Həmzəyev şəhid olub.