Sizin Reklam Burada

Diaspor Komitəsi bu gün KİV-lə əlaqələrini daha geniş spektrdə reallaşdırır

Diaspor Komitəsi bu gün KİV-lə əlaqələrini daha geniş spektrdə reallaşdırır Vəsilə Vahidqızı: “Hər gün yazılı və onlayn mediada xaricdə yaşayan azərbaycanlıların fəaliyyətilə bağlı müxtəlif xəbərlər dərc olunur”

Bu bir danılmaz faktdır ki, diaspor qurumlarımızın təşkilatlanmasında ən önəmli və əhəmiyyətli vasitə mətbuatdır. Amma Azərbaycan diaspor mətbuatının tarixini və bu gününü araşdıranda burada iki mövqdən yanaşmaq lazımdır: çap və elektron mediası.

Qeyd edək ki, Azərbaycan ziyalılarının mühacirət tarixi ilə diaspor mətbuatının tarixi təxminən eyni dövrə təsadüf edir. Bu da təsadüfi deyil. Belə ki, mürəkkəb və ziddiyyətli bir dövrdə yaşamalarına baxmayaraq milli əqidəyə sadiq qalan yüzlərlə vətənpərvər soydaşlarımız mühacirət etdikləri ölkələrdə gecə-gündüz ideoloji mübarizə aparıblar. Onlar bu mübarizələrini yaşadıqları ölkələrdə nəşr etdikləri qəzet və jurnallar vasitəsilə də davam etdiriblər.
Hazırda xarici ölkələrdə çalışan Azərbaycan milli mədəniyyət mərkəzləri, orada yaranan Azərbaycan mühacirət ədəbiyyatı, nəşr olunan ayrı-ayrı mətbu orqanlar, kütləvi informasiya vasitələri bir daha sübut edir ki, bu gün Azərbaycan diasporunun fəaliyyət dairəsi genişdir. Bir sıra ölkələrdə Azərbaycan dilində radio və televiziya verilişlərinin, ayrıca nəşriyyatların, qəzet, jurnal və saytların mövcudluğu Azərbaycan diasporunun böyük potensial gücə malik olduğunu sübut edir.

Bu məqamda onu da qeyd edək ki, əvvəlki illərlə müqayisədə bu gün KİV-də diaspor mövzusuna xüsusi diqqət göstərilir. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi mütəmadi olaraq diaspor təşkilatlarının gördüyü işlərlə bağlı xəbərləri mediada yayır. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı da layihə çərçivəsində bizə müsahibəsində diaspor-KİV münasibətləri haqqında ətraflı məlumat verib.

Diasporla İş üzrə Dövlət Komitəsi həm yerli, həm də xarici KİV-lə əməkdaşlığa xüsusi önəm verir

Beləliklə, müsahibimiz öncə onu deyib ki, Diasporla İş üzrə Dövlət Komitəsi bu gün mətbuatla və ümumiyyətlə, ictimaiyyətlə əlaqələrini daha geniş spektrdə reallaşdırır: “Belə ki, Diasporla İş üzrə Dövlət Komitəsinin multimedia mərkəzi yaradılıb və bura mətbuatla əlaqələr, sosial şəbəkələrdə, youtube kanalında iş, Diaspor TV və Diaspor FM daxil edilib. Daxildə görülən işlərə gəlincə deyək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin İTV ilə birgə layihəsi olan “Vətən uzaqda deyil” verilişi artıq üçüncü ildir ki, yayımlanır. Diaspor TV-nin çəkiliş qrupu dünyada pandemiya başlayana qədər onlarla ölkədə diasporun fəaliyyətilə bağlı çəkilişlər aparıb. Bu gün bu əlaqələr videoformatda davam etdirilir.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi yazılı media ilə sıx işləyir və demək olar ki, hər həftə Azərbaycan dövlətinin diaspor siyasətilə bağlı analitik yazılar dərc olunur. Yazılı və onlayn mediada hər gün xaricdə yaşayan azərbaycanlıların fəaliyyətilə bağlı müxtəlif xəbərlər dərc olunur. Eyni zamanda xüsusi olaraq vurğulamaq yerinə düşər ki, komitə rəhbərliyi dəyişəndən sonra xaricdə yaşayan minlərlə azərbaycanlının, Azərbaycana dost ölkələrin vətəndaşlarının ölkə mətbuatında çıxışları təmin olunub”.
Müsahibimizin sözlərinə görə, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi xarici mətbuatla əlaqələrini də geniş spektrdə qurub: “Xarici ölkələr və xarici mətbuata gəlincə deyə bilərik ki, hazırda həm Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, həm də Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin diqqət göstərdiyi məsələlərdən biri də diaspor təmsilçilərimizin xarici ölkələrdəki yazılı və elektron kütləvi informasiya vasitələrinə çıxışını intensivləşdirmək, ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırlmasında medianın rolundan geniş istifadə etməkdir. Nəzərinizə çatdırım ki, bu ilin iyulunda Ermənistanın növbəti hərbi təxribatından sonra xaricdəki diaspor təşkilatlarımızın təmsilçiləri xarici KİV-lərdə Ermənistanın işğalçılıq siyasəti haqqında çoxsaylı məqalə və müsahibələrlə çıxış edib. Eyni zamanda düşmənin sentyabrın 27-dən etibarən növbəti hərbi təxribatından sonra da xarici ölkələrdəki soydaşlarımız yazılı və elektron KİV-də mütəmadi yazılarla çıxış edirlər. Həmçinin, sentyabrın 27-də xarici ölkələrdə yaşayan azərbaycanlılar, diaspor təşkilatlarımız bəyanat yayıblar ki, həmin bəyanatlar da xarici mətbuatda geniş işıqlandırılıb”.

Bununla bağlı görülən işlərin bir neçəsi barədə oxuculara məlumat verən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçisi aşağıdakıları qeyd edib: “Beləliklə, həmin günlərdə Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təxribatı barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bəyanatını yayıb. Eyni zamanda, Yaponiyanın bir sıra xəbər portallarına, beyin mərkəzlərinə və qeyri-hökumət təşkilatlarına da göndərilən məlumatlarda qeyd edilib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-hücum tədbirlərini həyata keçirir”.

Onun sözlərinə görə, İsveç Azərbaycanlıları Koordinasiya Şurası (İAKŞ) isə Ermənistanın son hərbi təxribatları ilə əlaqədar Stokholmda mətbuat konfransı təşkil edib.

Həmin tədbirdə işğalçı Ermənistan ordusunun cəbhəboyu ərazidə törətdiyi növbəti təxribatlar barədə ətraflı məlumat verilib, İsveçin media nümayəndələrinin sualları cavablandırılıb. Qeyd olunub ki, İsveç Jurnalistlər Birliyinin üzvlərinin, bloggerlərin, eləcə də konfransda iştirak edən təşkilat və dərnək nümayəndələrinin suallarına İsveç Azərbaycanlıları Koordinasiya Şurasının rəhbəri və İsveçdəki Azərbaycan diasporunun fəalları cavab veriblər.

(davamı növbəti sayımızda)

Fuad Hüseynzadə

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) "Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması" layihəsi çərçivəsində dərc olunub

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər