PKK-çılar Şuşada: Azərbaycan hərbi formasında - Şok

PKK-çılar Şuşada: Azərbaycan hərbi formasında - ŞokErmənistan İraq və Suriyadan gətirdiyi PKK-çıları işğal altındakı Şuşa şəhərinə yerləşdirib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Ermənistan PKK-çılara Azərbaycan hərbi formasını geyindirir:

“Burada iki məqsəd var: Ermənistan həm bu yolla Azərbaycan əsgərini aldatmağa çalışır, həm də ölən terrorçuları Azərbaycan tərəfindən döyüşən PKK-çı kimi göstərməyə cəhd edir”.

Həmçinin o da qeyd edilib ki, Azərbaycan Ordusuna təslim olan erməni əsgərləri PKK-çıların onlarla birlikdə döyüşdüyünü etiraf edib.