SEPAH generalından Qarabağ açıqlaması: Sevinirik...
Dərc olunub:
25-10-2020, 13:27
Biz həmişə Azərbaycan torpaqlarının işğaldan azad edilməsini istəmişik və indi bunun baş verdiyi üçün sevinirik.
Avrasiya.net Trend-ə istinadla xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları komandanı general Məhəmməd Pakpur deyib.
M.Pakpurun sözlərinə görə, İran istənilən işğal və təcavüzə qarşıdır və bunu pisləyir.
General əlavə edib ki, ölkələrin ərazi bütövlüyü İran üçün böyük əhəmiyyət kəsb edir.