Əməkdar jurnalist İordaniya mətbuatında ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi terrordan yazdıƏməkdar jurnalist, "OLAYLAR" qəzeti və eyniadlı İnformasiya Agentliyinin əməkdaşı, Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəylinin İordaniyanın Nayrouz.com saytında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar və terror siyasətindən bəhs edən məqaləsi dərc edilib. "Azərbaycan erməni terrorunun hədəfində" başlıqlı yazıda müəllif qeyd edir ki, Azərbaycan 1 aydan artıqdır erməni terroruna və Ermənistanın təcavüzkar siyasətinə qarşı şərəfli mübarizə aparır. Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğala məruz qoyması, 1 milyona yaxın azərbaycanlını öz yurd-yuvalarından didərgin salmasına baxmayaraq ölkəmizə qarşı yeni ərazi iddiaları irəli sürdüyünü qeyd edən məqalə müəllifi vurğulayır ki, yeni ərazilər zəbt etməyi qarşıya məqsəd qoyan Ermənistan dövlətinin bu ilin sentyabr ayının 27-dən başlamış olduğu hücum əməliyyatı bölgədə yeni bir gərginliyin artmasına, müharibənin alovlanmasına gətirib çıxardı.

Müəllif daha sonra qeyd edir: "Ermənistanın Azərbaycan ərazilərinin daha bir hissəsini zəbt etmək, yeni ərazilər ələ keçirmək istəyinin təbii ki, qarşısı alınmalı, adekvat tədbirlər görülməli idi. Beləliklə, Azərbaycan Ordusu Ermənistanın sentyabrın 27-dən başlamış olduğu hücum cəhdinin qarşısını almağa və əkshücum əməliyyatı ilə 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarının bir hissəsinin işğaldan azad edilməsinə nail oldu. Ötən müddət ərzində Azərbaycan Ordusunun əkshücum əməliyyatı nəticəsində Ermənistan tərəfindən uzun illər işğal altında saxlanılan Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının kənd və qəsəbələri işğaldan azad edildi, tarixi Azərbaycan ərazilərində yenidən Azərbaycan bayrağı dalğalandırıldı".

Müəllif məqalədə Ermənistanın mülki əhalini hədəfə alması və Gəncəyə həyata keçirdiyi raket hücumundan da yazıb: "Mövcud reallıq və Azərbaycanın öz haqq işi uğrunda apardığı mübarizədə əldə etdiyi qələbələri həzm edə bilməyən Ermənistan dövləti ənənəsinə sadiq qalaraq yenə də terrora, mülki insanları hədəfə almağa üstünlük verdi. Cəbhədə ağır məğlubiyyətlə üzləşən, Azərbaycan Ordusunun əkshücum əməliyyatı qarşısında aciz duruma düşən Ermənistanın hərbi və siyasi rəhbərliyi bir tərəfdən Azərbaycandan atəşkəsə əməl olunmasını xahiş etdi, bunun üçün bir sıra dövlətlərdən vasitəçi olmağı istədi, digər tərəfdən öz istədiyi atəşkəsi elə özü kobud şəkildə, vandalcasına pozdu. Özü də cəbhə xəttində, döyüş meydanında deyil, döyüşlərin getdiyi ərazidən yüzlərlə kilometr kənarda, Azərbaycanın ikinci böyük şəhəri sayılan Gəncədə. Eyni zamanda hərbi əməliyyatlardan çox-çox uzaq olan digər şəhər və rayonlarda, Tərtər, Goranboy, Bərdə, Yevlax, Mingəçevir, hətta Siyəzən, Qəbələ, Kürdəmir və Bakıda. Adlarını çəkdiyimiz hər bir şəhər və rayona uzaqmənzilli ballistik raketlər atmaqla, mülki insanların yaşadığı kənd və qəsəbələri artilleriya qurğuları ilə atəşə tutmaqla. Ermənistan dövlətinin təkcə Gəncə şəhərinə atdığı uzaqmənzilli ballistik raket zərbələri nəticəsində 20-dən çox mülki şəxs həlak olub, 100-ə yaxın şəxs xəsarət alıb. Həm oktyabrın 11-də, Azərbaycanla atəşkəs barədə razılığın əldə edilməsindən bir neçə saat sonra, həm də oktyabrın 17-də Gəncəyə atılan raketlərin hədəfi sırf yaşayış məntəqələri olub və bu zərbələr nəticəsində Gəncə şəhərində yüzlərlə ev, eləcə də bir o qədər infrastruktur və iaşə obyekti yarasız vəziyyətə düşüb. Eyni zamanda raket zərbələrinin endirildiyi Beyləqan, Tərtər, Ağdam, Bərdə, Goranboy, Naftalan və digər şəhər və rayonlarda da hədəf mülki insanlar olub və sentyabrın 27-dən başlayan erməni hücumu və terroru nəticəsində ümumilikdə 60-dan çox din, mülki insan həlak olub, 300-ə yaxın mülki şəxs yaralanıb. Adları qeyd edilən şəhər və rayonlarda da yüzlərlə yaşayış binası, məktəb və digər inzibati binalara ciddi ziyan dəyib".

Süleyman İsmayılbəyli təəssüf hissi ilə qeyd edir ki, Azərbaycan xalqına, mülki, dinc insanlara qarşı həyata keçirilən erməni terroru sivil dünyanın gözü qarşısında baş verir və bu gün insan hüquq və azadlıqları, insan haqlarından bəhs edən beynəlxalq təşkilatlar, dünyanın güc mərkəzləri ermənilərin işğalçılıq və terroz siyasətinə dur deməyə maraqlı görünmür: "Belə olan halda bu müqəddəs missiya, erməni terrorunun qarşısını almaq Azərbaycan dövləti və onun Ordusunun üzərinə düşür. Azərbaycan dövləti və Azərbaycan Ordusu da bu gün həmin missiyanı uğurla həyata keçirməkdədir".

Məqalə ilə daha ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz

http://nayrouz.com/%D8%A7%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D8%AA%D8%AD%D8%AA-%D8%A7%D8%B3%D8%AA%D9%87%D8%AF%D8%A7%D9%81-%D8%A7%D9%84%D8%A5%D8%B1%D9%87%D8%A7%D8%A8-%D8%A7%D9%84%D8%A7%D8%B1%D9%85%D9%
 Düşmənin raket-artilleriya silahları anbarı məhv edildi - VideoErmənistan mətbuatı guya Azərbaycan Ordusuna məxsus döyüş sursatı anbarının məhv edilməsi ilə bağlı növbəti yalan məlumat yayıb. Lakin düşmən həmin anbarın yaxın məsafədən çəkilmiş videogörüntüsünü məlumata əlavə etməklə öz saxtakarlığını bir daha ifşa edib.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, həqiqətdə isə oktyabrın 29-da gecə saatlarında Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazimizdəki yeni inşa edilmiş raket-artilleriya silahları anbarı bölmələrimiz tərəfindən məhv edilib.
Nikol müharibəni uduzub: əgər etiraf etsə... – İsrail ekspertiErmənistan rəhbərliyinin dinc vətəndaşları qətlə yetirmək məşğuliyyəti XXI əsrdə terrorizmdir. Onlar hər kəsin bildiyi bütün beynəlxalq konvensiyaları, xüsusən də 1949-cu ilin Haaqa Konvensiyasını pozur.

Avrasiya.net xəbər verir ki, bunu israilli ekspert, beynəlxalq hüquq və siyasət üzrə mütəxəssis Mixail Finkel “Anastasiya Lavrina ilə xüsusi buraxılış” verilişinin efirində bildirib.

Onun sözlərinə görə, İrəvan vəlvələ içindədir:

“Müharibəni uduzurlar və bu əzabdır! Döyüş əməliyyatları xəritəsi qarşısında əlacsız qaldıqlarını nəzərə alaraq, özlərini müdafiə edə bilməyənləri - qadınları, uşaqları, qocaları, ümumiyyətlə, mülki şəxsləri hədəf alırlar. Və dünya da bunun qarşısında susur. Kimsə bir söz demir, sanki bu baş vermir...”

Ekspert Ermənistan hökumətinin iğtişaş, inqilab və mövcud rejimin devrilməsindən qaçmaq üçün cəbhədəki vəziyyət və Azərbaycan Ordusunun irəliləməsi barədə öz xalqına yalan danışmağa davam etdiyini də qeyd edib:

“Paşinyan hakimiyyətdə qalmaq istəyir və “luzer” (uğursuz, məğlub olan) kimi görünmək istəmir. Rəsmi Bakının Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun uğurları barədə şübhə doğurmayan məlumatlar dərc etdiyi zaman ermənilərin yalanları üzə çıxır.

Ermənistanın Baş naziri Paşinyan Azərbaycanla müharibəni uduzsa da, bunu etiraf etməkdən qorxur. Çünki bu, onun devrilməsinə gətirib çıxaracaq”.
"Biz həmsədrlərdən vicdanlı vasitəçilik tələb edirik"Düşmən ölkə növbəti dəfə öz terrorçu və faşist mahiyyətini ortaya qoydu. Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutması və bunun nəticəsində 21 nəfərdən çox soydaşımızın həyatını itirməsi, 70 nəfərdən çox mülki insanlarımızın xəsarət alması, yaralanması bir daha Ermənistan dövlətinin azğınlığını, barbarlığını göstərir.

Bu ölkə nə adi insanlıq dəyərləri ilə, nədə ki Cenevrə Konvensiyalarının tələbləri ilə, beynəlxalq hüququn normaları ilə qətiyyən hesablaşmır. Ermənistan özünü normal dövlət kimi deyil, açıq-aşkar terrorçu qurum kimi aparmaqla beynəlxalq hüququ ayaqlar altına atır, dünya birliyinə qarşı saymazyana davranır.

Lakin ən təəccüblüsü də budur ki, dünya birliyi, BMT kimi, UNİCEF kimi mötəbər təşkilatlar, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan adlı terrorçu dövlətin vandalizm və soyqırım təşəbbüslərinə şübhəli şəkildə susur. Əgər eyni addımları Azərbaycan Ermənistana qarşı atmış olsaydı, dünya birliyi dediyimiz həmin o kar və kor qüvvə indi Azərbaycana qarşı rəsmən səlib yürüşü təşkil edərdi. Deməli, günümüzün dünya reallıqlarında beynəlxalq hüququn normaları yox, ikili standartlar hökmranlıq edir.

Biz bu cür ikibaşlı davranışlara, ədalətsiz siyasətə və terrorçu ölkənin cəzasız qalmasına qəti şəkildə etirazımızı bildiririk. Biz BMT-dən, ATƏT-dən işğalçı ölkənin nazıyla oynamaq siyasətindən əl çəkməyi tələb edirik. Biz Ermənistanın uşaqları qətlə yetirən ölkə kimi ifşa edilməsini və məsuliyyətə cəlb olunmasını tələb edirik. Biz beynəlxalq təşkilatlardan, super dövlətlərdən beynəlxalq hüquqa hörmətlə yanaşmağı tələb edirik. Biz həmsədrlərdən vicdanlı vasitəçilik tələb edirik. Haqqın, ədalətin yanında olmağınızın vaxtı çoxdan yetişib, cənablar! Azərbaycan xalqının haqq səsini eşitmək sizin birbaşa vəzifəniz, borcunuzdur. Borcunuzu və borcunuzun məsuliyyətini unutmayın!

Onu da unutmayın ki, heç bir terrorçu dövlət heç bir raket atəşləri Azərbaycan Ordusunun qarşısını ala bilməz, Ali Baş Komandanımızın əzmini sarsıda bilməz! Azərbaycan xalqı öz torpaqlarının işğaldan azad edilməsini istəyir. Bu bizim təbii, tarixi haqq və hüququmuzdur. Siz də bizim bu haqq və hüququmuzla
hesablaşmalısınız! Siz işğalçı ölkənin yanında yox, torpaqları işğala məruz qalan xalqın yanında yer almalısınız. Elə isə buyurun, ədalətliliyinizi göstərin! Qarabağımızı işğalçıya peşkəş etməyin, yedirtməyin!

Mən böyük bir üzüntü hissilə Bərdə soyqırımı nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, onların ailə üzvlərinə başsağlığı verirəm. Yaralanmış soydaşlarımıza da tez sağalmalarını arzu edirəm!

Millətimizin baş sağ olsun! Allah Ordumuza və Dövlətimizə qüvvət versin!

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri
Elman Rüstəmov: “Strateji valyuta ehtiyatlarımız 50 mlrd. dollardan çoxdur”Bir çox ölkədə karantin rejiminin sərtləşdirilməsi neftə tələbatın davamlı bərpasına mane olur.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun özlərinə görə, "Brent" markalı neftin orta qiyməti sentyabr-oktyabr aylarında 42 ABŞ dolları səviyyəsində olub.

"İlin əvvəlindən ölkənin xarici ticarət balansı profisitli olaraq qalır. Bu da strateji valyuta ehtiyatların qorunmasına şərait yaradır. Hazırda strateji valyuta ehtiyatlarımız 50 mlrd. dollardan çoxdur və bu, ÜDM-in 100% səviyyəsini üstələyir", - deyə E. Rüstəmov qeyd edib.

O həmçinin əlavə edib ki, Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən artmaqda davam edib və artım 3,4% təşkil edib.
Xankəndidə hərbi anbar məhv edildi - Video
12:26

Bu gecə Xankəndidə hərbi anbarlardan birində yanğın baş verib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Teleqram kanalları yayıb.

Məlumata görə, hərbi anbarda yanğın Azərbaycanın PUA-larından birinin zərbəsindən sonra başlayıb.

***

Mediapost.az sözügedən partlayışın videosunu yayımlayıb.

Həmin görüntüləri təqdim edirik:
Erməni könüllü dəstəsinin komandiri məhv edildiErmənistan könüllülər dəstəsinin komandiri Suren Barseqyan Azərbaycan Ordusunun keçirdiyi anti-terror əməliyyatı nəticəsində məhv edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, “dqr”in separatçı-terrorçu rəhbəri Araik Arutyunyanın ötən gün Suren Barseqyana qondarma “artsax qəhrəmanı” adını verdiyi deyilir.

Robototexnika sahəsində layihəyə start verildiŞirvan şəhər M.İsrafilov adına 18 saylı Təbiət-humanitar təmayüllü məktəbin coğrafiya müəllimi Hətəmova Pərvanə Müslüm qızı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV qrant müsabiqəsinndə iştirak edərək “Lego Lab Oyundan hobbi ilə peşəyə” əyləncəli, praktik, robotiks dərslər – layihəsinin qalib olmuşdur.

Müasir dünyada robototexnikanın inkişafının bütün təsərrüfat sahələrində tətbiqinə böyük təsiri vardır. Robototexnika laboratoriyalarının divarlarında getdikcə çox sayda məişət robotu yaradılır, "ağıllı maşınlar" getdikcə iş yerində bir, hətta bir neçə adamı əvəz edir. Bu şəraitdə robototexnika yeni təhsil texnologiyası və müasir mühəndis kadrları yetişdirmək üçün bir vasitə kimi mühüm əhəmiyyət daşıyır. XXI əsrin ən son texnologiyası olan robot texnologiyasından istifadə gündəlik məktəb təcrübəsinə innovasiya və yaradıcılıq gətirir, professional müəllimlər üçün unikal həllər təklif edir.
Robototexnika sahəsində layihəyə start verildi
Layihənin əsas məqsədi də Texniki yaradıcılıqlarının inkişafı - mühəndislik texnolojı sistemin təməlinin qoyulmasıdır. Layihə əsasən müəllim və 13-14 yaş səviyyəsini əhatə edən şagirdlər üşün nəzərdə tutulub.

Layihənin aktuallığı ondan ibarətfir ki, robototexnika sahəsindəki robotiks dərsləri vasitəsilə şagird və müəllimlər virtual və real dünya arasındakı fərqi anlayacaqlar. Robototexnika sahəsindəki həllərin, əlavə tədris prosesinin bir hissəsi kimi proqramlaşdırma əsasında rəqəmsal bacarıqlardan istifadə edilməsi şagirdlərin texnoloji və dizayn mədəniyyətini formalaşdırmağa imkan verəcəkdir. Bu layihə çərçivəsində də 13-15 yaşlı şagirdlər problemlərin həllinə yaradıcı yanaşma, ünsiyyət və mühəndislik sahəsində robotların qurulması və proqramlaşdırılmasının əsaslarını izləmək və onlayn tətbiq etməklə, rəqəmsal bacarıqlara yiyələnərəklər. Gələcəkdə bu, rəqəmsal bilik və bacarıqların inkişafına yönələdiləcək.

Layihə cərcivəsində LEGO MINDSTORMS EV3 tətbiqi, robotlarının qurulması, proqramlaşdırma dərsləri sayəsində şagirdlərdə elm və mühəndislik mövzusununun öyrənmələrinə böyük maraq yaranır. Uşaqların 21-ci əsrdə fəaliyyət göstərmək üçün lazımi bacarıqlarla təchiz edərkən, təxəyyül inkişaf etdiririk və hədəfə çatmaqda müəllimlərin dəstəyi ilə əzmkarlıq öyrədirik.

29.10.2020-ci ildə layihənin açılındaşında ekspert olaraq PİK - Peşəkər İnkişaf və Keyfiyyət mərkəziinin direktoru Ramil Süleymanov, Şirvan şəhər M.İsrafilov adına 18 saylı Təbiət-humanitar təmayüllü məktəbin direktoru İsmayıl Yusubov, Şirvan şəhər məktəblərindən rəhbər işcilər, şəhər pedaqoji heyəti iştirak edərək, layihənin məqsəd və vəzifələri ilə bağlı fikir və munasibət bildirmişlər və bu iştirakçılar tərəfiindən cox yüksək səviyyədə qarşılanmışdır.
Gürcüstan erməniləri Qarabağdakı döyüşlərdə iştirak etmək üçün dəstə yaradıblarGürcüstanda ermənilərin yaşadığı Samtsxe-Cavaxetiya bölgəsinin sakinləri Qarabağdakı döyüşlərdə iştirak etmək üçün könüllülərdən ibarət dəstə yaradıblar.

Publika.az xəbər verir ki, "Zinuj Media"nın verdiyi məlumata görə, dəstənin yaradılmasının təşəbbüskarı Ermənistan parlamentinin deputatı Şirak Torosyandır.

Dəstəyə Cavaxetiyadan olan mühacirlər və Gürcüstanın bu bölgəsində yaşayan Ermənistan vətəndaşları daxildir.

Qeyd edək ki, Gürcüstan Cinayət Məcəlləsinin 310-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq, xarici dövlətin və ya xarici təşkilatın hərbi xidmətinə Gürcüstanın xarici təhlükəsizliyinə zərər vurmaqla daxil olmaq, habelə digər şəxsləri belə bir əməli törətməyə razı salmaq beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, Gürcüstan vətəndaşları - etnik ermənilər Qarabağda döyüşə bilməzlər.

Donbasda vəziyyət gərginləşdi: 2 ölü, 5 yaralıUkraynanın Donbas regionunda hərbi gərginlik yaşanıb.

Ukrayna KİV xəbər verir ki, qondarma “Donetsk Xalq Respublikası”nın döyüşçülərinin açdığı atəş nəticəsində 2 ukraynalı hərbçi həlak olub, 5-i isə yaralanıb.

Ukrayna rəhbərliyi insidentə görə, rusyönümlü hərbi birlıəşmələri ittiham edib.

Xatırladaq ki, Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bir hissəsi bir işğal altındadır.