Məktəbin uçması nəticəsində ölənlərin adları açıqlandıNaxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin adları məlum olub.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Martın 31-i saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması nəticəsində Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsində fəhlə işləyən üç nəfər şəxs hadisə yerində ölmüş, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir.

Axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar içərisində daha bir nəfərin cəsədi aşkar edilərək çıxarılmışdır.

Həlak olan şəxslər:

- 2000-ci il təvəllüdlü Qadir Süleymanov,

- 1972-ci il təvəllüdlü Həsən Əliyev,

- 1961-ci il təvəllüdlü İbrahim Məhərrəmov,

- 1988-ci il təvəllüdlü Asəf Rüstəmov.

Xəsarət alan şəxs: - 1996-cı il təvəllüdlü Alı Əliyev.

Hazırda Babək rayon prokurorluğunda araşdırma davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcəkdir.
Siyəzəndə soyqırımla bağlı tədbir keçirilib31 mart 2022-ci il tarixində Gənclər Mərkəzində Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 31 Mart “Azərbaycanlıların Soyqırım günü”nün 104-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib. “Mart soyqırımı – Bir günün tarixi” mövzusunda təşkil olunan anım tədbirində əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Alışov, Dini Məsələlər üzrə Dövlət Komitəsinin Quba şöbəsinin Siyəzən üzrə nümayəndəsi Gündüz Səmədli, şəhər 2 saylı tam orta məktəbin Tarix müəllimi Vasif Əliyev, şəhər 3 saylı tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Fidan Ələsgərova və digərləri çıxış edərək soyqırım faktlarından ətraflı bəhs ediblər. Çıxışlardan bildirilib ki, xalqımıza qarşı dəfələrlə törədilmiş, uzun illər ərzində öz siyasi-hüquqi qiymətini almamış 31 Mart soyqırımı tariximizin qanlı səhifələrindəndir. 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak silahlı dəstələri tərəfindən Bakı şəhərində, Bakı quberniyasına daxil olan digər şəhər və qəsəbələrdə, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə törədilmiş kütləvi qırğınlar və vandalizm aktları zamanı on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilmiş, mədəniyyət abidələri, tarixi binalar və məscidlər dağıdılmışdır. 1988-1993-cü illərdə baş verən hadisələr də həmin soyqırımın tərkib hissəsi idi. Lakin Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsini qalibiyyətlə başa vuran ordumuz düşmənlərimizin tarixən başımıza gətirdiklərinin və şəhidlərimizin qisasını almaqla yanaşı onlara tarixi dərs verdi. Bütün bunların təkrar olunmaması və belə qanlı faciələrin bir daha yaşanmaması üçün tariximizdən dərs götürməli və vətənpərvər gənclik yetişdirməyi davam etdirməliyik.

Tədbir soyqırım həqiqətlərinin gənc nəslin yaddaşında qorunması, gənclərin vətənpərvərlik hisslərinin yüksəldilməsi, qan yaddaşımızın gənc nəsil arasında təbliği məqsədi daşıyıb. Sonda 1918-ci ilin mart hadisələrinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

#31marchgenocide #azerbaijanigenocide #31march #tragedy #Genocide #Геноцид #AzərbaycanlılarınSoyqırımGünü #31MartAzərbaycanlılarınSoyqırımGünü #31mart #Soyqırım #SoyqırımıGünü #SiyəzənGİİ #AZEyouth #AZEgənc #Gənclərİdman
"AzerGold” ilə Türkiyə şirkətləri arasında texnoloji sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub“AzerGold” ilə Türkiyə şirkətləri arasında texnoloji sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub
“AzerGold” QSC İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Türkiyənin Metal Sənayeçiləri Birliyini (MESS) təmsil edən MEXT Texnoloji Mərkəzi və “KoçDigital” şirkəti arasında geniş tərkibli onlayn görüş keçirilib.

“AzerGold”ın verdiyi məlumata görə, görüşdə “AzerGold QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev, MEXT Texnologiya Mərkəzinin icraçı direktoru Efer Erdem, “KoçDigital” şirkətinin icraçı direktoru Önder Kaplancık və digər rəsmilər iştirak ediblər.

“AzerGold” QSC-nin istehsal müəssisələrin səmərəlilik əmsalının artması, əsas keyfiyyət göstəricilərinin dəyərləndirilməsi istiqamətində təcrübə mübadiləsi məqsədilə keçirilən görüşdə Cəmiyyətinin istehsal proseslərinin təkmilləşdirilməsi və optimallaşdırılması, bu proseslərə dair innovativ həllərin və müasir texnologiyaların tətbiq edilməsi, o cümlədən Cəmiyyətdə biznes proseslərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılması üzrə potensial əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüşün nəticəsi olaraq potensial əməkdaşlıq üzrə texniki detalların müzakirəsi üçün “AzerGold” QSC və MEXT Texnologiya Mərkəzi və “KoçDigital” şirkətinin aidiyyəti mütəxəssislərinin görüşünün keçirilməsi planlaşdırılır. Əlavə olaraq əməkdaşlıq üzrə müzakirələrin davam etdirilməsi məqsədi ilə qarşılıqlı olaraq istehsalat sahələrinə işgüzar səfərlərin edilməsi razılaşdırılıb.

Qeyd edək ki, fəaliyyət istiqamətləri üzrə innovativ həlləri tətbiq edən və daim təkmiləşdirən “AzerGold” QSC dağ-mədən sahəsində mütəmadi qaydada maddi-texniki bazasını müasir tələblərə uyğun olaraq yeniləyir. Mədənçilik sənayesində rəqəmsal həllər və innovasiya ekosistemlərinin inkişaf etdirilməsi ilə istehsal prosesində səmərliliyin artırılması Cəmiyyətin əsas prioritetlərindən biridir.
Gəncədə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən elmi-praktik konfrans keçirilibGəncə Şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə bölməsinin birgə təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş elmi-praktik konfrans baş tutub.

Elmi-praktik konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztür, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, ADAU-nun rektoru İbrahim Cəfərov, GDU-nun rektoru Yusif Yusifov, idarə-müəssisə və təşkilat rəhbərləri, şəhər ziyalıları, tələbə-gənclər iştirak ediblər.

Əvvəlcə soyqırımı qurbanlarının və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elmi-praktik konfransda çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, qədim tarixə malik olan Azərbaycan xalqı müxtəlif zamanlarda böyük faciələr və soyqırımlarla üzləşib. Bu dəhşətli hadisələrdən biri də 1918-ci ilin mart-aprel aylarında yaşanıb. Belə ki, Bakı və ətraf ərazilərdə azərbaycanlılar kütləvi şəkildə vəhşicəsinə qətlə yetiriliblər. Ermənilərin azərbaycanlılara qarşı soyqırımları 20-ci əsrin sonlarında bir daha təkrarlanıb. 1992-ci ilin fevralında ermənilər Xocalıda yerli əhaliyə qarşı yenidən soyqırım törətdilər. O, qeyd edib ki, 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev qeyd edib ki, 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman böyük tarixi əhəmiyyət daşıyır. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir.

Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk çıxış edərək bildirib ki, xüsusi vəhşiliklə törədilən bu soyqırım təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün türk dünyasına qarşı nifrətin təcəssümüdür. Bu, bütün türk dünyasının problemidir və buna görə də Türkiyə azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması məsələsində həmişə Azərbaycanla eyni mövqeyi tutur. Bir sıra tarixi faktlara nəzər salan Zeki Öztürk, faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad etdiyini bildirib, bütün şəhidlərə Allahdan rəhmət diləyib.

Elmi-praktik konfransın davamında “31 Mart soyqırımının Azərbaycan ədəbiyyatında əks sədası”, “31 Mart soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir”, “Ermənilərin soyqırım siyasətinin tarixi kökləri”, “Azərbaycanlıların soyqırımına hüquqi-siyasi qiymət verilməsi” və “31 mart soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir” mövzularında məruzələr dinlənilib.

Yekunda Gəncə Şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə bölməsinin birgə təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş elmi-praktik konfrans iştirakçıları adından bəyanat səsləndirilib. Konfrans iştirakçılarının təklif edəcəyi əlavə və dəyişikliklər nəzərə alınaraq, Bəyanat qəbul ediləcək və ictimaiyətə təqdim olunacaqdır.


Gülnar Rüstəmova. İctimairey.az.
İlham Əliyev Putinlə danışdıAzərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Avrasiya.net xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Rusiyanın dövlət başçısı bu gün eyni zamanda Ermənistanın Baş naziri Nikol Paşinyanla da telefonla danışıb.

"Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan Qarabağ ətrafında vəziyyətin inkişafını müzakirə edərək regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün praktiki problemlərin həllinə diqqət yetiriblər. Tərəflər 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların bütün müddəalarının ardıcıl həyata keçirilməsinin vacibliyi bir daha təsdiqləyiblər", - Kremldən bildirilib.

Tərəflər gələcək təmaslar barədə razılığa gəliblər.
"Azərsu"yun əməkdaşı odlu silahla hədələndi"Azərsu" ASC-nin “Abşeron Sukanal” İdarəsinin əməkdaşları odlu silahla təhdid edilib.

Bu barədə Avrasiya.net-ə qurumdan bildirilib.

Məlumata görə, hadisə 28 may qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbəsin Paralellər adlanan küçəsində su idarəsinin əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən Zülfüqar Mehdiyevə məxsus fərdi yaşayış evinin həyətində su çəninin dolub daşdığı, israfçılığa yol verildiyi, ev sahibinin isə buna heç bir reaksiya vermədiyini görüblər. Su israfının qarşısını almaq məqsədilə mənzil sahibindən tədbir görülməsini xahiş edən əməkdaşlar fərdi yaşayış evinin su təchizatı sisteminə baxış keçirmək istədikdə vətəndaşın kobud rəftarı və təhqirləri ilə üzləşiblər. Sonra Z.Mehdiyev odlu silahla (ov tüfəngi) idarənin əməkdaşlarını təhdid edib, ardınca hüquq-mühafizə orqanlarına müraciət edərək təzyiqlərə məruz qalması barədə yalan məlumatlar verib.

Hadisə ilə əlaqədar “Abşeron Sukanal” İdarəsi hüquq-mühafizə orqanlarına rəsmi müraciət edib. Əraziyə gələn daxili işlər orqanlarının əməkdaşları Z.Mehdiyevi və idarənin əməkdaşlarını araşdırma aparılması üçün polis bölməsinə dəvət ediblər.

"Qlobal iqlim dəyişikliyi ölkəmizin şirin su ehtiyatlarının azalmasına səbəb olub və belə bir şəraitdə sudan israfçılıqla istifadə edilməsi yolverilməzdir. Bununla bağlı mütəmadi maarifləndirmə tədbirləri aparılır, fərdi su xətlərində və çənlərində axıntı olan abunəçilərdən nasazlıqların aradan qaldırılması tələb olunur, uçotsuz və sayğacdankənar istifadə hallarına qarşı ciddi tədbirlər görülür. Abonentlər su israfının qarşısının alınması məqsədilə xəbərdarlıq və tövsiyələri anlayışla qarşılamalı, bu işi yerinə yetirən “Azərsu” əməkdaşlarına qarşı kobud rəftar etməməlidirlər. Xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara qarşı hər hansı təhqir və təzyiq yolverilməzdir və belə hallar baş verərsə, hüquq-mühafizə orqanlarına müraciət olunacaq", - deyə səhmdar cəmiyyəti bəyan edib.
Rusiya hərbçiləri dünya çempionunu idman zalında güllələdi – FOTOİrpenə daxil olan Rusiya ordusunun hərbçiləri məşhur uşaq boks məşqçisi Aleksey Djunkivskini öldürüblər.

Avrasiya.net lent.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Boks Federasiyası məlumat yayıb.

Mərhumun yaxınlarının dediyinə görə, A.Djunkivski məşq zamanı idman zalında güllələnib.

Qeyd edək ki, Aleksey Djunkivski 4 dəfə hərbi qulluqçular arasında dünya çempionatının qalibi olub.

Karyerasını başa vurduqdan sonra uşaq məşqçisi olub və bir çox məşhur boksçular yetişdirib.

Məktəblilər arasında 2016-cı il Avropa çempionu Oleq Laquta və 2015-ci il Avropa çempionatının gümüş mükafatçısı Vladislav Marçuk da onun yetirmələridir.
Baş Prokurorluqdan Naxçıvanda məktəbin çökməsi ilə bağlı məlumatBaş Prokurorluq Naxçıvan Muxtar Respublikasının Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbinin çökməsi ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir:

"Martın 31-i saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması nəticəsində Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsində fəhlə işləyən üç nəfər şəxs hadisə yerində ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hazırda Babək Rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir və digər zəruri istintaq hərəkətlər icra edilir.

Araşdırmanın gedişatı barədə əlavə məlumat veriləcəkdir".

"Eyni zamanda, bəzi media səhifələrində qeyd edilən məktəbdə bədbəxt hadisə nəticəsində 20-dən çox şəxsin ölməsi və çoxlu sayda yaralıların olması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır. Həmin məlumatlar tərəfimizdən təkzib olunmaqla media nümayəndələrindən rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatların yayılmaması bir daha xahiş olunur", - məlumatda qeyd edilib.
300 osetin Ukraynada döyüşməkdən imtina etdiCənubi Osetiyadan olan 300-ə yaxın əsgər könüllü olaraq Ukraynada döyüşməkdən imtina edərək geri qayıdıb.

Axar.az xəbər verir ki, bu barədə osetinli bloger Alik Puxayev məlumat verib.

“Rusiya hərbi bazasından olan 300-ə yaxın hərbçi (əsasən etnik osetinlər) Ukraynada keçirilən xüsusi əməliyyat zamanı ölümə buraxıldıqlarını düşünərək, öz istəkləri ilə Cənubi Osetiyaya qayıdıblar”, - o bildirib.

Qeyd edək ki, qondarma “respublika”nın keçmiş “prezidenti” Eduard Kokoytı özünün Teleqram kanalında bildirib ki, hərbçilərin müəyyən hissəsi həqiqətən də Ukraynada hərbi əməliyyatlarda iştirakdan imtina edib:

“Müharibə zonasından Osetiyaya qayıdan əsgərlərimizin ətrafında yaranmış vəziyyətdən hamımız narahatıq. Heç kimin bu adamları qınamağa və ya qorxaqlıqda ittiham etməyə haqqı yoxdur. Biz baş verənlərin əsas səbəblərini başa düşməliyik və onların necə döyüşdüyünü öyrənməliyik. Biz bununla ən ciddi şəkildə məşğul olacağıq”.

Kokoytı əlavə edib ki, yüzlərlə osetin döyüşçüsü hazırda hərbi əməliyyat zonasındadır.
Markov: İrəvanın sülhməramlılarla bağlı cirkin planıErmənistan Ukrayna ətrafında yaranmış vəziyyətdən istifadə edərək Qarabağda vəziyyəti gərginləşdirməyə çalışır.

Axar.az xəbər verir ki, bu fikirləri Siyasi Araşdırmalar İnstitutunun direktoru, rusiyalı politoloq Sergey Markov bölüşüb.

“Ukraynadakı münaqişə bəzi qüvvələr tərəfindən Qarabağa ötürülür. İrəvanın əsas niyyəti Azərbaycan əsgərləri ilə sülhməramlılar arasında münaqişə yaratmaqdır. Rusiya rəhbərliyi üçtərəfli bəyanatların bəndlərinin yerinə yetirilməsi zərurəti ilə bağlı Ermənistana təzyiq göstərməyə çalışsa da, bunu enerjisiz edir. İndi isə xüsusi əməliyyat fonunda Rusiya rəhbərliyinin Ermənistan rəhbərliyinə təzyiq göstərməyə ümumiyyətlə vaxtı yoxdur. Nəticədə Ermənistan Rusiya və Azərbaycanı qarşı-qarşıya qoymaq üçün Qarabağ separatçılarından istifadə etməyə başlayıb. Təbii ki, əsas məqsəd Rusiya ilə Türkiyə arasında münaqişənin qızışdırılmasıdır”, - rusiyalı politoloq qeyd edib.