Ermənilərin “vurduğu” 2 tank özlərininki çıxdı - VideoAzərbaycan Ordusunun Qarabağın azad edilməsi uğrunda apardığı əməliyyatlardan sonra aciz duruma düşən Ermənistan rəsmiləri növbəti dəfə saxtakarlığa əl atıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Rusiyanın “Voyennıy Obozrevatel” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, ermənilər guya Azərbaycana məxsus 2 T-72 tankının, BTR-82A və PDM-2 döyüş maşınının məhv edilməsinin əks olunduğu video yayıblar.

“Voyennıy Obozrevatel” həmin videonu Azərbaycan MN-nin bir müddət öncə yaydığı kadrlarla müqayisə edib:

“Videoda olan yer ayın əvvəlində Azərbaycan tərəfindən göstərilib. Məhv edilmiş texnikanın bir hissəsi (BTR-82A istisna olmaqla) ermənilərin özlərinə məxsusdur”.
Lalə Quliyeva: Bir həftə ərzində yüzlərlə dəstək məktubu alıb göndərmişikTorpaqlarımızı işğaldan azad edilməsi üçün əks-hücum əməliyyatlarına başlayandan sonra partiyaların bəziləri siyasi fəaliyyəti dayandırıblar. Bununla bağlı Baku News müharibə gedən bir dövründə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) fəaliyyətilə bağlı maraqladı.

ALDP Qadınlar Şurasının sədri Lalə Quliyeva Baku News-a bildirdi ki, partiya olaraq bir gündə olsun fəaliyyətini dayandırmayıblar: “Bəzi partiyalar hesab etdilər ki, müharibə gedən bir vaxtda, orduya dəstək olaraq siyasi fəaliyyəti dayandırsınlar. Biz onların bu addımına hörmətlə yanaşırıq. ALDP isə əksinə, sentyabrın 27-dən başlayaraq fəaliyyətini daha da gücləndirdi. ALDP ordumuza dəstək olaraq təşviqat xarakterli video-çarx hazırlayıb. “Əsgərə məktub” layihəsi çərçivəsində aksiyanın keçirilməsinə başlayıb. Bir həftə ərzində yüzlərlə dəstək məktubu alıb göndərmişik.”

Lalə Quliyeva məlumat verdi ki, ALDP xaricdə fəaliyyət göstərən və onlarla əməkdaşlıq edən 16 siyasi partiyalara vətən müharibəsi, anti-terror əməliyyatlarla bağlı məlumatlar göndərilməsini vurğuladı: “ Biz əməkdaşlıq etdiyimiz 16 siyasi partiyaları ordumuzun apardığı anti-terror əməliyyatlarla bağlı mütamadi olaraq məlumatlandırırıq. Daha sonra 93 beynəlxalq təşkilata, Avropa Parlamentin və ABŞ Konges üzvlərinə Ermənistan dövlətinin dinc əhaliyə qarşı həyata keçirdiyi terror və təcavüzkar siyasəti ilə bağlı ətraflı məlumatlar göndərmişik. ALDP, bir siyasi təşkilat kimi, vətənimizin ərazi bütövlüyünün təmin olunması üçün mübarizədə öz töhfəsini verməyə çalışır”.

Təhsil naziri əyani təhsilə nə vaxt keçiləcəyini ELAN ETDİ2020-2021-ci tədris ilinin birinci yarım ilinin sonu yanvar ayında olacaq. Ona görə də şagirdlərin biliklərinin qiymətləndirilməsi barədə indidən fikir bildirmək düzgün deyil.

Avrasiya.net-in məlumatına görə, bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, istənilən halda onlayn, yaxud əyani formada da olsa şagirdlərin biliklərinin qiymətləndirilməsinin vahid meyarları müəyyənləşəcək:

“Bildiyiniz kimi əvvəlki aylardan bununla bağlı təcrübələrimiz də var. Bu baxımdan vəziyyət stabilləşdikcə, təcrübədə olduğu kimi əvvəlcə ibtidai siniflər, daha sonra yuxarı siniflər həftədə 2-3 dəfə olmaqla məktəbdə əyani təhsil ala biləcəklər. Bizim də arzumuz bunun tezliklə reallaşmasıdır. Amma epidemioloji vəziyyət buna imkan verməlidir”.
Ermənistanın ordu komandanının müavini məhv edildi - RƏSMİAzərbaycan Ordusu tərəfindən düşmənə qarşı görülən tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, oktyabrın 29-da gün ərzində cəbhənin bir neçə istiqamətdə düşmənin hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Görülən cavab tədbirləri nəticəsində hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib. Belə ki, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında avtomobil kolonunun atəşə tutulması nəticəsində 1-ci ümumqoşun ordusu komandanının silahlanma üzrə müavini polkovnik Viktor Arustamyan məhv edilib.
Düşmənin canlı qüvvəsi və texnikası məhv edildiDünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd T-72 tankı, 1 PDM, 2 ədəd “Smerç” və 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, 2 ədəd “Qvozdika” özüyeriyən haubitsası, 1 ədəd “Osa” ZRK, 1 ədəd P-18 radiolokasiya stansiyası, 4 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.
Bu şirkət Qarabağda terrorçu rejimi maliyyələşdirir"Jonson&Jonson” şirkəti Azərbaycanın işğal edilmiş torpaqlarında Ermənistan tərəfindən yaradılan quldur separatçı rejimi maliyyələşdirir.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, şirkətin Böyük Britaniya bölməsinin maliyyə direktoru Ani Akopyan separatçı rejim üçün vəsait yığımı ilə bağlı paylaşım edib və yığılan pula “Jonson&Jonson” tərəfindən 50% əlavə ediləcəyini bildirib.

Bu addımla “Jonson&Jonson” Azərbaycanın mülki əhalisinə qarşı qadağan olunmuş kaset bombaları istifadə edən terroristik qurumu dəstəkləyir.

Sosial şəbəkə istifadəçiləri A.Akopyanın addımının araşdırılması və bu aksiyanın dayandırılması ilə bağlı “Jonson&Jonson” şirkətinə məktublar ünvanlayıb.

Əks halda şirkətin istehsal etdiyi bütün mallarının idxalı Azərbaycana qadağan edilməsi təklif edilir.
 Fransada etirazlar başladıFransanın paytaxtı Paris başda olmaqla, bir sıra iri şəhələrində iqtisadi çətinliklər və koronavirus pandemiyası ilə bağlı elan edilən qadağalara etiraz olaraq kütləvi nümayişlər keçirilib.

Avrasiya.net xəbər verir ki, Monpelye, Tuluza, Nant, Ruan kimi şəhərlərdə baş tutan etirazlar insidentsiz ötüşməyib.

Sadalanan şəhərlərin müxtəlif məntəqələrində polislə nümayişçilər arasında qarşıdurma yaşanıb.

Polisin etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq etdiyi bildirilib.
Zaxarova Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Cenevrə görüşünün detallarını açıqladı“Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət çətin olaraq qalır. Hərbi qarşıdurma davam edir. Belə bir şəraitdə münaqişənin gərginliyini azaltmaq və danışıqlar prosesini yenidən başlatmaq üçün həm milli müstəvidə, həm də ATƏT-in Minsk qrupunun tərkibində səy göstərməyə davam edirik”.

Avrasiya.net xəbər verir ki, bu sözləri Ermənistan ordusunun Bərdə şəhərini atəşə tutması nəticəsində mülki şəxslərin həlak olmasına münasibət bildirən Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

“Rusiya prezidenti mütəmadi olaraq Azərbaycan və Ermənistan rəhbərləri ilə telefonla əlaqə saxlayır. Rusiya liderinin Türkiyə prezidenti ilə söhbətində Dağlıq Qarabağ ətrafındakı vəziyyətə toxunuldu, Rusiya XİN rəhbəri Sergey Lavrov bunu türkiyəli həmkarı, həmçinin Fransa xarici işlər naziri ilə müzakirə edib”, - deyə M.Zaxarova bildirib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Cenevrədə oktyabrın 30-da keçirilməsi planlaşdırılan görüş barədə də danışıb:

“Gələcək addımları müzakirə etmək üçün ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin oktyabrın 30-da Cenevrədə növbəti görüşünün keçirilməsi barədə razılıq əldə edildi. Bu iclasın gündəliyinə, həmçinin 10 oktyabrda Moskvada əldə edilmiş razılaşmaların icrası da (bunlar humanitar atəşkəs, əsir və cəsədlərin mübadiləsidir) daxil olmaqla beynəlxalq humanitar hüquqla bağlı məsələlər daxil ediləcək.

Biz əvvəldən atəşkəsə nail olmağa və vəziyyəti siyasi-diplomatik məcraya yönəltməyə çalışdıq”.
Ermənistanın 5468 əsgəri məhv edildi - Adbaad siyahıAzərbaycan hakerləri Ermənistanın bəzi hərbi sirlərini ələ keçirib. Sosial şəbəkələrdə yayılan məlumata görə, indiyə qədər düşmən ordusunun ən azı 5468 hərbçisi öldürülüb.

Avrasiya.net Pia.az-a istinadla xəbər verir ki, məlumatda məhv edilən düşmən əsgərlərinin adları, atalarının adları, soyadları və doğum tarixləri qeyd olunub.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi rəsmi açıqladığı siyahıda min nəfərdən bir qədər çox hərbçinin öldürülməsini etiraf edib. Hərbi ekspertlər əvvəldən bu rəqəmlərə şübhə edirdilər, çünki Azərbaycan Müdafiə Nazirliyinin yaydığı kadrlarda düşmən ordusunun saysız hesab itkiləri aydın görünürdü.

Hakerlərin ələ keçirdiyi siyahı günü-gündən genişlənir. Yaralıların bundan 3-4 dəfə çox olduğunu nəzərə alsaq, Ermənistanın Dağlıq Qarabağda yerləşdirdiyi hərbi kontingentin yarıdan çoxunun artıq məhv edildiyini əminliklə söyləmək olar.

Bu gün Azərbaycan prezidenti İlham Əliyev də Rusiyanın “İnterfaks” və “İnterfaks-Azərbaycan” agentliklərinə verdiyi müsahibədə erməni tərəfdən itkilərin beş min nəfər və daha çox ola biləcəyini, bundan 2-3 dəfə çox yaralının olduğunu qeyd edib.

Düşmən ordusunun canlı qüvvə və hərbi texnikasının əhəmiyyətli hissəsinin sıradan çıxarılması Ermənistan rəhbərliyini çətin vəziyyətə salıb. Cəbhədə döyüşən hərbçilərin sıraları sürətlə seyrəlir, fərarilik baş alıb gedir. Arxadan yeni qüvvələrin ön xəttə çatdırılması isə ciddi problemdir. Çünki saysız-hesabsız ölümlər, cəmiyyətdəki ruh düşkünlüyü, məğlubiyyət sindromu öz işini görüb. Gənclər ordudan qaçır, silah gücünə cəbhəyə göndərilənlərin əksəriyyəti orta yaşlı insanlardır. Bunu düşmənin hər gün açıqladığı ölü siyahısından da görmək olur.

Siyahı ilə aşağıdakı linkdə tanış ola bilərsiniz.
https://pastebin.com/raw/HESbNjG7
İrəvanın xəbəri yoxdur: Biz məhv oluruq – Erməni polkovnikErməni separatçılarının ilk liderlərindən, erməni işğal ordusunun ilk komandirlərindən biri olan keçmiş hərbçi, polkovnik Arkadi Karapetyan erməni xalqına müraciət edib.

Avrasiya.net Baku.tv-yə istinadla xəbər verir ki, Feysbuk hesabından səslənən Karapetyan çətin vəziyyətdə olduqlarını, köməyə ehtiyac duyduqlarını, döyüş meydanında tək qaldıqlarını bildirərək, aciz şəkildə yardım diləyib:

“Mediada oxuyuram cəbhədə olanlarla bağlı, məndə elə təəssürat yaranır ki, Ermənistanda yaşayanların həqiqətlərdən xəbərləri yoxdur. Düzdür, mən özüm hazırda hərbçi olmasam, əməliyyatlarda iştirak etməsəm də, lap dəqiq deyə bilərəm ki, cəbhədə hazırda nələr baş verir. Hamının döyüşlərdə tanışları var və bu sirr deyil. Döyüşlər artıq Şuşa qalasının divarlarının yanında gedir. Bilmirəm bu barədə sizə nəsə deyirlər, ya yox, amma onlar bizi uzaqdan toplarla vururlar, sonra da gəlib bizim ölmüş oğlanların yerində dururlar. Mən bunu panika yaymaq üçün demirəm, ona görə deyirəm ki, biləsiniz, bizim sizin köməyinizə çox ehtiyacımız var”.

O, erməni xalqına müraciətində əlavə edib:

“Bilmirəm siz bunu hökumətinizə deyəcəksiniz, ya necə edəcəksiniz, ancaq bizə kömək lazımdır, məhv olub gedirik. Gücümüz tükənir”.

Qeyd edək ki, Arkadi Karapetyan “Daşnaksütyun” partiyasının fəallarından olub. O, Qarabağda separatçı hərəkatı başladan və hərbi əməliyyatlarda birbaşa iştirak edən, Azərbaycan ərazilərinin işğalında xüsusi rol oynayan şəxslərdən biri kimi tanınır.