Sizin Reklam Burada

Tanınmış hüquqşünas tükürpədən cinayətdən yazdı

Tanınmış hüquqşünas tükürpədən cinayətdən yazdıNargilə Nənəmin yaşadığı Şərur-Dərələyəz qəzasının Amağu kəndi SOYQIRIM CİNAYƏTİNİN ən ağır formada həyata keçirildiyi yaşayış məntəqələrindən biridir.

Anam Zeynəb Vəkilova: “Elə bir gün olmazdı ki, anam Nargilə gözləri önündə nizəyə taxılan qardaşları Yusif və Abuzər dayılarımı yada salıb ağlamasın, anamın gözlərinin güldüyünü heç vaxt görmədim, anamın göz yaşları kədər çeşməsi idi, ömrü boyu bir gözü ilə qardaşı Yusifə o biri gözü ilə qardaşı Abuzərə yas tutdu. Ermənilərdən bu qisas alınmayınca bizim də gözlərimiz gülməməlidir!”.

Zeynəb Əli qızı Vəkilova

Silahsız kənd cammatını tələyə salıb tutan ermənilər mülki əhalini bir yerə yığıb günlərlə ac-susuz saxlayırlarmış. Anası Fatimənin döşlərindən süd əmən 3 yaşlı Abuzəri erməni zorla anasının əlindən alıb əvvəlcə nizəyə taxmış sonra isə anasının və görpə Nargilənin gözləri önündə divara çırpmışdır.3 yaşlı körpə Abuzərin qanı anası Fatimənin və hələ ətrafda olub bitənləri tam təfərrüatı ilə anlamaqda çətinlik çəkən körpə Nargilənin üzünə sıçramışdır. Qrdaşı Yusifin faciəsi də Nargiləyə və anası Fatiməyə eyni həyacanları yaşatmışdır. Onlar artıq susuzluqdan ürəkləri parçalanırdı Nargilənin anası Fatimə qardaşın Yusifi əlində tut xəlvətcə bulaqdan su içib gəlin söylədi. Nargilə qorxa-qorxa qardaşının əlindən tutub həyacanla o tərəf bu tərəfə baxaraq yaxınlıqda heç kimi görmədiyi fikirləşib Yusiflə birlikdə bulağa tərəf hərəkət etdilər. Bulağa çatmağa az qalmışdı ki, ermənilər uzaqdan Nargilə ilə Yusifin bulağa tərəf gəldiklərini gördülər. Atı bulağın başına sürən ermənilər Nargilə və Yusifin bulaqdan su içməyinə imkan vermədilər.

Nargilə qorxusundan əsirlərin saxlandığı yerə tərəf qaçmağa başlayanda ermənilər Yusifi göyə tullayıb nizəyə taxdılar. Nargilə qaça-qaça anası Fatiməgilin əsir saxlandığı yerə yaxınlaşdı. Ermənilər Yusifi nizəyə taxdıqdan sonra atı Nargilənin dalınca sürdülər. Nargilə anası Fatiməyə tərəf getsə ələ keçəcəyini hiss edib yerdə olan meyyitlərin arasına uzandı. Ermənilər gəlib meyitlərə çatdılar və kiminsə sağ qala biləcəyini yaxud bulaqdan qaçan uşağın meyittlərin arasında olacağı ehtimalını yoxlamaq üçün yerdəki meyittləri bir-bir nizələməyə başladılar. Növbə Nargiləyə çatdı nizə ilə Nargilənidə də vurdular Nargilə qorxusundan heç bir reyaksiya vermədi və ermənilər onu da ölmüş bildilər. Beləliklə erməni nizəsini izlərini bir ömür bədənində, qardaşları Yusif və Abuzərin ölümünü isə gözlərində daşıyan Nargilə nənəm sağ qaldı. Bu həyacanları yaşayan və yaşadan şəxslərin yanında erməni-türk dostluğundan danışanda adam xəcalət çəkir. Bizim qarşımızda bir məqsəd,bir amal olmalıdır, erməni vəhşiliyini, erməni vandalizmini dayanmadan dünyaya çatdırmaq…

Səməd Vəkilov

Hüquqşünas

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər