Ölkəmizdə koronaya yoluxanların sayında şok artımAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1015 yeni yoluxma faktı qeydə alınıb, 483 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 53152 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 42516 nəfər müalicə olunaraq sağalıb, 708 nəfər vəfat edib, aktiv xəstə sayı 10636 nəfərdir.

Ölkədə son sutka ərzində 11813, hazırkı dövrədək isə 1331287 test aparılıb.
Azərbaycan Ordusu dağıdır, ümid etməyin... - NakalyanErməni xalqı boş ümidlərə qapılmasın. Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri qarşısında dayana bilməz.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın "Adekvad" hərəkatının təsisçisi Konstantin Ter-Nakalyanın erməni xalqına müraciətində deyilir.

Onun sözlərinə görə, Ermənistan yorucu müharibə ssenarisindədir:

“Bunun əbədi davam edəcəyinə dair boş ümidlərə qapılmayın. Azərbaycanın pulunun və resurslarının bizimkindən daha tez tükənəcəyinə ümid etmək lazım deyil. Bir vacib həqiqəti anlamalıyıq ki, Rusiya Qarabağı bizim üçün qorumayacaq və itirdiyimiz əraziləri nəzarətimizə qaytarmayacaq, o, yalnız Ermənistan Respublikasını xilas edə bilər”.

Cəbhə xəttindəki vəziyyətə toxunan erməni hərəkatının qurucusu Ermənistanın demək olar ki, bütün istiqamətlərdə “ağrılı” geriçəkilmə yaşadığını vurğulayıb:

“Hərbi texnika və xüsusi personal sahəsində Ermənistanın ciddi itkiləri var. Azərbaycan Ordusunun ehtiyatları tükənməzdir, bizim ordumuz isə artıq taqətdən düşüb”.



Erməni əsgərlərin meyitləri qarşı tərəfə təhvil verildiErməni əsgərlərin meyitlərinin bir qismi və iki nəfər yaşlı Ermənistan vətəndaşı qarşı tərəfə təhvil verilib.

Avrasiya.net xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Bu prosesdə Rusiya Müdafiə Nazirliyi və şəxsən Müdafiə naziri Sergey Şoyqunun səylərini yüksək qiymətləndiririk. Rusiyanın bu humanitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və öz əsgərlərinin meyitlərinin qəbul edilməsinə razılığını verdi. Bu gün, indilərdə proses başa çatdı. Biz həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinin ofisinə də təşəkkürümüzü bildiririk. Bu, bir daha Azərbaycanın humanitar dəyərlərə və beynəlxalq humanitar hüquqa sadiqliyini göstərir", - H.Hacıyev əlavə edib.
Türkiyə Cümhuriyyətinin qurulmasının 97 ci il dönümünə Azərbaycandan ağıla gəlməyəcək töhfəİstanbul Aydın Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə layihəsi olan “29 Ekim-29 sənətçi” adlı sənət və rəsm sərgisində Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci ilində dörd qardaş ölkədən olan mədəniyyət nümayəndələri bir araya gələcəklər.

“29Ekim-29 sənətçi” sərgisində Türkiyə, İran, Azərbaycan,KKTC -dən bir sıra tanınmış mədəniyyət nümayəndələri iştirak edəcək.

Sözügedən sərgiyə ən böyük dəstək Azərbaycanın tanınmış müğənnisi Azərindən gəldi. O, sərgini dəstəkləndiyini videocəkilislə gerçəkləşdirdi.

Ulu öndər Mustafa Kamal Atatürkün Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məhəmməd Əmin Rəsulzadəyə yolladığı məktubu oxuyub : “Türkün azadlıq bayrağını sən dalğalandırdın, o bayraq enməsin deyə sənin əlindən alıb Türkiyə üzərində dalğalandırdım. Bu bayraq enməz demişdin, enməyəcək!” Baxın, bizim bu qədər dərin bağlarımız var” ifadələri keçir.

Sərgidə həmçinin Azərbaycan xalq mahnılarının dünya şöhrətli ifaçısı Alim Qasımovun qızı Fərqanə Qasımova da sərgiyə
dəstəyini nümayiş etdirdi:” Allah dövlətimizi və millətimizi qorusun.Sevgilər əziz Türkiyəm. Həmişə ucal!”

İAU-nin rektoru Dr. Yadigar İzmirli də “29 Ekim-29 Sanatçı” sərgisi ilə bağlı fikirlərini bölüşdü: ” İAU ilə qardaş Azərbaycanın ən mühüm təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi ilə reallaşan bu online sərgi dörd dost ölkəni İran Azərbaycan, Türkiyə və KKTC-ni daha sıx mədəniyyət bağları ilə birləşdirməyə xidmət edir. Belə bir mühüm layihədə yer aldığımız üçün qürur duyuram.

Layihənin rəhbəri Lalə Hüseynova AMİA.AZ saytına açıqlamasında bildirib ki, son günlər baş verən hadisələr və İkinci Qarabağ Savaşı başlayan ilk gündən daim Azərbaycan dövlətinin və xalqının yanında olan Türkiyə həqiqətən də qardaş olduğunu sübut etdi. O, ümummilli lider Heydər Əliyevin “Bir millət ,iki dövlət” şüarını öz əməli ilə sübut etdi. Biz hər daim Türkiyə təhsil ocaqları ilə sıx əməkdaşlıq edirik. Bu yolda bizə mənəvi dəstək olan Azərbaycanın birinci xanımı vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq. Çünki biz bütün nailiyyətlərimizdə onun siyasətini , qayğısını , diqqətini özümüzə örnək götürmüşük. Mehriban Əliyevanın gənclərə diqqəti, təhsilə xüsusi qayğı və nəzarəti , müttəfiq ölkələrlə mədəni əlaqələrin qurulması bizlərə bu imkanları verir.
Ermənistanın iki Su-25 təyyarəsi məhv edildiOktyabrın 29-da saat 13:18 və 13:20 radələrində cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Suqovuşanda Azərbaycan bayrağını qaldıran əsgərə ev verildi - FOTO“Cavid-2016” MMC şirkəti işğal altında olan torpaqların azad edilməsi uğrunda keçirilən hərbi əməliyyatlarda şücaət göstərən hərbçiyə mənzil hədiyyə edib.

Avrasiya.net xəbər verir ki, oktyabrın 27-də şirkətin ofisində keçirilən təqdimatda Suqovuşan qəsəbəsinin azad edilməsindən sonra Azərbaycan bayrağını meydanda dirəyə taxaraq dalğalandıran əsgər İlkin Fərzəliyevə “Cavid-2016” şirkətinin rəhbərliyi tərəfindən mənzil hədiyyə olunub.

Şirkətin rəhbəri bildirib ki, həmin görüntüləri izləyəndə fərəh hissi keçirib və elə o an da həmin əsgərə ev bağışlamaq qərarına gəlib.

Bu gün keçirilən təqdimatda mənzilin sənədləri və açarı əsgərin atası Azad Fərzəliyevə təqdim edilib. A.Fərzəliyev şirkət rəhbərliyinə minnətdarlığını bildirərək təşəkkür edib.

Təqdimatda İ.Fərzəliyevin anası Mətanət Fərzəliyeva da işitrak edib.








Qarabağ həqiqətləri: gənc könüllülərimiz bunu dünyaya necə çatdırırlar? I I Yazı

Ikinci müsahibimiz isə Türkiyənin Orta Doğu Texniki Universitetinin mədən mühəndisliyi fakultəsinin 4-cü kurs tələbəsi Azər Haqverdiyevdir. O, eyni zamanda qiyabi olaraq, Anadolu Universitetinin beynəlxalq ticarət və loqistika fakültəsinin 3-cü kursunda təhsil alır. “Əslən Şuşadanam, amma Tərtərdə anadan olmuşam, ailəm hazırda Tərtərdə yaşayır. Özüm isə 12 ildir Ankarada yaşayıram” deyən müsahibimiz qardaş Türkiyənin paytaxtında gördükləri işlərlə bağlı sualları cavablandırıb:

Azər Haqverdiyev: “Qarabağ kəlməsi gələndə axar sular dayanır”

Xaricdə yaşayan hər bir həmyerlimiz həm də Azərbaycan mədəniyyətinin, tarixinin və milli-mənəvi dəyərlərimizin təmsilçisidir. Tələbələr bunun məsuliyyətini yetirəncə dərk edirlərmi?

– Ankaraya gələn tələbələrimiz, əslində, hara gəldiklərini yaxşı bilirlər. Mən yeni gələn tələbələrə burada yerləşmələri, uyğunlaşmaları üçün kömək edirəm. Bu müddət ərzində onlarla yaxından təmasda oluram. Birmənalı olaraq, Azərbaycandan gələn gənclər könüllü şəkildə ölkəmizi bacardıqları qədər təmsil etmək istəyirlər. Onlar bunun məsuliyyətini dərk edir və bunu özlərinə borc bilirlər.

Tələbə olaraq, Vətənimizi, onun mədəniyyətini, tarixini və milli adət-ənənələrimizi tanıtmaq üçün hansı addımları atırsınız?

– Üniversitetimizdə ənənəvi bahar şənlikləri keçiririk. Bu zaman tələbələrimiz Azərbaycan adına masalar açırlar. Biz bu bayram çərçivəsində adət-ənənələrimizi, mədəniyyətimizi, milli abidələrimizi tanıdırıq. Rahatlıqla deyə bilərəm ki, ən çox da maraq bizim masalara olur. Bundan başqa Xocalıda, 20 Yanvarda törədilmiş qətliamlarla bağlı proqramlarımız olur. Eyni zamanda, 28 mayda səfirliyimizin dəstəyilə təqdimat tədbiri keçirildi. Universitet rəhbərliyinin köməyilə ötən ilin18 oktyabrında Müstəqillik günü münasibətilə ağaçəkmə aksiyası təşkil edildi. Ankaradakı bütün universitetlərin iştirakı ilə Hüseyin Caviddən bəhs edən filmin numayisini keçirdik. Bir dəfə də muğamlarımızı tanıtmaq məqsədilə xalq artistimz, xanəndə Mənsum İbrahimovun konsertini təşkil etdik. Eyni zamanda, könüllü tələbələrimiz müxtəlif xarici dillərdə Xocalı soyqırımını tanıtma üçün video hazırlamışdılar.

Xaricdə təhsil alan könüllü tələbənin bu istiqamətdə daha nələr etmək imkanı var?

– Əslində, biz potensialımızı tam ortaya qoymamışıq. Məsələn, ayrıca Azərbaycan günləri keçirilə bilər, Novruz bayramı daha gözəl şəkildə təşkil oluna bilər. Bundan əlavə Qarabağla əlaqəli seminarlar, ölkəmizin multikulturizmi haqqında tədbirlər təşkil oluna bilər. Başqa bir effektli tədbir mətbəximiz haqqında ola bilər. Bunun üçün universitetlərin Qastronomi dərnəkləri var. Onlar bu işdə bizə həvəslə kömək edərlər. Universitetlərin teatr dərnəyini də bura əlavə etmək olar. Məsələn, "Molla İbrahimxəlil kimyagər", "Ölülər", "Hacı Qara", "Müsibəti-Fəxrəddin" kimi gözəl əsərlərin səhnələşdirilməsinə cəhd etmək olar. “Azərbaycan kinosu” günlərinin keçirilməsi də gözəl təbliğat vasitəsi kimi təsirli olardı. “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Axırıncı aşırım” kimi filmlərimizi təqdim edə bilərik. Bunun üçün universitetlərdə şərait var.

Diaspor təşkilatları, eləcə də, könüllülər yerli ictimaiyyətə Qarabağ həqiqətlərini necə çatdırırlar?

– Səfirliyimiz bu yöndə çox ciddi addımlar atır. Məsələn, bütün universitetlərdən gələn təkliflərə səfirimiz Xəzər İbrahim qatılmağa çalışır. Hansı universitetdə keçirilməsindən asılı olmayaraq, o, birmənalı şəkildə bu tip tədbirlərin heç birindən qalmır və ilk imkanda Qarabağ həqiqətlərini ictimaiyyətin diqqətinə çatdırır.

Başqa ölkələrin nümayəndələri ilə müqayisədə, Azərbaycan tələbələrinin mütəşəkkilliyi özünü nədə göstərir? Və bunun ölkəmizə, xalqımıza hansı faydaları dəyir?

– Bizim tələbələrimiz həm mehribandırlar, həm də dil baxımından digər millətlərdən fərqlənirlər. Türkiyə vətandaşları da bizi özləri kimi gördüyündən bu bizə daha da rahat söhbət imkanı yaradır. Tələbələrimiz Azərbaycan adına bütün işlərə həvəslə qoşulurlar. Qarabağ mövzusunda bu həvəs xüsusilə artır. Qısa şəkildə belə deyə bilərəm: Qarabağ kəlməsi gələndə axar sular dayanır, yəni tələbələrimiz əlindən gələni edirlər. Bu mövzunun həssaslığı könüllülərimizi daha çox araşdırmaya sövq edir. Nəticədə həm dünyagörüşü, həm də bilikləri artır. Bu da gənclərimizin daha yaxşı formalaşmasına müsbət təsirini göstərir.

Sonda onu da xüsusi olaraq qeyd edim ki, hazırda ordumuzun uğurlu əməliyyatları davam edir. Biz inanırıq ki, çox yaxında torpaqlarımız bütünlüklə işğaldan azad ediləcək. Eyni zamanda, bu bizim üzərimizə daha çox məsuliyyət qoyur. Çünki torpaqlarımız işğaldan azad olunduqdan sonra erməni lobbisi bizə qarşı daha aqressiv olacaqdır. Buna görə məncə, daha çox çalışmalı, türk diaspor təşkilatları ilə əlaqəni daha da gücləndirməli, hətta birləşməliyik. Çünki cənab Prezident İlham Əliyevin dediyi kimi bir millətin iki diasporu olmaz.

Nüşabə Hüseynova

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) "Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması" layihəsi çərçivəsində dərc olunub.

Ermənistanda koronadan daha 29 nəfər öldüErmənistanda koronavirusa yoluxma hallarının sayı 85 034-ə qalxıb.

Avrasiya.net xəbər verir ki, ölkədə bir gün ərzində 2383 nəfər koronavirusa yoluxub.

Virusdan son sutkada 29 nəfər ölüb (ümumilikdə 1272). Koronavirusa yoluxan, ancaq yan xəstəlikdən ölənlərin sayı isə 354 nəfərdir (son sutkada 2 nəfər).

 "Dqr"in “müdafiə naziri” cəhənnəmə yola salındı - HacıyevAzərbaycan Silahlı Qüvvələri döyüş meydanında Xocalı soyqrımını törədənlərin cavabını verir.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hazırda Bərdə şəhərində olan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, artıq qondarma rejimin “müdafiə naziri” cəhənnəmə yola salınıb: “Digərləri də öz payını alacaqlar”.