Sizin Reklam Burada

İsrailli nazir: Daim Azərbaycanın yanındayıq!

İsrailli nazir: Daim Azərbaycanın yanındayıq!Ermənistan silahlı qüvvələrinin Bərdə, Gəncə, Mingəçevir, Naftalan şəhərlərini, Abşeron, Sabirabad, Kürdəmir, Goranboy, Xızı, Qəbələ rayonlarını dəfələrlə raket atəşinə tutması, mülki şəxsləri və azyaşlı uşaqları qətlə yetirməsi əsl müharibə cinayətidir.

Bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsrailin Diaspor İşləri naziri Omer Yankeleviçlə keçirdiyi videogörüşdə deyib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Avrasiya.net-ə bildiriblər ki, görüşdə Bakıdakı yəhudi icması və İsraildəki Azərbaycan icmasının 100-dən çox üzvü iştirak edib.

Komitə sədri Prezident İlham Əliyevin “Biz dinlər, mədəniyyətlər, ölkələr arasında körpülərin qurulması istiqamətində fəaliyyətimizi davam etdiririk” fikrini xatırladıb. Diqqətə çatdırıb ki, ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşaması Azərbaycanın dövlət siyasətinin prioritetlərindəndir.

Omer Yankeleviç Azərbaycan ərazisində müharibə getməsindən böyük təəssüf hissi ilə danışaraq qeyd edib ki, öz tariximizdən dinc əhalinin atəşə tutulmasının nə demək olduğunu bilirik, daim sizin yanınızdayıq və bu çətin vaxtda dualarımız sizinlədir. Bu Şabatda sizlərə sülh və əmin-amanlıq arzu edirəm.

O, eyni zamanda, Azərbaycanda yəhudi icmasına olan qayğıdan, dini tolerantlıqdan böyük məmnunluq hissi keçirdiyini diqqətə çatdırıb, İsraildəki Azərbaycan icmasının fəaliyyətini yüksək qiymətləndirib.

Avropa Yəhudilərinin Bakı Dini icmasının baş ravvini Şneor Seqal çıxışında Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycandakı yəhudi icması ilə sıx əməkdaşlıq etdiyini xüsusi vurğulayıb, iki xalqın dostluq və qardaşlıq münasibətlərinin daimi olacağına inamını ifadə edib.

Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski bildirib ki, hər iki ölkə mənim vətənimdir və burada bizim həyatımız çox gözəldir. O qeyd edib ki, bu gün haqlı mübarizəsində İsrailin Azərbaycanın yanında olması və onu müdafiə etməsi çox vacibdir.

İsraildəki Azərbaycan Evinin rəhbəri Şirin Nexamiya Ermənistan ordusunun Azərbaycan ərazisində törətdiyi qanlı cinayətlər və terror aktlarından ciddi narahat olduqlarını, ölkəmizin haqlı mövqeyini İsrail cəmiyyətinə daim çatdırdıqlarını bildirib.

Qeyd olunub ki, Azərbaycanda sinaqoqların və yəhudi məktəblərinin fəaliyyətinə dövlət tərəfindən diqqət və qayğı bütün dünya üçün nümunəvi bir modeldir.

Görüşdə Şabat duaları oxunub, Azərbaycan və İsrail xalqlarına əmin-amanlıq arzulanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər