star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

"50 gün çox uzun müddətdir"

"50 gün çox uzun müddətdir"Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Brüsseldə jurnalistlərə açıqlamasında ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişə ilə bağlı razılığın əldə olunması üçün son tarix təyin etməsi ilə bağlı bəyanatını alqışlayıb.

"Amerikalıların addımlar atması yaxşı haldır və mən ümid edirəm ki, onlar da avropalılar kimi Ukraynaya hərbi yardım göstərəcəklər”, - Avropa Komissiyasının saytında dərc olunmuş stenoqramda deyilir.

Eyni zamanda Kallas qeyd edib ki, ABŞ prezidentinin Ukrayna ilə bağlı razılığın əldə olunması üçün müəyyən etdiyi 50 günlük müddət çox uzundur.

"Bir tərəfdən Trampın Rusiyaya qarşı sərt mövqeyi müsbət haldır. Digər tərəfdən, 50 gün çox uzun müddətdir”, - deyə Avropa diplomatiyasının rəhbəri əlavə edib.

Xatırladaq ki, bir gün əvvəl Tramp yaxın 50 gün ərzində Ukrayna ilə bağlı razılaşmalar əldə olunmayacağı təqdirdə Rusiyanı onun mallarına yüksək rüsumlar tətbiq etməklə hədələmişdi. Amerika lideri tariflərin hansı mal kateqoriyalarına şamil ediləcəyini açıqlamayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər