İran ABŞ-dan 4,3 milyard dollar təzminat tələb edirTehranın 55-ci Hüquq Məhkəməsi ABŞ-ın İrana 4,3 milyard dollar təzminat ödəməsi barədə hökm çıxarıb.

Avrasiya.net "Report"a istinadən bildirir ki, bu barədə İranın Ədliyyə Nazirliyi məlumat yayıb.

Hökmdə qeyd olunub ki, ABŞ İsrailin İranın nüvə mütəxəssislərinə qarşı sui-qəsd təşkil etməsinə dəstək verib. Ona görə də ABŞ maddi və mənəvi zərərə görə İrana 4 milyard 300 milyon dollar təzminat ödəməlidir.

Xatırladaq ki, İranın nüvə üzrə mütəxəssisləri Möhsün Fəzrizadə, Əyyub İntizari, Kamran Mollapur, Ehsan Hadibeygi müəmmalı şəkildə ölüb.
Lukaşenko bu halda müharibəyə qatılacaqRusiya ordusu Ukraynanın şimal sərhədlərinə qayıtsa, Belarus müharibəyə girə bilər.

 Bu barədə “RBC-Ukrayna”nın hazırladığı məlumatda deyilir.

“Məncə, Belarusun müharibəyə qatılması yalnız Rusiya qoşunlarının Kiyevi ələ keçirmək üçün yenidən hərbi əməliyyatlara başlayacağı və ya Ukrayna ordusunun cənubda ciddi məğlub olacağı təqdirdə mümkündür. Bu zaman şimalda ciddi qüvvələr qalmayacaq və Ukraynanı tez bir zamanda məğlub etmək üçün burada ikinci cəbhə açıla bilər”, - belaruslu hərbi ekspert Yaqor Lebyadok deyib.

Hərbi analitik, polkovnik Sergey Qrabski isə bildirib ki, Rusiya silahlılarının kiçik bir hissəsi hələ də respublika ərazisindədir:

“Amma indi şimal sərhədlərini yarmaq üçün onların sayı kifayət qədər deyil. Donbasda “uğurlar” olarsa, Kreml qüvvələrinin bir hissəsini Belarusdakı qruplaşmasını gücləndirmək üçün göndərə bilər. Lakin Ukraynanın bütün şimal vilayətlərinin müdafiəsi fevralın 24-nə qədər olan səviyyədə deyil. Bundan əlavə, Ukrayna və Belarus arasında sərhədin bütün hissəsi hər hansı quru əməliyyatı keçirmək baxımından çox çətindir. Bunun üçün çoxlu sayda qoşun və texnika lazımdır. Hələlik biz qurudan hücumun həyata keçirilə biləcəyinə işarə edəcək o qədər qüvvə və vasitələrin cəmləşməsini görmürük. Yeri gəlmişkən, Rusiya qoşunlarının Kiyev və Çerniqov əməliyyatının nəticələri sübut etdi ki, onlar quru istiqamətdən bu cür hücum həyata keçirə bilməzlər”.

O, Belarusdan gələn başqa bir potensial riskə də diqqət çəkib:

“Rusiya təyyarəsinin gəlişi “Baranoviçi” aerodromunda qeydə alınıb. Bu o deməkdir ki, Rusiya Ukraynaya qarşı hava zərbələrinin intensivliyini artıra bilər”.
Türkiyə ordusuna cavab verəcəyik – PKKTürkiyənin Suriyanın şimalını terrordan təmizləmək üçün həyata keçirəcəyi mümkün əməliyyata cavab verəcəyik.

Bunu terror təşkilatı PKK-nın qolu sayılan PYD lideri Fərhad Abdi Şahin İsveç dövlət televiziyası SVT-yə açıqlamasında deyib.

O, Türkiyənin ehtimal əməliyyat üçün NATO ölkələrinə təzyiq göstərdiyini iddia edib:

“İsveç bizə dəstəyini davam etdirməli və bu dəstəyin siyasi və mənəvi olduğunu izah etməlidir”.
Rus ordusunun qarşısında 3 məqsəd var - MusienkoRusiya ordusunun Donbasdakı hərəkətləri sübut edir ki, indi onların qarşısında üç məqsəd var.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musienko deyib.

Ekspert düşmənin məqsədlərini belə sıralayıb:

“Severodonetskin tam ələ keçirilməsi;

Lisiçanska yaxınlaşmaq, ehtimal ki, cənubdan;

Popasnayadan hərəkət və Lisiçansk-Baxmut magistral yoluna nəzarət etmək cəhdi. Həmçinin, düşmən şərqdə daha bir qoşun qrupu ilə birləşmək niyyətindədir.

İndi təxminən belə bir vəziyyət var. Çox çətindir, çünki qüvvələrimiz düşmənin şiddətli təzyiqi altındadır. Amma mübarizə davam edir və döyüşlər gedir”.
Əfqanıstanda zəlzələ qurbanlarının sayı 1 500 nəfərə çatıbƏfqanıstanın Paktika və Xost əyalətlərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1 500 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı "Taliban" hərəkatının nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, təbii fəlakətdən 2 000-dən çox insan zərər çəkib.

Bundan əvvəl “Boxtar” agentliyi 1 000 ölü və 1 500 yaralı olduğunu qeyd edib. Yerli hakimiyyət orqanları daha çox ölü və yaralı ola biləcəyindən ehtiyat edir.

Əfqanıstanın Paktika, Xost, Laqman, Qəzni, Lohar və Kabil əyalətlərində zəlzələ çərşənbə günü gecə 6,1 bal gücündə baş verib. “Taliban” rəhbərliyi zəlzələdən zərər çəkənlərə yardım üçün 1,1 milyon ABŞ dollarının ayrılmasını təsdiqləyib.
Conson: "Ukrayna sülh müqabilində öz ərazilərindən imtina etməyəcək""Ukrayna sülh müqabilində öz ərazilərindən imtina etməməlidir".

"Report" "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.

Baş nazir hesab edir ki, Ukrayna ərazisi azı fevralın 24-dək nəzarətdə olan sərhədlərə qədər bərpa edilməlidir. Ölkənin suverenliyi və təhlükəsizliyi qorunmalıdır.

"Biz əminik ki, ukraynalılara strateji müqavimət göstərməyə kömək etməliyik. Amma biz ukraynalı ola bilmərik. Bu, onların böhranıdır və onlar nə edəcəklərinə qərar verməlidirlər", - Conson bildirib.

Xatırladaq ki, Boris Conson Rusiya Prezidenti Vladimir Putinə Ukrayna məsələsində güzəştlərin yalnız fəlakətlə nəticələnəcəyini bildirib.
AŞPA Ukrayna ilə bağlı üç qətnamə qəbul edibAvropa Şurası Parlament Assambleyası (AŞPA) Ukrayna ilə bağlı üç qətnamə qəbul edib.

Bu barədə Ukrayna Ali Radasının AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri (hakim “Xalqın xidmətçisi” fraksiyası) Mariya Mezentseva deyib.

“Bu, heç vaxt olmayıb! Ukrayna ilə bağlı 3 qətnamə. Biz üç mühüm qətnaməni səsə qoyduq və qəbul etdik”, - Mezentseva feysbuk hesabında yazıb.

Deputat bildirib ki, Ukrayna nümayəndə heyətinin düzəlişləri nəzərə alınıb və “Rusiya Federasiyasının Ukraynaya təcavüzü ilə əlaqədar humanitar nəticələr və insanların (ölkə-red) daxili və xaricə köçürülməsi” qətnaməsi təkmilləşdirilib.

“Biz köçkün ukraynalılar üçün mənzillərin maliyyələşdirilməsi probleminin həllinə, hərbi əsirlərin mübadiləsini aktivləşdirməyə çağırırıq. Avropa İttifaqı Aİ ölkələrində müvəqqəti müdafiə almış və orada 90 gündən çox qalan və Ukraynaya gedən şəxslərin qurumun ərazisinə qayıtmaq haqqına aydın hüquqi izahat verməlidir”, - Mezentseva bildirib.
Ukraynalı qaçqınların sayı 8 milyonu ÖTDÜFevralın 24-dən indiyədək Ukraynanın 8 007 014 sakini ölkəni tərk edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.

Onların yarıdan çoxu (4 146 144 nəfər) Polşaya gedib.

BMT-nin məlumatına əsasən, hərbi əməliyyatlar başlayandan sonra Rusiyaya 1 milyon 305 min 18 ukraynalı qaçqın gəlib. Qəbul edilmiş köçkünlərin sayına görə, üçüncü yerdə Macarıstan (814 607 nəfər), dördüncü yerdə Rumıniya (691 413 nəfər) qərarlaşıb.