Sizin Reklam Burada

Hindistan Milli Klinik İdarəetmə Protokolunu tərtib etdi

Hindistan Milli Klinik İdarəetmə Protokolunu tərtib etdiHindistan COVİD-19 virusuna nəzarət etmək məqsədilə Ayurveda və yoqaya əsaslanan Milli Klinik İdarəetmə Protokolunu tərtib etdi.

Hindistanın Azərbaycandakı səfirliyindın Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 pandemiyası, dünya səhiyyəsində misli görünməmiş fövqəladə vəziyyətə səbəb olan qlobal sağlamlıq böhranı yaratdı. Bu vəziyyət, bir çox sosial və iqtisadi faktorlara əsasən yaranan mümkün məhvedici amillərə görə daha təhlükəlidir. İnfeksiyanı aradan qaldırmaq üçün effektiv nəzarət hələ də inkişaf edir və bu istiqamətdə Hindistan Hökümətinin Ayuş Nazirliyi ümumi müdaxilələr ilə standart qayğını inteqrasiya etməyə cəhd edir.

Hindistan Hökümətinin Ayuş Nazirliyi COVİD-19 virusuna nəzarət etmək məqsədilə Ayurveda və yoqaya əsaslanan Milli Klinik İdarəetmə Protokolunu tərtib etdi. Ayurveda və yoqa profilaktik tədbirlərin artırılmasında əsas rol oynaya bilər. COVID-19 pandemiyasına dair mövcud anlayış bunu göstərir ki, immunitet sisteminin yaxşı olması xəstəliyin inkişaf etməsinin qarşısının alınması və xəstəlikdən qorunmaq üçün önəmlidir. Bu protokol hazırlanarkən aşağıdakı üç cəhət nəzərə alınır:

1. Ayurveda klassiklərinin biliyi və kliniki praktikadan əldə edilmiş təcrübə
2. Ampirik dəlillər və bioloji ehtimal
3. Davam edən kliniki araşdırmaların inkişaf edən trendləri
İdarəetmə protokoluna dair konsensus sənədi Hindistanın müxtəlif milli tədqiqat təşkilatının mütəxəssisləri tərəfindən yüngül formada keçən COVID-19 virusuna nəzarət etmək üçün hazırlanmışdır. COVID-19 virusunu orta formada keçirən fərdlər müalicə variantları barədə seçimlə bağlı məlumat əldə edə bilər, lakin xəstəliyi ağır formada keçirən şəxslərin mütləq ixtisaslaşmış xəstəxanalara göndərilməsi vacibdir.

Bu protokol və onun əlavəsi, yüngül formada keçən COVID-19 virusuna nəzarət etmək məqsədilə Ayurveda və yoqanın əlavə edilməsi üçün Fənlərarası Komitə sədri və COVID-19 üzrə Fənlərarası Ayuş Tədqiqat və İnkişaf Tapşırıq Komissiyasının səlahiyyətli komitəsi tərəfindən təsdiqlənir. Hər iki qurum Ayuş Nazirliyi tərəfindən təsis edilib.

Protokol fiziki məsafə saxlamağı, tənəffüs və əl gigiyenasına əməl etməyi, maska taxmağı və təravətli, balanslı pəhriz saxlamağı tövsiyyə edir. Ətraflı məlumatı aşağda qeyd olunan linkdən əldə edə bilərsiniz:
https://www.indianembassybaku.gov.in/docs/1602855172COVID%20Protocol+Annex-V9.5-2Oct20.doc

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər