Sizin Reklam Burada

Baxçalı: Ermənilərin dialoq təklifi tələdir

Baxçalı: Ermənilərin dialoq təklifi tələdirDağlıq Qarabağ türk yurdudur, çoğrafiyasında yazılan türk tarixidir, tökülən türk qanıdır, verilən türk canıdır. Qarşıdakı qüvvə isə terrorçu Ermənistan dövlətidir. Dağlıq Qarabağın əsl sahibinə keçməsinin zamanı gəlib çatıb.

Axar.az xəbər verir ki, bunu Türkiyə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı deyib. O bildirib ki, PKK-nın dəstəklədiyi Ermənistana əsla etibar edilməməlidir:

“Bizə xəyanət edənlərin nəvələri bu gün Qarabağda qətl törədir. Osmanlı dövlətinin torpaqlarına hücum edib, onun bir hissəsini işğal edən Fransa da onları dəstəkləyir və silah-sursatla təmin edir. Türkün düşmənləri Dağlıq Qarabağda aktivdir. Erməni qatillər keçmişdəki alçaq hücumlarına yenilərini əlavə etməkdədir. Dağlıq Qarabağ Azərbaycana verilmədən atəşkəs və dialoq tələdən ibarətdir. Ermənistan humanitar atəşkəsi belə Azərbaycanın azad etdiyi yerləri yenidən işğal etmək fürsəti olaraq görür”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər