Sizin Reklam Burada

Ukraynada müharibədə daha bir jurnalist həlak olub

Ukraynada müharibədə daha bir jurnalist həlak olubRusiyanın martın 11-12-də Kiyev vilayətinin Brovarı rayonunun Şevçenko kəndinə artilleriya hücumu nəticəsində jurnalist Oksana Qaydar həlak olub.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Jurnalistlərinin Milli Birliyinin başçısı Sergey Tomilenko məlumat verib.

Onun sözlərinə görə, hadisə martın 11-12-də baş versə də, Oksana Qaydarın ölüm faktı indi məlum olub.

S.Tomilenko bildirib ki, Qaydar əsasən tarixi mövzularla bağlı yazılar yazıb. O, sosial şəbəkədə “Ruda Pani” təxəllüsü ilə paylaşımlar edirmiş: “Qaydar esselərini, şərhlərini əri və oğlu ilə birlikdə yaşadığı Moskvadan yazırdı. Ancaq Rusiyanın hərbi müdaxiləsi başlayandan sonra anasının yanında omaq üçün Ukraynaya qayıdıb”.

O deyib ki, Oksana Qaydar Kiyevdə jurnalist ailəsində anadan olub. Atası Yuri Qaydar “İdman qəzeti”nin redaktor müavini olub. O.Qaydar Taras Şevçenko adına Kiyev Milli Universitetinin jurnalistika fakültəsini bitirib.

Xatırladaq ki, aprelin 29-da Xarkov vilayətində gedən döyüşdə jurnalist və hərbçi 33 yaşlı Maksim Medinski həlak olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər