İndoneziya ABŞ-ın tarif təhdidinə görə BRİKS-dən çıxmaq niyyətində deyil
Dövlət katibi Prasetyo Hadi bildirib ki, ABŞ prezidenti Donald Trampın qrupun “antiamerikan” siyasətini dəstəkləyən hər hansı bir ölkəyə 10% rüsum tətbiq etmək hədələrinə baxmayaraq, İndoneziya BRICS-in üzvü olaraq qalacaq.
Bu barədə Avrasiya.net xarici mətbuata istinadən xəbər verir.
"Biz bunu (Vaşinqtonun hədələri) BRİKS-ə qoşulmağın nəticələrindən biri kimi görürük və bununla üzləşməli olacağıq", - "Jakarta Globe" qəzeti onun sözlərindən sitat gətirir.
Bundan əvvəl Tramp BRİKS-in “antiamerikan” siyasətini dəstəkləyən ölkələrə 10%-lik əlavə rüsumların tətbiq ediləcəyini açıqlamışdı.
Bundan başqa, Amerika lideri bir sıra dövlətlərin, o cümlədən İndoneziyanın rəhbərlərinə avqustun 1-dən əlavə rüsumların tətbiqi niyyəti barədə məktublar göndərib. İndoneziya mallarına tariflər 32% təşkil edəcək.