star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

İsrail atəşkəsin əldə olunmasına razıdır

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İsrail "lazımi şərtlərlə" Qəzza zolağında atəşkəsin əldə olunmasına razıdır.

"Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Truth social" platformasında yazıb.

Onun sözlərinə görə, HƏMAS-ın bu şərtləri qəbul edəcəyi hələlik məlum deyil:

"Bu gün mənim nümayəndələrim İsrail tərəfi ilə Qəzza məsələsi ətrafında uzun və məhsuldar görüş keçirib. İsrail 60 günlük ATƏŞKƏS üçün müvafiq şərtlərə razılıq verib. Bu müddət ərzində isə biz bu müharibəyə son qoymaq üçün bütün tərəflərlə işləyəcəyik. Qətərlilər və misirlilər sülhün əldə olunması üçün çox işləyib və onlara son təklilər təqdim olunacaq. Ümid edirəm ki, Yaxın Şərqin rifahı üçün HƏMAS bu təklifləri qəbul edəcək. Əks təqdirdə DAHA DA PİS OLACAQ. Bu məsələyə diqqətiniz üçün təşəkkür edirəm!"

Bundan əvvəl CNN telekanalı bildirib ki, Qətər rəsmiləri 60 günlük atəşkəsin əldə olunması üçün HƏMAS və İsrailə yeni təklif verib. Telekanal bəyan edib ki, təkliflər Tramp administrasiyası tərəfindən dəstəklənir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər