Nazir sülhməramlıların fəaliyyətindən DANIŞDI
Qarabağda Rusiya sülhməramlılarının yerləşməsi üçtərəfli bəyanat əsasında həyata keçirilib. Sülhməramlılar müvəqqəti olaraq Azərbaycanın Qarabağ bölgəsində yerləşib və orada fəaliyyətlərini davam etdirirlər.
Avrasiya.net-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, sülhməramlılar üzərlərinə düşən funksiyaları yerinə yetirirlər.
“Təbii ki, vaxtaşırı hansısa suallar olur və o suallar əsasən hələ də Qarabağ bölgəsində Ermənistanın hərbi birləşmələrinin mövcudluğu, qanunsuz olaraq həmin ərazilərə səfərlərlə bağlıdır.
Belə məqamlar olan halda məsələ həm sühməramlıların buradakı komandanlığı, həm də digər səviyyələrdə qaldırılır və müzakirə mövzusu olur. Azərbaycan tərəfi məsələlərin məhz bu müstəvidə həll edilməsinin tərəfdarıdır”, - deyə nazir əlavə edib.