Husilər müharibəyə qoşulur
Dərc olunub:
18-06-2025, 08:01
Yəmən husiləri İrana dəstək olmaq üçün müharibəyə qoşulacaq.
Bu barədə hərəkatın siyasi bürosunun üzvü Məhəmməd əl-Buxeyti deyib.
"Sionist varlıq (İsrail) İranın nüvə obyektlərini hədəfə alaraq bütün qırmızı xətləri keçib. Biz Qəzzadakı qardaşlarımızı dəstəklədiyimiz kimi, sionistlərin hücumlarını dəf etməkdə İrana dəstək olmaq üçün münaqişəyə müdaxilə edəcəyik", - deyə o bildirib.