DİN: Qanunsuz aksiyaların qarşısı alınacaq!
Dərc olunub:
10-05-2022, 19:24
İctimai-siyasi proseslər qanunla tənzimlənir.
Avrasiya.net xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O deyib ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan hər hansı qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərinin qarşısı alınacaq.
Qeyd edək ki, bir qurub şəxs mayın 14-də Bakıda aksiya keçirəcəkləri ilə bağlı sosial şəbəkələrdə məlumat yayıb.