Ermənistan ordusunun bugünkü itkiləri açıqlandı - ŞOK RƏQƏMLƏRErmənistan hərbi birləşmələrinin 29 oktyabrda Dağlıq Qarabağda Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilən əsgərlərinin siyahısı açıqlanıb.

Avrasiya.net xəbər verir ki, bugünkü siyahıda 51 ad var.

Malintsyan Arsen Samveloviç - 1973-cü il təvəllüdlü

Şahbazyan Ara Xaçaturoviç – 1982-ci il təvəllüdlü

Qevorkyan Qevorq Armenoviç - 1999-cu il təvəllüdlü

Qaribyan Seyran Srapoviç - 1998-ci il təvəllüdlü

Xaçatryan Samvel Gevorkoviç - 1999-cu il təvəllüdlü

Qasparyan Norik Armenoviç - 1998-ci il təvəllüdlü

Xaçatryan Jivan Robertoviç - 1994-cü il təvəllüdlü

Tsaturyan Andranik Serzhikoviç - 1987-ci il təvəllüdlü

Ovannisyan Arsen Yeghisheviç - 1983-cü il təvəllüdlü

Serobyan Zakar Surenoviç - 1997-ci il təvəllüdlü

Qriqoryan Andranik Seroboviç - 1996-cı il təvəllüdlü

Zakaryan Edqar Sevakoviç - 2002-ci il təvəllüdlü

Sarkisyan Rubik Aramaisoviç - 2000-ci il təvəllüdlü

Isaak Arturoviç Qaribyan - 2001-ci il təvəllüdlü

Movsisyan Aharon Andranikoviç – 1989-cu il təvəllüdlü

Titizyan Hovannes Levaeviç - 1999-cu il təvəllüdlü

Melkonyan Harutyun Mkrtyçeviç - 2001-ci il təvəllüdlü

Tovmasyan Arman Samveloviç - 1999-cu il təvəllüdlü

Canoyan Aqadzan Arshaluisoviç - 2002-ci il təvəllüdlü

Torosyan Karen Araikoviç - 2001-ci il təvəllüdlü

Xaçatryan Narek Rafikoviç - 2000-ci il təvəllüdlü

Fidinyan Qarnik Lendrusheviç - 2001-ci il təvəllüdlü

Saakyan Paylak Serzikoviç - 2000-ci il təvəllüdlü

Avetisyan Harutyun Aşotoviç - 2000-ci il təvəllüdlü

Martirosyan Armen Edgaroviç - 2001-ci il təvəllüdlü

Tevonyan Noy Levaeviç - 2001-ci il təvəllüdlü

Arakelyan Karen Misakoviç - 2000-ci il təvəllüdlü

Sahakyan Aqasi Tigranoviç - 2000-ci il təvəllüdlü

Hayrapetyan Samvel Sedrakoviç - 2001-ci il təvəllüdlü

Asoyan Levon Xaçikoviç - 2000-ci il təvəllüdlü

Xaçatryan Arman Aramoviç - 2000-ci il təvəllüdlü

Artsrun Ağhababyan - 1999-cu il təvəllüdlü

Mikael Koryunoviç Harutyunyan - 2001-ci il təvəllüdlü

Alaverdyan Samvel Vardanoviç - 2002-ci il təvəllüdlü

Ovannisyan Artem Mesropoviç - 2000-ci il təvəllüdlü

Harutyunyan David Samveloviç - 2000-ci il təvəllüdlü

Xaçatryan Mher Mnatsakanoviç - 2001-ci il təvəllüdlü

Qriqor Arturoviç Poqosyan - 2001-ci il təvəllüdlü

Varaqyan Qoris Mkhitaroviç - 2001-ci il təvəllüdlü

Batmanyan Karen Karapetoviç - 2001-ci il təvəllüdlü

Simonyan Arman Gevorkoviç - 2002-ci il təvəllüdlü

Beibutyan Hovhannes Spartakoviç - 1997-ci il təvəllüdlü

Danielyan Muşeq Vardanoviç – 2001-ci il təvəllüdlü

Harutyunyan Armen Edikoviç - 2001-ci il təvəllüdlü

Nahapetyan Erik Davidoviç - 2000-ci il təvəllüdlü

Sarkisyan Sergey Zoraeviç - 2001-ci il təvəllüdlü

Marutyan Vrez Artavazdoviç - 1970-ci il təvəllüdlü

Rafaelyan Harutyun Vrezheviç - 1992-ci il təvəllüdlü

Danielyan Araik Saruxanoviç - 1979-cu il təvəllüdlü

Qarik Surenoviç Melkonyan - 1991-ci il təvəllüdlü

Çobanyan Arşaluis Aleksanoviç - 1978-ci il təvəllüdlü

Qeyd edək ki, Qarabağdakı döyüş əməliyyatları başlayandan bəri 1 119 erməni hərbçinin öldürüldüyü açıqlansa da, reallıqda bu say minlərlədir.
İrandan Qarabağ üçün SÜLH PLANI – Detallar açıqlandıİran Qarabağ münaqişəsinin həlli üçün yeni sülh planı irəli sürüb.

Avrasiya.net xəbər verir ki, Moskvaya gələn İranın xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Abbas Araqçı sülh planının bəzi detallarını açıqlayıb.

“Minsk qrupu Qarabağ danışıqlarında qeyri-effektiv olduğunu sübut edib. İran öz planını təklif edir”.

Diplomat İran tərəfinin təkliflərinin “işğala son qoyulması, azlıqların hüquqlarına hörmət və mülki əhaliyə və obyektlərə hücumun qəbuledilməzliyi”nə əsaslandığını əlavə edib.
Düşmən geri çəkilməyə məcbur edilir - MNAzərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilir.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, düşmən xeyli itki verir, onun döyüş texnikası sıradan çıxarılır.

Ermənistanın hərbi rəhbərliyi də artıq buraxdıqları səhvləri etiraf etmək məcburiyyətində qalıb. Onlar düşdükləri ağır vəziyyətlə barışmağa məcburdurlar.

Biz torpaqlarımızı azad etdikcə düşmənin xeyli sayda silah-sursatını qənimət kimi götürürük.

Beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərı və mülki infrastrukturı hədəfə alır.

Azərbaycan Ordusunun qarşısında yalnız bir tapşırıq var – mülki insanlara ziyan vurmadan ancaq hərbi obyektlərə zərbə endirməklə torpaqları işğaldan azad etmək.
Düşmənin tabor komandirnin müavini itkin düşdüDüşmənin 1-ci ümumqoşun ordunun artilleriya idarəsinin zabiti polkovnik-leytenant B.Aseryan, 2-ci motoatıcı alayın komandiri Hunan Hayrumyan yaralanıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan başqa, 5-ci dağatıcı alayın 3-cü taborunun komandir müavini Roman Tunyan isə itkin düşüb.
Düşmənin yüksək rütbəli zabitləri məhv edildi - MNErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində bölmələrimizin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, dünən gün ərzində düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilib.

Görülən cavab tədbirləri nəticəsində düşmənin 1-ci ümumqoşun ordusu komandanın müavini polkovnik Artur Sarqisyan və 18-ci motoatıcı diviziyanın rabitə rəisi mayor Aram Ğazaryan məhv edilib.

Bundan əlavə 1-ci ümumqoşun ordunun artilleriya idarəsinin zabiti polkovnik-leytenant B.Aseryan, 2-ci motoatıcı alayın komandiri Hunan Hayrumyan yaralanıb və 5-ci dağatıcı alayın 3-cü taborunun komandir müavini Roman Tunyan isə itkin düşüb.
Dövlət rəsmiləri və diplomatlar BərdədədirAzərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Baş Prokuror Kamran Əliyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Azərbaycandakı diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Bərdə şəhərinə gəliblər.

Avrasiya.net xəbər verir ki, onlar Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərində raket zərbəsi endirdiyi əraziyə baş çəkərək, vəziyyətlə yerində tanış olurlar.
Ermənistanda OX YAYDAN ÇIXDI: Qarabağdan İrəvana silah daşınırErmənistan Milli Təhlükəsizlik Xidməti son günlər Dağlıq Qarabağdan qanunsuz silah daşınması halları aşkarlayıb.

Publika.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qurumdan bildirilib ki, Ermənistana sözügedən daşınmalara kriminal dairələrin üzvləri və hərbi əməliyyatlarda iştirak edən şəxslər cəlb olunub.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin açıqladığı fakt bir daha onu göstərir ki, 30 ilə yaxın işğalda saxlanılan Azərbaycan əraziləri quldur separatçı rejimin rəhbərliyi tərəfindən qanunsuz silah, narkotik və insan alverinin məskəninə çevrilib. Azərbaycan ordusunun cəbhədə qazandığı uğurlar fonunda təşvişə düşən regiondakı kriminal dairələr artıq silahlarını Dağlıq Qarabağdan Ermənistanın ərazisinə qaçırmağa cəhd göstərir.
Koronavirusun daha bir təhlükəsi açıqlandıKembric Universitetinin alimləri hesab edir ki, COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən hər yüzüncü xəstə sonradan insult keçirir.

“Report”un məlumatına görə, tədqiqatın nəticələri “International Journal of Stroke” tərəfindən nəşr edilib.

Qeyd olunub ki, koronavirus insultu tezləşdirir və nəticədə virusa yoluxan pasiyentlərdə ölüm nisbəti normal xəstələrə nisbətən iki dəfə çoxdur.

Alimlər yüz mindən çox insanın məlumatlarını analiz edib. Məlum olub ki, onların 1,4 faizi insult keçirib.

Ermənistanın 3-cü ordu korpusunda üsyan başladıErmənistanın 3-cü ordu korpusunun alaylarından birində qiyam baş verib.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, bu korpus Ermənistanın şimalında və şimal-şərqində, Azərbaycanla sərhəddə yerləşir.

Təfsilat belədir: Muzdlular (dəqiq desək, müqavilə ilə orduda olanlar) kollektiv şəkildə Dağlıq Qarabağdakı döyüş bölgəsinə göndərilmək əmrinə tabe olmaqdan imtina ediblər. Korpus komandiri Qriqori Xaçaturov özü prosesə müdaxilə üçün alaya gəlib. İstisna deyil ki, bu saatlarda qiyam vəhşicəsinə yatırılacaq. Mənbəmiz bildirir ki, hərbçilərdən bəzilərinin qohumları artıq korpusun qərargahında toplanmağa başlayıblar.

Xatırladırıq ki, Azərbaycan Ordusu silahlarını yerə qoyan erməni birləşmələrinin həyatına və onlarla ləyaqətli rəftara zəmanət verib. Bu, dəfələrlə elan edilib.