SON DƏQİQƏ! Marneulidə vəziyyət yenidən gərginləşdiMarneuli rayonunda hal-hazırda vəziyyət gərgin olaraq qalmaqdadır.

Aktual.ge xəbər verir ki, Marneuli üç saylı seçki məntəqəsində işıqların keçirildiyi və içəriyə əlavə biulletenlərin atıldığı iddia olunub.

Müxalif "Vahid Milli Hərəkat" partiyasının Marneuli-Qardabani majoritar namizədi Azər Süleymanov bildirib ki, artıq "Gürcü Arzusu" məğlub olmuşdur və hər hansı saxtakarlıqlara əl atmağa çalışır. Bu səbəbdən də onlar seçki qutusuna seçki bületenləri əlavə ediblər.

Qeyd edək ki, hazırda Marneuli rayonuna xüsusi təyinatlı polis əməkdaşları cəlb olunub.
Tədqiqatçılardan yeni pandemiya PROQNOZLARI - Daha çox insanın həyatına son qoyacaqBir qrup alimin verdiyi məlumata görə, günümüzdə heyvanlar və quşlar arasında elmə məlum olmayan təxminən 850 min virus gəzə bilər ki, bu da daha bir pandemiyaya səbəb olacağını istisna etmir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər ancaq yeni peyvəndlərin hazırlanması yolu ilə zoonoz xəstəliklərinin qarşısını almağın mümkün olduğunu qeyd edib. Yalnız bu yanaşma bəşəriyyətə yeni bir pandemiyanın qarşısını almağa imkan verəcək.

“Tövsiyə olunan tədbirlərə ət istehsalı və heyvandarlığın artırılması, vəhşi heyvan və bitki növləri ilə ticarətin məhdudlaşdırılması və daha təsirli qoruma tədbirləri daxildir.

Qoruyucu strategiyalar olmazsa, belə pandemiyalar yenə baş verəcək, daha sürətli yayılacaq, daha çox insanın həyatına son qoyacaq və qlobal iqtisadiyyata hər zamankindən daha dağıdıcı təsir göstərəcək" -, ekspert qrupu elan edib.

Alimlər yeni pandemiyaların qarşısının alınması üçün lazımi tədbirlərin hər il təxminən 40-60 milyard dollara başa gələcəyini vurğulayıb ki, bu məbləğ bu il koronavirus pandemiyasına qarşı mübarizəyə xərclənən 8-16 trilyon dollarla müqayisədə o qədər də ciddi rəqəm deyil.

Gürcüstanda hakimiyyət dəyişir - Saakaşvili elan etdiGürcü Arzusu bu gün parlament seçkilərində uduzub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili “Mtavari” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Vahid Milli Hərəkat (VMH) və digər müxalifət partiyaları mütləq səs çoxluğu əldə ediblər: “Gürcüstanda hakimiyyət dəyişir, ölkə irəli getməkdə davam edəcək”.

Qeyd edək ki, VMH-nin liderləri və tərəfdarları Tiflisdə parlament binası qarşısında aksiya keçirirlər. Partiya nümayəndələri seçkilərdə qalib gəldiklərini bildirirlər.
“Gürcü Arzusu” qələbəsini qeyd edirGürcüstanın hakim Gürcü Arzusu Partiyası bu gün keçirilən parlament seçkilərində qələbə qazandığını bildirib.

Avrasiya.net xəbər verir ki, partiya Tbilisidəki qərargahı qarşısında qələbəni qeyd edir.

İştirakçılar qarşısında çıxış edən partiyanın rəhbəri Bidzina İvanişvili bildirib ki, Gürcüstan bu gün layiqli seçim edib. O, seçicilərə minnətdarlıq ifadə edib (report).

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri ilə bağlı ABŞ-ın “Public Opinion Strategies” şirkəti “exit-poll”un nəticələrini açıqlayıb.

Saat 18:00-a olan nəticələrə əsasən, seçkilərdə iki əsas rəqib olan “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası 55%, Vahid Milli Hərəkat Partiyası isə 23% səs əldə edib. Üçüncü yerdə isə 3% səslə Avropalı Gürcüstan Partiyasıdır.
Gürcüstanda “exit-poll”un nəticəsi açıqlanıbGürcüstanda parlament seçkiləri ilə bağlı bir neçə təşkilat “exit-poll” keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, ABŞ-ın “Public Opinion Strategies” şirkəti “exit-poll”un nəticələrini açıqlayıb.

Saat 18:00-a olan nəticələrə əsasən, seçkilərdə iki əsas rəqib olan “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası 55%, Vahid Milli Hərəkat Partiyası isə 23% səs əldə edib. Üçüncü yerdə isə 3% səslə Avropalı Gürcüstan Partiyasıdır.

Qeyd edək ki, seçicilər arasında sorğu “İmedi” telekanalının sifarişi ilə həyata keçirilib.
1 Noyabr 1954 - 1 Noyabr 2020 - İki tarixi irəliləyişEpik azadlıq və sistemli dəyişiklik

1954-cü ilin 1 noyabr tarixində, 132 illik müstəmləkəçilikdən sonra azadlığa qovuşan və müstəqilliyini bərpa edən Əlcəzair, hər il bu tarixdə şərəfli inqilabı anmaq üçün öz milli bayramını qeyd edir.
2020-ci ildə Əlcəzair üçün möhtəşəm bir hadisə olan azadlıq mübarizəmizin 66-cı ildönümü qeyd olunur. Doğrudur, hazırki sanitar vəziyyət bizə tədbiri ən yüksək səviyyədə qeyd etməyə imkan verməsə də, lakin bu, Əlcəzair xalqına ata-baba yurdumuzun işğalı və istilasına son qoymaq üçün həyata keçirdiyi azadlıq mübarizəsinin xatirəsini sevinc və qürurla yad etməsi üçün mane olmayacaqdır.

Bu anma, xalqımız tərəfindən böyük fədakarlıqlar, qan və göz yaşları bahasına şərəfli və cəsarətlə aparılan silahlı mübarizə dastanlarını xatırlamaq üçün bir fürsətdir. Bu anım günü, bizə şəhidlərimizin və cəsarətli mücahidlərimizin, dünyadan gedənlərin xatirəsinə, həm də Allahın iznilə həyatda qalanlara bir anlıq vətənpərvərlik və minnətdarlığımızı bildirmək üçün imkan verir.

Həqiqətən, bir əsrdən artıq bir müddət ərzində müstəmləkəçi doktrinası, ardıcıl inqilabları ilə cəsarət və qəhrəmanlıqla işğala tam və səmimi şəkildə qarşı çıxan Əlcəzair uşaqlarının, qadın və kişilərinin döyüşkənliyi və müqavimətilə üz-üzə qaldı və bu, uzun bir müstəmləkə gecəsindən sonra Əlcəzayir xalqının dirçəlməsinə gətirib çıxardı.

Sarsılmaz bir inanca sahib olan xalqımız, müqəddəs torpaqlarında varlığının davamlı olmasına güvənən müstəmləkəçiliyə qarşı şiddətli bir mübarizə apardı. Beləliklə, 1 Noyabr Əlcəzairlilərin qəlbində və şüurunda əbədi həkk olunmuş bir tarixdir. Əlcəzayir xalqının etdiyi bütün fədakarlıqlar Şanlı İnqilabımızı xalqların azadlıq və ləyaqət uğrunda apardıqları inqilabların ön planına qaldırdı.

Bu unudulmaz ildönümünün qeyd olunması əslində bir-birinin ardınca gələn nəsillər vasitəsilə yaddaşlarda möhürlənməsi üçün son dərəcə əhəmiyyətli bir dayanacaqdır. 1 Noyabr referentinə bağlı olan və bu gün xatirəsinə hörmət və ehtiramla təzim etdiyimiz ağsaqqallarının fədakarlığından xəbərdar olan nəsillərin.
1 Noyabr 1954 - 1 Noyabr 2020 - İki tarixi irəliləyiş
Öz fədakarlıqlarından ilhamlanan Əlcəzair gəncləri yenidən məşəli götürmək, dünənki kimi, xalqın iradəsi ilə, yeni qurumlar dövlətinin yaranacağı və qanunun aliliyinin hökm sürəcəyi yeni bir Əlcəzayir qurmaq uğrunda can atırlar və bu gənclik yenidən doğuş və qlobal sıçrayış yolunda ümidlə atılan sıçrayışı idarə etmək üçün məsuliyyəti öz üzərinə götürəcək.

2020-ci il 1 Noyabr tarixi ona görə seçildi ki, xalq bir daha ölkəsinin tarixini, prinsiplərini və hədəflərini Əlcəzairin minillik tarixindən, 1 Noyabr Bəyannaməsindən, qanuni və açıq şəkildə ifadə olunan xalq tələblərindən götürən qurumların gələcək fəaliyyətini əks etdirən Konstitusiyaya yenidən baxılması mətnində öz seçimlərini ifadə edərək qeyd etsin.

1 Noyabr 2020-ci il xalq referendumu ilə təqdim ediləcək layihə, digər vacib yeni müddəalara əlavə olaraq, fərdi və kollektiv azadlıqların möhkəmlənməsini və dövlət quruluşunun vətəndaşın müstəsna xidmətində və ümumi mənafelərində ahəngdar, demokratik və şəffaf fəaliyyətini təmin etmək üçün Əlcəzair qurumlarının təşkilində bir sıra dərin dəyişiklikləri ehtiva edir.

Əlcəzairin Bakıdakı Səfirliyi, 31 oktyabr və 1 noyabr 2020-ci il tarixlərində Bakıda yaşayan Əlcəzair icmasının səs hüquqlarından istifadə etməsinə imkan yaradmaq üçün seçki məntəqəsini açır.
Yaşasın müstəqil və suveren Əlcəzayir və dəyərli Şəhidlərimizin ruhları şad olsun.
Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edildiDüşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb

Oktyabrın 31-də günorta saatlarında düşmənin canlı qüvvə ilə dolu hərbi avtomobil texnikasının mövqelərimiz istiqamətində hərəkəti müşahidə edilib.

Məlum olub ki, Ermənistanın xüsusi təyinatlı qüvvələrindən ibarət kəşfiyyat-diversiya qrupu təxribat törətmək məqsədilə qoşunlarımızın müdafiə xəttinə yaxınlaşmağa cəhd göstərib.

Düşmənə vurulan birinci atəş zərbəsi ilə avtomobil texnikası sıradan çıxarılıb və kəşfiyyat-diversiya qrupu pərən-pərən düşərək qaçmağa başlayıb. Həmin qrupun üzvlərinin ərazini tərk etmələri üçün “Kamaz” markalı ikinci avtomobilə minmələri də müşahidə edilib. İçərisi silahlı hərbçilərlə dolu olan bu avtomobil də istiqamətlənmiş dəqiq atəş zərbəsi ilə dərhal məhv edilib.

Həmin anları əks etdirən videogörüntüləri təqdim edirik.
Müğənni Vüqar Muradov könüllü cəbhəyə yollandı - FOTOMüğənni Vüqar Muradov könüllü olaraq hərbi xidmətə yola düşüb.

Avrasiya.net xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında yazıb.

O, bildirib ki, artıq 10 gündür ön cəbhədədir: “Azərbaycan Respublikasına xidmət edirəm və şərəf duyuram. Oxumaq üçün yox, vuruşmaq üçün gəlmişəm.Tezliklə Şuşada görüşərik, özünüzdən muğayət olun. Torpaq öz oğullarını gözləyir".
MN: Hazırda bu istiqamətdə döyüşlər davam edirDüşmən həm döyüş texnikası, həm canlı qüvvə baxımından verilən ağır itkilər nəticəsində düşmən hər dəfə geri çəkilməyə məcbur edilir.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

"Hazırda Ağdərə, Xocavənd və Qubadlı istiqamətində döyüşlər davam edir və düşmənə qarşı ciddi tədbirlər görülür", - o, əlavə edib.
Ermənistanda ölü sayı 45 minə çatacaq – EkspertBMT-nin ölkələr üzrə əhali statistikasını gündəlik hesablayan proqramı var. Həmin sayta görə, bu il, 2020-ci ilin 30 oktyabrına qədər Ermənistanda rəsmən 3 mln. 76 min əhali yaşayır (Real olaraq isə bu rəqəm 2 milyon civarındadır – red.) Bu ilin ilk 10 ayı ərzində təbii artım (doğulanların sayı) 33 min 951 nəfər olub. Ölənlərin sayı isə (COVİD və müharibəni nəzərə almadan) 22 975 nəfərdir.

Avrasiya.net xəbər verir ki, bu fikirləri ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, ölkədən bu il 1689 nəfər rəsmi olaraq köçüb. Qeyri-rəsmi məlumatlara görə, bu rəqəm 10 minə yaxındır:

“COVİD-19 səbəbi ilə Ermənistanda bu günə qədər 1341 nəfər ölüb, öz işğalçı siyasətlərini davam etdirərək Qarabağa göndərdikləri əsgərlərdən ölü sayı rəsmi məlumata görə 1200, qeyri-rəsmi hesablamalara görə isə 10 min civarındadır. Deməli, bu ilin ilk 10 ayında Ermənistanda ölü sayı (bütün səbəbləri nəzərə almaqla) 35 min civarındadır. İşğalçı siyasətlərini davam etdirdiklərini və COVİD-19 pandemiyasının pik nöqtəyə yaxınlaşdığını nəzərə alaraq, Ermənistanda bu ilin sonuna qədər bütün səbəblərdən ölənlərin sayı 45 min civarında olacaq.

Yeni doğulan uşaq sayının isə ilin sonuna 36 min civarında olması gözlənilir. Ölkədən qaçanların sayının il sonuna 15 min civarında olacağını düşünsək, bu il – 2020-ci ildə ölkə əhalisinin 24-25 min civarında azalacağı gözlənilir. Öz işğalçı siyasətlərinə görə bizim torpaqlarda məhv edilən əsgərlərin 18-40 yaşları arasında olduğunu nəzərə alaraq onu demək mümkündür ki, yaxın illərdə Ermənistanda təbii artım kəskin azalacaq”.

Ekspert qeyd edib ki, müharibədən, Azərbaycanın qələbəsindən sonra 2021-ci ildə Ermənistandan qaçan əhali sayında ciddi artım olacağı gözlənilir, yəni yaxın illərdə Ermənistanın təbii artımı daha da aşağı düşəcək, çünki ölkədən köçən əhalinin əksəriyyəti 18-40 yaşlı vətəndaşlardır:

“Beləliklə, Ermənistanın təcavüzkar, işğalçı siyasəti, Azərbaycanın əzəli torpaqlarında apardığı mənasız müharibə nəticəsində ölkənin gələcəyi şübhə altına düşür. Miqrasiyanın artması, doğuşun azalması yaxın 10 ildə Ermənistan əhalisinin, ən azı, 500 min azalacağını deməyə əsas verir. Bu isə kritik həddin keçilməsidir, çünki əhali sürətlə qocalacaq, doğuş azalacaq, ölkənin iqtisadi yükü artacaq. İşləyənlərin sayı azaldıqca təqaüd alanların sayı kəskin artacaq ki, bu da çəkiləcək durum deyil.

Düşünməlidirlər ki, bu gün yürütdükləri siyasət həm Ermənistanı məhvə aparır, həm də Cənubi Qafqazın inkişafını əngəlləyən əsas faktora çevrilib. İşğaldan vaz keçib, tarixi “xəstəlikdən” sağalıb, normal qonşu kimi yaşamağa başlasalar, bəlkə də gələcəklərini xilas edə bilərlər”.