450-ə yaxın sahibkara xidmətlər göstərilib

450-ə yaxın sahibkara xidmətlər göstərilibTəlim və məsləhət xidmətlərindən 450-ə yaxın sahibkar və biznes fəaliyyəti ilə məşğul olmaq istəyənlər faydalanıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Masallı-Cəlilabad-Biləsuvar KOB inkişaf mərkəzi (KOBİM) tərəfindən sahibkarlara, biznesə başlamaq istəyənlərə və startaplara ehtiyaclarına uyğun olaraq təlim və məsləhət xidmətləri göstərilir.

Avqust və sentyabr aylarında Masallı-Cəlilabad-Biləsuvar KOBİM tərəfindən müxtəlif mövzularda təşkil olunan 39 biznes təlimlərindən 450-ə yaxın sahibkar və biznes fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər faydalanıb. Təlimlər biznes planin hazırlanması, marketinq və satış, torpaq və əmlak vergisi, KOB-lar üçün mühasibatlıq, fiziki və hüquqi şəxs anlayışı və digər istiqamətləri əhatə edib.

Həmçinin, qeyd olunan müddət ərzində Masallı-Cəlilabad-Biləsuvar KOBİM tərəfindən 8 sahibkara biznes planın və layihələrin hazırlanması, biznes ideyanın reallaşdırılması üçün dövlət və özəl qurumlarla əlaqələndirmə, maliyyə resurslarına çıxış və digər istiqamətlərdə məsləhət xidməti göstərilib.
Qeyd edək ki, Masallı-Cəlilabad-Biləsuvar KOBİM -in xidmətlərindən faydalanmaq üçün (+994 51) 363 53 78 nömrəsi ilə əlaqə saxlaya və ya Biləsuvar rayonu, Mübariz İbrahimov küç, 219-da yerləşən Mərkəzin ofisinə müraciət edə bilərsiniz.

Masallı-Cəlilabad-Biləsuvar KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.