Sizin Reklam Burada

Ersin Tatar Analar Günü ilə bağlı mükafatları təqdim edib – FOTO

Ersin Tatar Analar Günü ilə bağlı mükafatları təqdim edib – FOTOQuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Analar Günü münasibətilə Milli Mübarizə Medalı Təqdimetmə Mərasiminə qatılıb və Kıbrıs Türklərinin mübarizə illərində mühüm xidmətləri olan mücahidlərə medallar təqdim edib.

Avrasiya.net xəbər verir ki, Ersin Tatar mərasimdəki çıxışında Analar Günü münasibətilə medallarını mücahidlərə təqdim etmək üçün bir araya gəldiklərini bildirərək, günün təşkilatçılarına təşəkkür edib. Bütün mücahidlərə təşəkkürünü bildirən prezident Tatar həyatını itirən mücahidlərə rəhmət diləyib, həyatda olanlara cansağlığı arzuladığını bildirib.

Kıbrıs türk xalqının müstəqillik uğrunda mübarizəsinin dəyərli olduğuna diqqət çəkən Ersin Tatar, Ana Vətən Türkiyə ilə əməkdaşlığın “Mavi Vətən”də və hava məkanında, kənar xətlərin paylaşılması baxımından millətin ayaqda qalması üçün böyük əhəmiyyət daşıdığını bildirib.

“Mübarizəmiz davam edir” deyən prezident Tatar, federal çətir altında razılığa gəlməyin mümkün olmadığını və Ana Vətən Türkiyənin tam dəstəyi ilə sona qədər yanaşı yaşayan iki ayrı suveren bərabər dövlətə əsaslanan yeni siyasəti həyata keçirəcəklərini söyləyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər