Korona ABŞ laboratoriyasından sızıb? - Çin çağırış etdiÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) koronovirusun ABŞ-ın Fort-Detrikdəki hərbi laboratoriyasından və digər ölkələrin müvafiq müəssisələrindən sızması versiyasını öyrənməlidir.

Axar.az xəbər verir ki, bu barədə Cın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xya Çun-in martın 31-də keçirilən müntəzəm brifinqdə bildirib.

Onun sözlərinə görə, ekspert qrupunun üzvləri vazım gəldiyi təqdirdə dünyanın bütün müvafiq laboratoriyalarda tədqiqat aparacaqlarını bildiriblər.

“Bildiyiniz kimi, Uhandakı laboratoriyalarda bu cür tədqiqat aparılıb. Bəs Fort-Detrik ekspertlərin üzünə nə vaxt açılacaq?”, – deyə diplomat xanım soruşub.

O, həmçinin qeyd edib ki, Fort-Detrik laboratoriyası haqqında xəbərlər KİV-də 2019-cu ilin iyununda verilirdi, amma indi susurlar.
Baydenin iti Ağ Evdə yenə bir nəfərə hücum edərək xəsarət yetiribABŞ prezidenti Cozef Bayden və xanımı Cill Baydenin “Meycor” ləqəbli iti yenidən Ağ Evdə bir nəfəri dişləyib.

“Report” xəbər verir ki, bu barədə çərşənbə axşamı CNN telekanalı bildirib.

Məlumata görə, hadisə Ağ Evin cənub çəmənliyində olub. Hadisə zamanı Milli Parklar Xidmətinin əməkdaşı zərər çəkib.

"Bəli, “Meycor” gəzinti zamanı bir nəfəri dişlədi. Həmin şəxs ehtiyat tədbiri kimi Ağ Evin Tibb Xidməti tərəfindən müayinə edilib. O, ciddi zədələr almadı və işə qayıtdı”, - telekanal Cill Baydenin nümayəndəsi Maykl Larosdan sitat gətirib. O, həmçinin qeyd edib ki, prezident cütlüyünün iti "hələ yeni vəziyyətə alışır".

ABŞ prezidenti və xanımının iki iti var – 13 yaşlı “Çemp” və üç yaşlı “Meycor”. Hər iki it Baydenin yanvarın 20-dəki inauqurasiyasından bir neçə gün sonra Ağ Evə gətirilib. Martın əvvəlində “Meycor” Ağ Evin mühafizəçilərindən birinə hücum edib. Bundan sonra itləri prezident cütlüyünün Delaverdəki evinə göndəriblər və heyvanlar yalnız ayın sonunda geri qaytarılıblar.
Günlük yoluxma 427 mini ötdü - ÜSTDünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 427 mindən çox artıb.

Avrasiya.net TASS-a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 427 964 nəfər yeni koronavirusa yoluxub, 8 156 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 127 349 248, ölənlərin isə 2 787 593 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 29 968 464 nəfər. Siyahıda daha sonra Braziliya (12 534 688), Hindistan (12 095 855), Rusiya (4 536 820), , Fransa (4 481 165), Böyük Britaniya (4 337 700), İtaliya (3 544 957), İspaniya (3 270 825), Türkiyə (3 240 577), Almaniya (2 791 822), Kolumbiya (2 382 730) və Argentina (2 308 597) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Hindistan müstəqilliyinin 75-ci ildönümünün qeyd edirHindistan hökuməti 15 avqust 2022-ci il tarixində müstəqilliyinin 75-ci ildönümünü qeyd edəcək və Hindistanın müstəqilliyinin 75-ci ildönümü münasibətilə keçirilən festival müstəqilliyin 75 illiyinin qeyd olunacağı 15 avqust 2022-ci il tarixindən 75 həftə əvvəl başladı. Tədbirlər 15 avqust 2023-cü ilə qədər davam edəcək.

Səfirlikdən Avrasiya.net-ə verilən məlumata görə, tədbirlərin tərkib hissəsi kimi, Hindistanın Bakıdakı Səfirliyi 30 mart 2021-ci il tarixində onlayn interaktiv tədbir təşkil etdi. Tədbir Hindistan səfiri Zati-aliləri cənab B. Vanlalvavnanın açılış nitqi ilə başladı. Mili Məclisin deputatı və Azərbaycan-Hindistan parlament əlaqələri üzrə İşçi Qrupunun rəhbəri Zati-aliləri cənab Naqif Həmzəyev tədbirə fəxri qonaq qismində iştirak etdi. Tədbirdə Hindistan diasporunun üzvləri və Hindistanın Azərbaycandakı dostları iştirak etdilər.

Tədbir iştirakçılarını salamlayan Hindistan səfiri, tədbirlərin əsasını təşkil edən 5 hissədən - azadlıq mübarizəsi, ideyalar, nailiyyətlər, fəaliyyətlər və qətiyyət barəsində danışdı və hər kəsi 75-ci ildönümünün qeyd olunması münasibətilə keçirilən tədbirlərə qoşulmağa dəvət etdi. Azadlıq uğrunda mübarizə aparan döyüşçülərin etdiyi saysız-hesabsız fədakarlığı böyük ehtiramla yad edən Səfir, fədakarlıqların sayəsində Hindistanın təməli olan demokratik qurumların illər keçdikcə inkişaf etdiyini və gücləndiyini söylədi. Səfir, həmçinin Hindistanın qlobal iqtisadiyyatda payının artırılmasında Atmarnirbhar Bharat kampaniyasının verdiyi əhəmiyyətdən bəhs etdi.

Cənab Naqif Həmzəyev çıxışında qeyd etdi ki, Hindistan ən böyük konstitusiya respublikasıdır. Hindistanın iqtisadiyyatı dünyanın ən sürətli böyüyən iqtisadiyyatıdır və iqtisadiyyatın artım nisbəti təxminən 7,5%-dir. Eyni zamanda Hindistan qlobal istehsal və innovasiya mərkəzidir. Daha sonra o bildirdi ki, Hindistanın canlı xarici siyasəti və ikitərəfli və çoxtərəfli səviyyələrdə diplomatik əlaqələri var. O, Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərin xüsusi əhəmiyyət daşıdığını söylədi. Hindistan və Azərbaycanın sivil əlaqələri, mədəni yaxınlıqları və digər mədəniyyətlərə hörmət və anlaşma dəyərlərinə əsaslanan dostluq əlaqələri və inkişaf edən ikitərəfli əməkdaşlıq əlaqələri olduğunu söylədi.

Proqram zamanı İkinci katib cənab Suceş Çandra Sinha tərəfindən Hindistanın əldə etdiyi müvəffəqiyyətlərə dair təqdimat edildi. Azərbaycandakı Hindistan diasporasının rəhbərləri cənab Jacob Mathew, cənab Anand Menon və xanım Srucana Çandra Hindistanın müstəqilliyinin 75-ci ildönümünün qeyd olunması ilə əlaqəli mövzularda çıxış etdilər.
İraq İrana olan 2,6 milyard dollarlıq borcunu ödəmirİraq ABŞ-ın sanksiyaları üzündən İrana olan 2,6 milyard dollarlıq təbii qaz borcunu ödəyə bilməyəcəyini açıqlayıb.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İraqın Energetika Nazirliyinin sözçüsü Əhməd əl-İbadi “Es-Sabah”-a açıqlama verib.

Əhməd əl-İbadi bildirib ki, ölkəsinin elektrik ehtiyacını ödəmək üçün İrandan idxal olunan təbii qaz borcunu ABŞ-ın 2018-ci ildən bəri İrana tətbiq etdiyi embarqolara görə ödəyə bilmir:

“İrana ödəniləcək məbləğin 2,6 milyard dollar civarında olduğunu, ancaq Bağdaddan Tehrana pul köçürülməsinin mümkün olmadığını söyləyən İbadi, İranın da təbii qaz ixrac etmək istəmədiyini vurğulayıb. İran gündəlik təbii qaz ixracatını 50 milyondan 22 milyon kubmetrə endirib”.
ÜST-dən peyvəndlə bağlı açıqlamaHazırda dünyada koronavirusa qarşı istehsal olunmuş peyvənd dozalarının böyük əksəriyyəti, yəni 76 faizi on ölkənin sərəncamındadır.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb.

Təşkilatın baş direktoru Tedros Qebreyesus peyvənd dozalarının bu cür paylanmasını tənqid edib və bildirib ki, qlobal böhrana qarşı birgə cavablar verilməlidir: “Qlobal çıxış yolu isə həmrəylikdən başlayır”.

Məlumata əsasən, ümumdünya vaksinasiya kampaniyasını lazımi şəkildə aparmaq üçün hazırda 25 milyard avroya ehtiyac var. Dünyanın bir sıra zəngin ölkələri əhalinin tələbatından artıq miqdarda peyvənd dozaları sifariş edib.
Çinlə ABŞ açıq qarşıdurmaya doğru gedir - PuşkovPekin Vaşinqton üçün tərəfdaş deyil, böyük təhdid sayılır.

Axar.az xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov deyib.

“ABŞ və onun rəhbərlik etdiyi Qərb dünyası yeni dünya nizamında Çinlə razılığa gələ bilməz. Əksinə, Çinlə ABŞ arasında işlər başqa cür – açıq qarşıdurmaya doğru gedir”, - Puşkov bildirib.
Azərbaycanlıların soyqırımı Ukrayna mediasındaADİİM sədri, tanınmış jurnalist Cavid Şahverdiyevin Ukraynanın nüfuzlu Asmedia.kiev.ua saytında rus dilində 31 Mart Azərbaycanlıların Soyqırımı ilə bağlı geniş yazısı dərc olunub.

Yazıda qeyd olunub ki, XX əsrin ilk illərində “Böyük Ermənistan”xülyasını həyəta keçirmək məqsədilə Bakı, Naxçıvan, Zəngəzur , İrəvan mahalı və Azərbaycanın digər tarixi ərazilərində minlərlə azərbaycanlı qəddarlıqla öldürüldü. 1917-ci il dekabr 1918-ci il mart aylarında Andranikin rəhbərliyi ilə 197 kənddə, İrəvan şəhərində 32, Eçmiadzində 84, Nor-Bayazidin 7 şəhərində azərbaycanlılar tarixi torpaqlarından didərgin salındı, öldürüldü, evləri yandırıldı. Oktyabr inqilabından sonra isə deportasiya siyasətini Şaumyan həyata kieçirdi.

Onun başçılığı ilə daşnaklar 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı qırğınlar törətdilər. Digər Salyan, Nəvahi, Lənkəran, Kürdəmir kimi rayonlarda da qırğınlar törədilsə də, öldürülən insanların sayı dəqiq bilinmir.

Rəsmi sənədlərə əsasən təkcə Şamaxıda 8 min dinc əhali öldürüldü. Cavanşirdə 28 kənd yerlə-yeksan edildi, Gümrü yaxınlığında ermənilərin qurduğu tələyə 3 min miqrant düşdü, Naxçıvanda bir neçə kənd yandırıldı, Zəngəzurun azərbaycanlıların yaşadığı 115 kəndi dağıdıldı, 3257 kişi, 2276 qadın, 2196 uşaq öldürüldü. Təkcə Zəngəzurda 10068 azərbaycanlı öldürüldü, şikəst edildi, 50000-i qaçqın düşdü. İrəvan quberniyasında isə 135 min azərbaycanlı qətl edildi. 1918-1920-ci illərdə Qarabağda 150 kənd dağıdıldı, yüzlərlə azərbaycanlı qətlə yetirildi.

Yazıda ermənilərin Qubada yəhudilərə qarşı törətdikləri soyqırımdan da bəhs edilib.
Daha sonra erməni daşnaklarının Qarabağda dinc azərbaycanlıları qətliamında toxunulub.

Həmçinin beynəlxlaq ekspert və araşdırmaçıların ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım sıyasəti ilə bağlı dəlilləri də yer alıb.

Müəllif onu da qeyd edib ki, Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Sənəddə 1905-1907, 1918, 1948-1953-cü və 1988-ci illərdə ermənilərin azərbaycanlılara qarşı planlaşdırdığı və həyata keçirdiyi soyqırım, deportasiya hadisələrindən bəhs edilib.

Yazının tam mətni aşağıdakı linkdə:
https://asmedia.kiev.ua/kriminal/31-marta-den-genoczida-azerbajdzhanczev
Myanmada ölənlərin sayı 459-a çatdıMyanmada hərbi çevriliş və həbslərə qarşı keçirilən etiraz aksiyaları zamanı ölənlərin sayı 459 nəfərə çatıb.

Avrasiya.net xəbər verir ki, bu barədə ölkədə fəaliyyət göstərən siyasi təşkilatlar məlumat yayıb.

Bildirilir ki, aksiyalar zamanı 2559 nəfər də saxlanılıb.

Qeyd edək ki, hərbi çevrilişdən sonra ölkədə ictimai-siyasi vəziyyət kritik olaraq qalır.
Niderlandda 31 Mart Azərbaycanlıların soyqırımının anım tədbiri keçirilib Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin Rotterdam şəhərindəki qərargahında 31 Mart Azərbaycanlıların soyqırımının anım tədbiri keçirildi.

Avrasiya.net xəbər verir ki, tədbirdə bütün şəhidlərimizin və qətliam qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Beniluks Azərbaycanlııarı Konqresinin sədri Elsevər Məmmədov tədbir iştirakçılarına, 31 Mart soyqırımıyla baglı Niderland patlamentinə bəyanat ünvanlandığını bildirdi.

Tədbirdə BAKın vitse prezidenti Sima Xanım Cəfərovanın 1918 cı ildə törədilən Azərbaycan xalqının kütləvi şəkildə qətliamı və erməni daşnaklarının dinc əhaliyə verdiyi ağılasızmaz işgəncələr barədə danışdı.
Azərbaycan xalqının qanlı yaddaşına həkk olunmuş Çar Rusiyasının erməni daşnak partiyası ilə müştərək törətdikləri genosid tarixi fakt və dəlillərlə BAK idarə heyəti tərəfindən müzakirə olundu.

Tədbirdə eləcə də, gündəmdə olan əsas məsələlər haqda danışıldı.

Tədbirdə şəhidlərimizin və düşmən əlindən qətlə yetirilmiş həmvətənlərimizin ruhuna dualar oxundu və ehsan verildi.