"Bu gün atamın, həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır""Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır".

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Şuşa şəhərində etdiyi müraciətində bildirib.

Dövlət başçısı deyib:

"Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərmişdir. Xalqımız üçün ən çətin anlarda xalqın yanında olmuşdur, Azərbaycan xalqını böyük bəlalardan, faciələrdən xilas etmişdir. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin, Azərbaycan dövlətinin banisidir, onun qurucusudur. O, öz həyatını xalqa həsr etmişdir və onun ən böyük arzusu Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpa etmək idi. O, öz fəaliyyəti ilə dövlət quruculuğu, ordu quruculuğu sahələrində gördüyü işlər nəticəsində dövlətin əsasları yaradıldı və ölkəmiz inkişaf yoluna qədəm qoydu.

Əfsuslar olsun ki, atam bu günü görə bilmədi. Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər. Biz - onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad eləmişik".
Köln Azərbaycan Evində Heydər Əliyevin xatirəsi yad edilibKöln şəhərindəki Azərbaycan Evində görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Almaniya Azərbaycanlıları Alyansı və Alman-Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə baş tutan tədbirdə Köln şəhərində və ətraf şəhərlərdə yaşayan azərbaycanlı icmasının nümayəndələri iştirak edib.

Dahi şəxsiyyətin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayev ulu öndərin ölkəmizin dövlət tarixində açdığı parlaq səhifə və yaratdığı dövlətçilik prinsip və ənənələri, diaspor siyasətinin əyilməz sütunlarının qurucusu kimi fəaliyyəti barədə ətraflı danışıb.

Alman-Azərbaycan Mədəniyyət Evinin rəhbərliyi və digər çıxış edənlər bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərini bir daha yada salıblar.

Qeyd edək ki, 2019-cu ildən fəaliyyət göstərən Köln Azərbaycan Evində hazırda yeniyetmə və gənc soydaşlarımıza Azərbaycan dili və ədəbiyyatı tədris edilir.
Agentlikdə ümummilli liderin anadan olmasının 99-cu il dönümü ilə bağlı tədbir keçirilibQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü ilə bağlı tədbir keçirilib.

Avrasiya.net xəbər verir ki, keçirilən tədbirdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Müşahidə Şurasının üzvləri, QHT sədrləri və Agentliyin əməkdaşları iştirak ediblər.

Əvvəlcə tədbirdə Ulu Öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra Heydər Əliyev haqqında qısametrajlı filmin nümayişi olub.

Daha sonra tədbiri açıq elan edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bildirib ki, illər bir-birini əvəz etdikcə Ümummilli Liderin şərəfli ömür yolu xalqına, böyük Türk dünyasına və bəşəriyyətə nə qədər yaxın və dəyərli olduğu daha aydın görünür. Onun məqsədyönlü fəaliyyəti nəticəsində müstəqil Azərbaycan dövləti qısa müddətdə dünya dövlətləri sırasında öz layiqli yerini tutub.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. O cümlədən, natiq Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən ulu öndər Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələridən söz açıb.

Daha sonra çıxış edən digər natiqlər Müşahidə Şurasının üzvləri Azər Allahverənov, İlqar Orucov, Qht sədrləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva, “Mediada İnnovativ Təşəbbüslərə Dəstək” ictimai birliyinin sədri Müşviq Ələsgərli, “Azərbaycan Milli Kulinariya Assosiasiyası” ictimai birliyinin sədri Tahir Əmiraslanov, Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının sədri Vüqar Qədirov , “Azadlıq Hərakatçıları” ictimai birliyinin sədri Təhmasib Novruzov, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli və digərləri Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər.


Prezident İlham Əliyev və birinci xanım ŞUŞADAMayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində də səfərdə olublar.

Avrasiya.net xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma Şuşadakı inzibati binada aparılan son tamamlama və binanın ətrafında həyata keçirilən abadlıq işləri barədə məlumat verilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şirin su hamamında, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın evində, Mehmandarovlar malikanə kompleksində aparılacaq bərpa işləri ilə tanış olublar.

Dövlətimizin başçısı və birinci xanım “Shusha Boutique Hotel”də və Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə də tanış olublar.

Sonra Prezident İlham Əliyev Şuşa şəhərində “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

Daha sonra dövlətimizin başçısı müraciət edib.
DİN: Qanunsuz aksiyaların qarşısı alınacaq!İctimai-siyasi proseslər qanunla tənzimlənir.

Avrasiya.net xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O deyib ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan hər hansı qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərinin qarşısı alınacaq.

Qeyd edək ki, bir qurub şəxs mayın 14-də Bakıda aksiya keçirəcəkləri ilə bağlı sosial şəbəkələrdə məlumat yayıb.
DSX-də müəmmalı ölüm: dava, yoxsa… - Rəsmi açıqlamaHərbi Prokurorluğun rəhbərliyi ölümlə nəticələnən istənilən hadisəni nəzarətə götürür və hər bir ölüm faktı ciddi şəkildə araşdırılır. Səbəb göz qabağında olsa belə, məsələ hər incəliyinə qədər araşdırılır. Bu baxımdan araşdırma başladılıb və tədbirlər görülür. Müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Bu sözləri Axar.az-a açıqlamasında Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev Dövlət Sərhəd Xidməti Akademiyasının kursantı Murad Nağıyevin ölüm işi ilə bağlı danışarkən deyib.

Firad Əliyev mediada kursantın ölüm səbəbi ilə bağlı yayılan məlumata da münasibət bildirib:

“Tam və hərtərəfli araşdırılma aparılmasının nəticəsi üzrə qəbul edilmiş müvafiq qərar və rəsmi qurumların açıqlamasına istinad olunmayan hər hansı məlumatın yayılması yolverilməzdir. Əsaslı şəkildə araşdırılmadan bu məlumatlara heç cür rəy verilə bilməz”.

Qeyd edək ki, Dövlət Sərhəd Xidməti Akademiyasının 4-cü kursunda təhsil alan 2001-ci il təvəllüdlü kursant Murad Müslüm oğlu Nağıyev aprel ayının 13-də dünyasını dəyişib. Media kursantın müdavimlər arasında baş verən davada aldığı xəsarətdən həyatını itirdiyi haqda məlumat yayılsa da, Akademiya onun müalicə aldığı tibb müəssisəsində onkoloji xəstəlikdən vəfat etdiyini bildirib.

Hərbi Prokurorluq isə ölüm faktı ilə bağlı yaydığı açıqlamada qeyd edib: "Daxil olan məlum məlumat əsasında Bakı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər zəruri hərəkətlər icra edilib.

Fakt üzrə Bakı Hərbi Prokurorluğunda başlanılan araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”.

Hərbi Prokurorluğun “hadisə yerinə baxış keçirməsi”, “maddi sübut kəsb edən predmetləri sübut kimi götürməsi”, “izahatlar alması” haqda rəsmi açıqlaması isə ölümün xəstəxanada baş verdiyi haqda Akademiyanın yaydığı məlumatı şübhə altına salıb.
Soydaşlarımız Niderland Krallığının Utrext şəhərində bir araya gəliblərBu günlərdə Niderland Krallığının Utrext şəhərində “Birlikdə Güclüyük” Fondunun idarə heyəti və aktiv icma üzvlərinin təşkilatçılığı ilə Azərbaycan icmasının görüşü keçirilib.

“Birlikdə Güclüyük” Fondunun həmsədri İlkanə Qoca, görüş zamanı 22-23 aprel 2022 ci ildə Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı haqqında məlumat verib və ümümi təssüratları bölüşüb. Eyni zamanda görüşdə Dünya Azərbaycanlılarının V Qurultayında Prezident İlham Əliyevin çıxışı və çıxış zamanı onun tərəfindən qeyd olunan məsələlər icma üzvlərinin diqqətinə çatdırılıb. Azərbaycan dilinin, mədəniyyətinin eləcə də milli dəyərlərimizi yaşatmaq və gələcək nəsillərə ötürmək üçün gələcəkdə atılacaq addımlar haqqında fikir mübadiləsi aparılıb.
İlkanə Qoca eyni zamanda işğaldan azad olunmuş ərazilərə, Şuşaya və Ağdama olan səfəri haqqında öz təəssüratlarını və Qarabağda, eləcə də Ağdamda olan mina problemləri haqqında məlumatı iştirakçılarla bölüşüb.

Hal-hazırda Utrext əyalətində olan icma haqqında və Utrext əyalətində yaşayan azərbaycanlıların gələcək planları haqqında müzakirələr aparıldı, icma üzvlərinin fikirləri dinlənib. İcmanın istəkləri və arzularını nəzərə alaraq iş planı hazırlanıb.
Yeniyetmələr arasında futbol üzrə rayon birinciliyinə yekun vurulubÜmummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə 2005-2006-cı il təvəllüdlü yeniyetmələr arasında futbol üzrə rayon birinciliyinə yekun vurulub.

Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda əsas məqsədi Ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi, rayonda idmanın kütləviliyinə nail olunması, futbol idman növünün rayonda inkişaf etdirilməsi və yeniyetmələrin idmanın bu növünə olan maraqlarının artırılmasıdır.

Aprelin 27-dən mayın 10-dək davam edən birincilikdə rayon ümumtəhsil məktəblərinin 13 komandası mübarizə aparıb. Mayın 10-da keçirilən final oyununda şəhər 2 saylı tam orta məktəbin və şəhər 6 saylı məktəb-liseyin komandaları qarşılaşıb. Görüşdən qalib ayrılan şəhər 6 saylı məktəb-liseyin komandası birinciliyin qalibi olub.

Qalib komandalar Gənclər və İdman İdarəsi tərəfindən kubok və fəxri fərmanlarla təltif olunublar.





#SiyəzənGİİ #Gənclərİdman #Azərbaycanİdmanı #AZEsport #idman #sağlamhəyat
İran səfirliyi Heydər Əliyevin doğum günü ilə bağlı paylaşım edibİranın Azərbaycandakı səfirliyi ulu öndər Heydər Əliyevin anaadan olmasının 99-cu ildönümü ilə bağlı paylaşım edib.

Avrasiya.net xəbər verir ki, tviterdə H.Əliyevin İranın ali rəhbəri Əli Xamenei ilə şəklini paylaşan diplomatik nümayəndəlik qeyd edib:

“Mərhum Heydər Əliyevin anadan olmasının 99-cu ildönümündə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin inkişafında mühüm rol oynamış bu mərhum liderin xatirəsini ehtiramla yad edirik”.
Azərbaycan İranla ticarət əlaqələrini genişləndirməyə çağırırAzərbaycan İran İslam Respublikası ilə ticarət əlaqələri və qarşılıqlı gömrük əməkdaşlığını genişləndirmək istəyir.

İRNA Agentliyinin verdiyi məlumata görə, bunu Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev İran-Azərbaycan Araz çayı sərhədində şıxışı zamanı bildirib.

O, bu səfərin iki ölkə arasında ticarət mübadiləsinin səviyyəsinin və dəyərinin artmasına səbəb olacağına ümidvar olduğunu bildirib.

İranın Gömrük İdarəsinin (İRİCA) rəhbəri Əlirza Müqəddasi isə bildirib ki, İran Azərbaycanla qarşılıqlı fəaliyyət və ticarət əməkdaşlığı İran rəsmiləri tərəfindən həmişə vurğulanıb.

O əlavə edib ki, Azərbaycanla ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə iki ölkənin gömrük işçiləri arasında mövsümi görüşlər davam etdirilir.

Qeyd edək ki, Azərbaycanla İran arasında imzalanan “İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu”na uyğun olaraq Araz çayı üzərində salınacaq dəmir yolu və avtomobil körpüləri, eləcə də 55 kilometrlik yol beynəlxalq tranzit yükdaşımalarda da istifadə ediləcək. Bu yol Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin birləşməsində və nəqliyyat xətlərinin şaxələnməsində də mühüm rola malik olacaq.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart ayları ərzində Azərbaycan və İran arasında ümumi ticarət dövriyyəsinin həcmi 122 milyon 323 min ABŞ dolları təşkil edib. Bu, 2021-ci ilin ilk rübünün nəticələri ilə müqayisədə 21 milyon 48 min ABŞ dolları və ya 20,8 % çoxdur.

Bunun 8 milyon 442 min ABŞ dolları Azərbaycandan İrana ixrac təşkil edib ki, bu da 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 3 milyon 166 min ABŞ dolları və ya 60 % çoxdur.

Bu ilin ilk üç ayında Azərbaycan İrandan 113 milyon 881 min ABŞ dollarlıq məhsul və mal idxal edib ki, bu da 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 17 milyon 882 min ABŞ dolları və ya 18,6 % çoxdur.

Report