Paşinyan Putinə məktub yazdı - təcili yardım istədiErmənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə məktub yazıb.

Avrasiya.net Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan məktubda Rusiyadan 1997-ci ildə iki ölkə arasında imzalanmış “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında” müqaviləyə əsaslanaraq yardım istəyib.

Paşinyan Ermənistanın təhlükəsizliyinin təmin olunması üçün Rusiya tərəfinin göstərə biləcəyi yardımla bağlı məsləhətləşmələrə başlamağı Putindən xahiş edib.

Xatırladaq ki, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları fonunda Paşinyan Rusiya liderinə dəfələrlə zəng edib.
Ordumuzun Şuşanı atəşə tutması xəbəri yalandır - MNErmənistan KİV-nin guya Azərbaycan Ordusunun bölmələrinin Şuşanı atəşə tutması barədə yaydığı xəbər düşmənin növbəti yalanıdır və vəziyyətin gərginləşdirilməsi məqsədi daşıyır.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir.
Ağdərə istiqamətində düşmənin canlı qüvvəsi MƏHV EDİLDİOktyabrın 30-u gün ərzində və 31-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd PDM, 2 ədəd “Smerç” və 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 12 ədəd müxtəlif tipli topu, 1 ədəd “Osa” ZRK, 1 ədəd radioelektron mübarizə stansiyası, 2 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.


Avropada yeni koronavirus növü yayılmağa başladıAvropada COVID-19-a yoluxmaların əksəriyyəti keçən ilin sonunda Çinin Uxan şəhərində aşkarlanmış SARS-CoV-2 virusundan deyil, yeni koronavirusdan qaynaqlanır. Yayın əvvəlində ilk dəfə ispan fəhlələri arasında tapılan bu virus tez bir zamanda yayılmağa başlayıb.

Avrasiya.net xəbər verir ki, beynəlxalq alimlər qrupu bununla bağlı apardığı tədqiqatların nəticələrini “medrxiv” portalında dərc edib.

Nəzərə çatdırılır ki, İspaniyada COVID-19-un yeni növü iyun ayında aşkarlanıb. Ötən müddət ərzində artıq ölkənin sərhədlərini keçən yeni virus özünü daha çox COVID-19 ilə büruzə verir.

İsveçrədə 40 faiz, İrlandiyada 60 faiz koronavirusa yoluxmağa səbəb olan yeni virus Böyük Britaniyada daha sürətlə yayılır. Adı çəkilən ölkələrdə hər on haldan səkkizində COVID-19 xəstəliyinə səbəb olan yeni virus habelə Norveç, Latviya, Niderland və Fransada da yayılıb.

Məqalədə 20A.EU1 adlandırılan SARS-CoV-2 variantının Avropada görünməmiş bir sürətlə yayıldığı qeyd olunur. Tədqiqatçılar qrupu virusun insan hüceyrələrinə nüfuz etdiyi zülal birləşməsi vasitəsilə 20A.EU1-də müəyyən bir mutasiyanı təyin etməyə çalışır.

Tədqiqatın rəhbəri, Bazel Universitetinin genetika üzrə mütəxəssisi Emma Xodkorft “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, o bu günə kimi koronavirusun oxşar dinamikalı variantı ilə qarşılaşmayıb. 20A.EU1 virusu SARS-CoV-2 növündən olanların heç birinə bənzəmir. Bununla yanaşı, sözügedən koronavirusun məhz mutasiya səbəbindən sürətlə yayılması sübut olunmayıb.

“20A.EU1-in dinamikası baxımından aydın görünür ki, bu virusun sonradan daha çox yayılmasının qarşısını almaq üçün cari ilin yayında görülən tədbirlər yetərsiz olub”, - deyə Xodkoroft izah edib.

Alimlər belə qənaətdədilər ki, virusun geniş yayılmasına istirahət edənlərin “riskli davranışı” səbəb olub.

Nəticədə Almaniyada noyabrın 2-dən ayın sonuna qədər koronavirus infeksiyasının pandemiyası ilə bağlı “məhdud karantin” rejimi tətbiq olunub.

Fransa Prezidenti Emmanuel Makron da ölkənin bütün ərazisində oktyabrın 30-dan dekabrın 1-dək davam edəcək özünütəcrid rejimi tətbiq edib.

ÜST-nin məlumatına görə, dünyada 43,7 milyondan çox koronavirusa yoluxma faktı qeydə alınıb, 1,16 milyondan çox insan isə həyatını itirib.

Con Hopkins Universitetinin hesablamalarına görə, koronavirusa yoluxan ölkələr arasında ən yüksək göstərici Amerika Birləşmiş Ştatlarında, daha sonra isə Hindistan və Braziliyada qeydə alınıb (Azərtac).
Gürcüstanda seçkilər başladıGürcüstanda X çağırış parlamentinə seçkilərdə səsvermə start götürüb.

Avrasiya.net xəbər verir ki, ölkə üzrə 3 657 seçki məntəqəsi yerli vaxtla saat 08:00-da açılıb.

Qeyd edək ki, parlament seçkilərini yerli müşahidəçilərlə yanaşı, 20 səfirlik və 23 beynəlxalq təşkilatın nümayəndələri də izləyəcək. Səsvermə prosesini 118 yerli və xarici KİV-in 5 971 nümayəndəsi işıqlandıracaq.
Türkiyədə ikinci zəlzələ: 24 ölü, 804 yaralı - Foto
2020.10.30. 16:10

Egey dənizində 6,6 bal gücündə zəlzələ olub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ İstanbul və İzmir şəhərlərində güclü hiss edilib.

Tələfat və dağıntı barədə hələlik məlumat yoxdur.

***

Türkiyənin İzmir şəhərinin Bayraklı rayonunda güclü zəlzələ nəticəsində bina çöküb, 3 nəfər yaralı dağıntılar altından çıxarılıb.

***

Təbii fəlakət nəticəsində 4 nəfər ölüb, 120 nəfər isə yaralanıb.

***

İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 6 nəfərə, yaralananların sayı 202 nəfərə çatıb.

Zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntılar altından indiyədək 70 nəfər sağ olaraq çıxarılıb.

***

Aydın vilayətinin Quşadası sahillərində də 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Dağıntı və tələfatla bağlı məlumat verilmir.

***

İzmir zəlzələsi nəticəsində ölənlərin sayı 12-yə, yaralananların sayı isə 438-ə çatıb.

***

İzmirdə baş verən zəlzələ nəticəsində yaralananların sayı 607 nəfərə çatıb.

***

Zəlzələdə ölənlərin sayı 17-yə, yaralıların sayı isə 709-a çatıb.

***

Təbii fəlakət nəticəsində yaralananların sayı 763 nəfərə çatıb.

***

Təbii fəlakət nəticəsində ölənlərin sayı 20-yə, yaralıların sayı isə 786 nəfərə çatıb.

***

Təbii fəlakət nəticəsində yaralıların sayı 799-a çatıb.

***

Təbii fəlakət nəticəsində ölənlərin sayı 21-ə yüksəlib.

***

Təbii fəlakət nəticəsində yaralıların sayı 804-ə çatıb.

***

Təbii fəlakət nəticəsində ölənlərin sayı 24-ə yüksəlib.
Minsk Qrupundan Cenevrə görüşü ilə bağlı - BəyanatATƏT-in Minsk Qrupunun həmsədrləri oktyabrın 30-da Cenevrədə Azərbaycan və Ermənistanın Xarici işlər nazirlərinin görüşünə dair bəyanat yayıblar.

Avrasiya.net xəbər verir ki, həmsədrlər bəyanatda bir daha tərəfləri oktyabrın 17-də Parisdə və 25-də Vaşinqtonda təsdiqlədikləri 10 oktyabr - Moskva Birgə Bəyanatına uyğun olaraq, humanitar atəşkəsin dərhal qurulması da daxil olmaqla, öz öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırıblar.

Qeyd olunur ki, atəşkəs və ya digər öhdəliklərin yerinə yetirilməsinə dair ön şərt irəli sürmədən tərəflər təcili əsasda aşağıdakılar da daxil olmaqla, bir sıra addımlar atmağı qəbul edirlər:

- Tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki əhalini və ya qeyri-hərbi obyektləri hədəf seçməyəcəklər;

- Tərəflər Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin fəaliyyətini asanlaşdırmaq üçün lazımi təhlükəsizlik zəmanətlərini verərək, döyüş sahəsindəki meyitlərin toplanması və mübadiləsinin həyata keçirilməsində fəal iştirak edəcəklər;

- Tərəflər bir həftə ərzində BQXK və şəxsi nümayəndənin ofisinə mümkün mübadiləni təmin etmək məqsədi ilə həbsdə olan hərbi əsirlərin siyahısını təqdim edəcəklər;

- Tərəflər 10 oktyabr birgə bəyanatının 2-ci bəndinə uyğun olaraq atəşkəsin təsdiqlənməsi mexanizmləri ilə bağlı şərh və sualları yazılı şəkildə təqdim edəcəklər.

Həmçinin tərəflər 10 oktyabr birgə bəyanatının 3-cü bəndinə uyğun olaraq, hərtərəfli həllin əsas elementləri üzrə danışıqlarla bağlı mövqelərini aydınlaşdırmağa yönəlmiş açıq və əsaslı fikir mübadiləsi aparıblar.

Yekunda həmsədrlər münaqişənin sülh yolu ilə həll edilməsi üçün tərəflərlə intensiv çalışmağa davam edəcəklərini bildiriblər.
Cenevrə görüşü başa çatdıAzərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Xarici İşlər naziri ilə görüşü başa çatıb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq təşkilatların qərar və sənədləri əsasında həllinə dair Azərbaycanın mövqeyini təqdim edib.

Humanitar tədbirlərdən bəhs edən Ceyhun Bayramov Azərbaycanın sərgilədiyi konstruktiv yanaşmanı vurğulayıb. Bu xüsusda, Azərbaycan tərəfindən birtərəfli qaydada cəsədlərin, habelə ahıl erməni qadınının Ermənistan tərəfinə təhvil verildiyini qeyd edib. Nazir Azərbaycanın bu təklifi çox öncədən irəli sürdüyünü bildirib.

Ceyhun Bayramov həmçinin Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki şəxsləri və yaşayış məntəqələrini məqsədli şəkildə atəşə tutmasının qəbuledilməz olduğunu vurğulayıb.
İzmirdə güclü zəlzələ: 6 ölü, 200 yaralı - Foto16:10

Egey dənizində 6,6 bal gücündə zəlzələ olub.

Avrasiya.net xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ İstanbul və İzmir şəhərlərində güclü hiss edilib.

Tələfat və dağıntı barədə hələlik məlumat yoxdur.

***

Türkiyənin İzmir şəhərinin Bayraklı rayonunda güclü zəlzələ nəticəsində bina çöküb, 3 nəfər yaralı dağıntılar altından çıxarılıb.

***

Təbii fəlakət nəticəsində 4 nəfər ölüb, 120 nəfər isə yaralanıb.

***

İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 6 nəfərə, yaralananların sayı 202 nəfərə çatıb.

Avrasiya.net xəbər verir ki, zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntılar altından indiyədək 70 nəfər sağ olaraq çıxarılıb.