Tramp Rusiyaya 50 gün vaxt verdi
Dərc olunub:
14-07-2025, 21:17
ABŞ Prezidenti Donald Tramp 50 gün ərzində Ukrayna ilə bağlı razılaşma əldə olunmayacağı təqdirdə Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100 faizlik gömrük rüsumları tətbiq edəcəyinə söz verib.
“Reuters” xəbər verir ki, amerikalı lider bunu NATO-nun Baş katibi Marko Rutte ilə görüşündə deyib.