Müğənni Vüqar Muradov könüllü cəbhəyə yollandı - FOTO
Dərc olunub:
31-10-2020, 17:31
Müğənni Vüqar Muradov könüllü olaraq hərbi xidmətə yola düşüb.
Avrasiya.net xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında yazıb.
O, bildirib ki, artıq 10 gündür ön cəbhədədir: “Azərbaycan Respublikasına xidmət edirəm və şərəf duyuram. Oxumaq üçün yox, vuruşmaq üçün gəlmişəm.Tezliklə Şuşada görüşərik, özünüzdən muğayət olun. Torpaq öz oğullarını gözləyir".