Sizin Reklam Burada

Rus ordusu 48 km geri atıldı

Rus ordusu 48 km geri atıldıRusiyalı hərbçilər nəyin bahasına olursa-olsun, öz mövqelərini Xarkov kənarında qorumaq qərarına gəliblər. Bunun üçün əlavə batalyon-taktiki qruplar Belqorod vilayətinə çəkilib.

Axar.az xəbər verir ki, bu barədə Müharibə Tədqiqat İnstitutu (ISW) məlumat yayıb.

“Mayın 9-da Pentaqon rəsmisi bildirib ki, Rusiya ordusu şimalda yalnız üç batalyon taktiki qrupunun fəaliyyət göstərməsinə baxmayaraq, Xarkovu şimal və şərqdən at nalı şəklində mühasirəyə almaq səylərini davam etdirir. Ruslar Belqorod vilayətində 19 batalyon taktiki qrupu toplayıblar. Yəqin ki, onlar Ukrayna ordusunun Rusiya ilə sərhədə çatmasının qarşısını almaq üçün Xarkov istiqamətini gücləndirə bilərlər. Son bir həftə ərzində Ukrayna qüvvələri düşməni şərqdə təxminən 48 kilometr geri atıb. Söhbət Volçanski rayonunun Starıy Saltov kəndinin azad edilməsindən gedir. Rusiya mayın 9-da İzyumun cənub-şərqinə və ya cənub-qərbinə hücum etməyib, lakin yaxın günlərdə hücum əməliyyatlarını bərpa etmək üçün lazım olan qüvvələri cəmləşdirməyə çalışır. Eyni zamanda, Rusiya gizlətməkdə davam etdiyi döyüş itkilərinin kompensasiyası ilə bağlı ciddi problemlə üzləşib”, - məlumatda deyilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər