Sizin Reklam Burada

"İlham Əliyevin hakimiyyət dönəmini səciyyəvi xüsusiyyətlərinə görə epoxa adlandırsaq yanılmarıq"

"İlham Əliyevin hakimiyyət dönəmini səciyyəvi xüsusiyyətlərinə görə epoxa adlandırsaq yanılmarıq"Sadiq Qurbanov
Mili Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri


Bu gün Azərbaycan xalqının qalib sərkərdəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezident kimi fəaliyyətə başlamasından 18 il ötür.

Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm! 18 il əvvəl böyük dövlət adamı Heydər Əliyevin dilindən səsləndirilmiş bu fikirlər Azərbaycan tarixinə Müzəffər Ali Baş Komandan ünvanını qızıl həriflərlə yazmış İlham Əliyev haqqında deyilməsi təsadüfi deyil.

Böyük siyasi xadim Heydər Əliyev siyasi varisi İlham Əliyev haqqında 2003-cü il prezident seçkilərindən öncə xalqa müraciətində bildirdi: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir.

Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Siyasi varisliyin ən parlaq nümunəsi olan İlham Əliyev fenomeninin sirri onun yüksək diplomatik bacarığı, çevik düşüncəsi və müdikliyindən doğan uğurlu fəaliyyətidir.

İlham Əliyevin hakimiyyət dönəmini səciyyəvi xüsusiyyətlərinə görə epoxa adlandırsaq yanılmarıq. Ümummilli Liderin müəyyən etdiyi strategiyanı uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini araşdırsaq görərik ki, o dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı liderdir. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir, onunla hesablaşılır. Siyasi fəaliyyətinin kökündə sistemli, məqsədə yönəlik olması, özünün isə xarakterinin kifayət qədər səbrli, soyuqqanlı, təmkinli və dəqiq olması dayanır. Bu dahi şəxsiyyət nəyi nə zaman və necə edəcəyini sadəcə özü bilir.

Onun atacağı addımı öncədən müəyyənləşdirmək mümkün deyil. Zamanı qabaqlamaq ona Ulu Tanrı tərəfindən verilmiş ən gözəl qabiliyyətdir. Zəfərlə bitən 44 günlük vətən müharibəsi də bir daha sübut etdi ki, cənab Prezident hər şeyi doğru zamanda, doğru edir. Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan Prezident İlham Əliyevin bu siyasəti növbəti illərdə də davam etdiriləcək, respublikamız onun rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayacaq və Azərbaycanımız dünya dövlətləri arasında ən layiqli yerini tutacaqdır.

Ulu Tanrı cənab Prezident İlham Əliyevə və ailə üzvlərinə uzun və sağlıqlı ömür versin!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər