MEDİA-nın direktoru hücuma məruz qalan jurnalistlə görüşüb

MEDİA-nın direktoru hücuma məruz qalan jurnalistlə görüşübMedianın İnkişafı Agentliyində (MEDİA) İcraçı direktor Əhməd İsmayılovun jurnalist Aytən Məmmədova ilə görüşü keçirilib.

Bu barədə Agentlikdən məlumat verilib.

Əhməd İsmayılov jurnalistin hücuma məruz qalması faktının Agentliyin diqqət mərkəzində olduğunu bildirib.

Aytən Məmmədova mayın 8-də Binəqədi rayonu ərazisində, yaşadığı binanın blokunda hücuma məruz qalması ilə bağlı fikirlərini bölüşüb.

İcraçı direktor bildirib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə operativ əlaqə saxlanılıb.

Qeyd olunub ki, hadisə Daxili İşlər Nazirliyinin nəzarətindədir və hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldıqdan, zəruri prosessual tədbirlər görüldükdən sonra hadisəyə hüquqi qiymətin verilməsi təmin ediləcəkdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər