"General Həzi Aslanov" gəmisində güclü partlayış

 "General Həzi Aslanov" gəmisində güclü partlayışRusiyanın neft daşıyan tankerində partlayış baş verib.

Avrasiya.net xəbər verir ki, Rusiyanın Azov dənizində üzən “General Həzi Aslanov” neft tankerində iki partlayış baş verib. Gəmidən 13 heyət üzvündən 10 nəfər xilas edilib, 3 nəfərin axtarışları aparılır.
Tanker Rusiyanın Rostov vilayətinin “Qafqaz” limanından yola düşüb. İlkin məlumata görə, tankerdə yük olmayıb, partlayış neft məhsullarının buxarından yaranıb.

Gəminin batmaq üzrə olduğu bildirilib.

Qeyd edək ki, ilk olaraq gəminin Palmali şirkətinə məxsus olması bildirilsə də, sonradan bu informasiya təkzib edilib.