"İran bir neçə həftəyə nüvə silahı yarada bilər"

İran rəhbərliyi əmr verərsə, bir neçə həftə ərzində nüvə silahı yarada bilər.

Avrasiya.net xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib.

"İranın nüvə silahı əldə etmək üçün lazım olan hər şeyi var. Bunun üçün Ali Rəhbərin qərarı lazımdır. Bu silahların istehsalı bir neçə həftə çəkəcək", - deyə sözçü bildirib.

O, belə bir ssenarinin təkcə İsrail və ABŞ üçün deyil, bütün dünya üçün ekzistensial təhlükə olacağını vurğulayıb.

Onun sözlərinə görə, bütün dünya, o cümlədən Rusiya Tehranın nüvə silahı əldə etməməsi ilə razılaşır.

İsraillə İran arasında eskalasiya iyunun 13-nə keçən gecə İsrail dövlətinin İran ərazisindəki nüvə və hərbi obyektlərə hücumu ilə başlayıb.






Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər