Sizin Reklam Burada

"Türkiyəni Qarabağda təsir imkanlarından istifadə etməyə çağırırıq" - Sergey Lavrov

"Türkiyəni Qarabağda təsir imkanlarından istifadə etməyə çağırırıq" - Sergey LavrovRusiya Qarabağ probleminin hərbi yolla həllinin mümkünlüyü və məqbulluğu ideyasını dəstəkləmir.

Avropa.info xəbər verir ki, bu sözləri "Afina - Makedoniya Xəbər Agentliyinə" müsahibəsində münaqişənin həllində Moskva və Ankaranın rolu ilə bağlı suala cavab verən Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov Rusiyanın və Türkiyənin bir sıra mübahisəli regional məsələlərin həlli ilə bağlı yanaşmalarının obyektiv səbəblərə görə əhəmiyyətli dərəcədə fərqlənə biləcəyini vurğulayıb.

"Dağlıq Qarabağ tarixində Rusiya və Türkiyənin cəlb olunması xarakteri öz nüanslarına malikdir. Bu problemin hərbi həllinin mümkünlüyü barədə mövqeyi dəstəkləmədiyimizi gizlətmirik. Hər iki xalqı, erməni və Azərbaycan xalqlarınıi dost və qardaş hesab etməklə biz bu cür istəkləri bölüşə bilmərik" - Rusiya naziri bildirib.

O, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin - Rusiya, ABŞ və Fransanın prezidentlərinin münaqişənin yalnız siyasi tənzimlənməsinin lehinə danışdığını xatırladıb. Lavrov bildirib ki, həmsədrlərin məhz bu "üçlüyü" uzunmüddətli münaqişədən çıxmaq çərçivəsində vasitəçiliyin ümumi tanınmış formatıdır.

Lavrov həmçinin qeyd edib ki, oktyabrın 10-da keçirilən 11 saatlıq məsləhətləşmələrin yekununda Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ və Fransa nümayəndələrinin iştirakı ilə atəşkəsin dayandırılması və maksimum məzmunlu danışıqlar prosesinin bərpa edilməsini nəzərdə tutan birgə bəyanatla çıxış ediblər.

"Türkiyəli tərəfdaşlarımızı belə bir xəttin dəstəklənməsi üçün öz təsir imkanlarında istifadə etməyin məqsədəuyğunluğuna inandırırıq. Türkiyənin xarici işlər naziri M.Çavuşoğlu ilə Dağlıq Qarabağ mövzusunda bir sıra telefon danışıqları aparılıb" - Rusiya xarici işlər naziri bildirib.

O, bütün xarici tərəfləri hərbi ssenarinin daha da genişlənməməsi üçün hər şeyi etməyə, tərəflərin duyğularını soyutmağa, dinc prosesin yenidən işə salınması üçün şərait yaratmağa çağırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər