Bayden: Taliban hücum etsə, cavabını alacaq!ABŞ qoşunları Əfqanıstandan çıxarılan zaman Taliban hücum etsə, onlara bütün alətlərimizlə cavab verəcəyik.

Avrasiya.net xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Cozef Bayden deyib.

“Mən belə nəticəyə gəldim ki, Amerika tarixinin ən uzunvədəli müharibəsini sonlandırmaq vaxtıdır və qoşunlarımızın evə qayıtmasının zamanı çatıb”, - deyə Bayden bildirib.

Qeyd edək ki, Bayden Əfqanıstandakı qoşunların 11 sentyabra qədər çıxması barədə qərar qəbul edib.
ABŞ: Ukraynaya silah göndərəcəyik!ABŞ Ukraynaya ehtiyacına uyğun şəkildə bir neçə növdə silah və hərbi mütəxəssislər göndərmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin deyib.

“Artıq bir müddətdir ki, Ukraynaya maddi dəstək veririk. Bunu, ehtiyaclarına əsasən davam etdirməyi düşünürük”, - deyə Ostin bildirib.
Dünyanın ən güclü donanmasını qururuq - PutinRusiya dünyanın ən güclü buzqıran donanması qurmaq üçün mübarizə aparır.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Arktikanın iqtisadi inkişafına doğru getdikcə daha fəal şəkildə irəliləyirik. Çox yaxın gələcəkdə şimal dəniz yolu boyunca fəaliyyət yaxın illərdə ilboyu ola bilər", - Putin qeyd edib.
Baş nazir “Raisina” dialoqunda müraciət edibBaş nazir Şri Narendra Modi 13 aprel tarixində virtual formatda təşkil olunmuş “Raisina” dialoqunun açılış mərasimində fəxri qonaqlar qismində iştirak edən Ruanda Prezidenti Zati-aliləri Paul Kaqame və Danimarkanın Baş naziri Zati-aliləri Mette Frederiksen ilə birlikdə müraciət edib.

Hindistanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Xarici İşlər Nazirliyi və Müşahidəçi Araşdırmalar Fondu tərəfindən ortaq şəkildə təşkil edilən mühüm əhəmiyyət kəsb edən “Raisina” Dialoqunun 6-cı buraxılışı 13-16 aprel, 2021-ci il tarixində virtual formatda təşkil olunacaq.

2021-ci il buraxılışı “#VirusluDünya: pandemiyanın baş verməsi, fərqli tərəfləri and nəzarətdən çıxması ” mövzusunda olacaq.

Baş nazir Modi, "Raisina Dialoqu" nun cari buraxılışının bir ildən çox davam etməkdə olan, dünyanı məhv edən COVID-19 pandemiyası fonunda bəşər tarixinin mühüm dəyişiklərin olduğu bir anda baş verdiyini bildirib. Baş nazir qlobal ictimaiyyəti indiki vəziyyətlə əlaqəli bəzi məsələləri araşdırmağa çağırıb.

Baş nazir yalnız simptomları deyil, eyni zamanda əsas səbəbləri aradan qaldırmaq üçün qlobal sistemlərin vəziyyətə uyğun dəyişdirilməli olduğunu vurğulayıb. Baş nazir insanları düşüncələrimizin və fəaliyyətimizin mərkəzində saxlamağı və bu günün problemləri və sabahın çətinlikləri ilə mübarizə apara biləcək sistemlərin yaradılmasının vacib olduğunu bildirib.

O, Hindistanın həm ölkə daxilində, həm də digər ölkələrə yardım şəklində pandemiyaya qarşı mübarizə səylərinə dair ətraflı məlumat verib. Baş nazir pandemiyanın yaratdığı müxtəlif problemlərin öhdəsindən gəlmək üçün birgə səy göstərməyə çağırdı və Hindistanın qlobal rifah üçün güclərini bölüşəcəyini bildirib.
Qahirə Universitetində Azərbaycan dilinin tədrisinə başlanılıb“Vətənpərvər” Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin “Şərq dilləri” bölməsində Azərbaycan dilinin tədrisini bu il də davam etdirir.

Avrasiya.net xəbər verir ki, Azərbaycan dilini tələbələrə birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov tədris edir. Gənclərə ölkəmizin, zəngin mədəniyyəti və adət-ənənələri və həqiqətləri ilə bağlı geniş məlumat verilir.

Universitetin 4-cü kursunda tədris olunan Azərbaycan dili dərslərində 350-dən çox tələbə iştirak edir. Azərbaycan dilini öyrənməyə böyük maraq göstərən gənclər dili daha yaxşı mənimsəmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı da müraciət ediblər. Birliyin sədri bunun üçün bütün imkanların olduğunu bildirərək, yaxın günlərdə Qahirədəki diaspor mərkəzində Azərbaycan dilini öyrənmək istəyən yeni tələbələrə əlavə kursların təşkil ediləcəyini söyləyib.

Ötən illər ərzində Qahirə Universitetində Azərbaycan dilini öyrənən bir qrup tələbə hazırda diaspor mərkəzində təhsilini davam etdirir. Artıq həmin tələbələr arasında Azərbaycan dilindən ərəb dilinə məqalələr tərcümə etmək səviyyəsində olanlar var.
Almaniyada bəzi deputatlar ölkənin AB-dən çıxmasını təklif edirlər"Almaniya üçün Alternativ" Partiyasının nümayəndələri Drezdendə keçirilən qurultayın gedişatında ölkəni Avropa Birliyindən (AB) çıxmağa çağırıblar.

“Report” xəbər verir ki, bu barədə DPA agentliyi bildirib.

"Bizim fikrimizcə, Almaniya mütləq Avropa Birliyindən çıxmalı, yeni, ümumi maraqlar güdən Avropa iqtisadi cəmiyyətini yaratmaq lazımdır ", - partiyanın qurultayının qərarında deyilir. "Almaniya üçün Alternativ"in 550 nümayəndəsi “Dexit”i dəstəkləyib.

Bu halda partiyanın həmsədri Yorq Moyten belə mövqeyə qarşı çıxış edib. Bəyanatı başqa siyasi təşkilatların nümayəndələri də tənqid edib. Xüsusilə, "Azad Demokratik Partiya"dan Bundestaqın deputatı Aleksandr Lambsdorff "Almaniya üçün Alternativ"ı "axmaq millətçilikdə" günahlandırıb. Onun fikrincə, Almaniyanın Avropa Birliyindən çıxması AB-nin və daxili bazarın sonu olacaq.

Xatırladaq ki, Avropa Birliyi (əvvəlki adı Avropa İqtisadi Birliyi - red) 1957-ci ildə Almaniya, Fransa, İtaliya, habelə Belçika, Niderland və Lüksemburq tərəfindən yaradılıb. Sonrakı illərdə Birliyə Danımarka, İrlandiya, Britaniya, Portuqaliya, Yunanıstan və digər ölkələr də daxil ediliblər.

İrlandiya ayağa qalxdı - Bölgəyə xüsusi təyinatlı göndərildiBöyük Britaniya hakimiyyəti qarışıqlıqlarla mübarizə üçün Şimali İrlandiyaya xüsusi təyinatlı dəstə göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “Mirror” nəşri bildirib.

Məlumata görə, qarışıqlıqların baş verdiyi əraziyə minimum səkkiz döyüşçü göndərilib, onlar toqquşmaların yatırılması ilə məşğul olan MI5 Təhlükəsizlik Xidməti ilə işləyəcəklər.

Qarışıqlıqlar, habelə millətçilərlə Britaniya hökumətinin tərəfdarları arasında toqquşmalar bir həftədən çoxdur davam edir. Toqquşmalar hökuməti dəstəkləyən ərazilərdə başlayıb. İğtişaşlar zamanı xeyli sayda insan xəsarət alıb, mağazaların şüşələri sındırılıb, nəqliyyat vasitələrinə ziyan vurulub.

Daha əvvəl hüquq-mqhafizə orqanları bildirib ki, Belfastda, "Nors-kvin küçəsində qarışıqlıqlar nəticəsində 14 polis əməkdaşı yaralanıb və bununla da xəsarət alan polislərin ümumi sayı 88 nəfərə çatıb.
Şimali Koreya lideri təhsil nazirini EDAM ETDİRDİŞimali Koreyanın lideri Kim Çen In bu dəfə də təhsil nazirini edam etdirib.

Modern.az Xarici KİV-ə istinadən xəbər verir ki, Kim Çen In təhsil rejiminin tələblərini düzgün yerinə yetirməyən və rejimdən şikayətçi olan Park adlı naziri edam etdirib. Məlumata görə, nazirin 50 yaşı olub.

Qeyd edək ki, Kim Çen In zalımlığı və verdiyi amansız qərarlar ilə tanınır. Vaxtı ilə o yeznəsini it dolu qəfəsə salaraq öldürtmüşdü.

O koronavirusa yoluxan vətəndaşlarını da güllələnmə yolu ilə edam edir. Lakin rəsmi açıqlamalarda isə ölkədə virusun aşkarlanmadığı bildirilir.
Səudiyyə Ərəbistanında 3 hərbi qulluqçu barəsində daha əvvəl çıxarılmış edam cəzası icra olunub.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin açıqlamasına görə, müttəhimlər xüsusi məhkəmə tərəfindən “vətənə xəyanət” və “düşmənlə əlbir olmaq”da ittiham olunaraq günahkar biliniblər.

Düşmənin məhz kim olduğu qeyd olunmasa da, edam hökmü ölkənin cənubunda, Yəmən sərhədi yaxınlığında icra olunub. Belə ki, Səudiyyə Ərəbistanı 6 ildir qonşu ölkədə İran dəstəkli Husi islamçı hərəkatına qarşı döyüşən beynəlxalq koalisiyaya başçılıq edir.

Fransada bu dəfə məscidə OD VURDULARFransanın Nant şəhərində naməlum şəxslər Arrahma məscidini yandırıblar.

Publika.az "Anadolu"ya istinadla xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Qeyd edilir ki, hadisə zamanı məscidə maddi ziyan vurulub, giriş qapısı tamamilə yanıb. Məscidin ətrafında içində benzin olan kanistrlər tapılıb.

Fakt üzrə araşdırmalara başlanılıb. Hazırda müstəntiqlər hadisənin səbəbini və yanğının mənbəyini müəyyənləşdirmək üçün videomüşahidə kameralarındakı qeydləri araşdırırlar.

Fransanın Müsəlman Məzhəbi Şurası (CFCM) özünün "Twtter" səhifəsində hadisəni pisləyib. Təşkilat hadisəni nifrətin təzahürü və qəbuledilməz hərəkət adlandırıb.

İlkin məlumata görə, hadisəni törədən şəxs Sen Martin de Senan yaşayış məntəqəsindəki evində şübhəli şəxs qismində həbs edilib. Cinayətkarın həmçinin məscidə neftlə dolu kanistr atdığı bildirilir.