Sizin Reklam Burada

Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçiləri...

Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçiləri...Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin adlarını açıqlayıb.

Dövlət Komissiyasından bildirilib ki, Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən edilməsi və ekshumaasiyası işləri davam etdirilir.

Bu istiqamətdə aparılmış növbəti tədbirlər zamanı, 28 mart 2022-ci il tarixdə Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanmışdır.

Adı çəkilən yüksəklik uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir. Tapılmış meyit qalıqları ərazidən götürülərək müvafiq ekspertizanın aparılması üçün aidiyyəti üzrə təhvil veriləcəkdir.

Məlumat üçün bildiririk ki, Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər (siyahı əlavə edilir) Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınmışdır. Eyni zamanda, Dövlət Komissiyasında toplanmış məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən, Xocalı rayonu, Pirlər kəndində 46 nəfər, Ağdam rayonu, Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşmüşdür.

Fərrux yüksəkliyində və ətrafında kütləvi məzar yerlərinin olması ehtimalı nəzərə alınaraq, mütəxəssislərdən ibarət heyət tərəfindən ərazidə axtarış və müvafiq ekshumasiya tədbirlərinin aparılması planlaşdırılır. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Birinci Qarabağ müharibəsi zamanı Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin siyahısı

1. Abdullayev Əlibala Teyyub oğlu - 27.02.1972-19.09.1992

2. Ağayev Arzu Nazir oğlu - 16.12.1973-24.01.1993

3. Allahverdiyev Baba Müseyib oğlu - 13.11.1971 - 28.10.1992

4. Allahverdiyev Əhməd Ənvər oğlu - 30.04.1974 - 19.01.1993

5. Bağırov Baləddin Yusif oğlu - 19.11.1972 - 18.09.1992

6. Basenşpiler Mixail Arifoviç - 04.02.1963 - 19.09.1992

7. Baxışov Xəlil Salman oğlu - 01.07.1965 - 28.09.1992

8. Bədirxanov Mehman Əhməd oğlu - 27.02.1957 - 19.09.1992

9. Behbudov Əli Durmuşəli oğlu - 01.06.1971 - 19.09.1992

10. Cəbrayılov İlham İbrahim oğlu - 17.01.1973 - 19.09.1992

11. Cəfərov Mehman Əbdülrəhman oğlu - 28.01.1968 - 20.01.1993

12. Cəfərov Sənan Vəli oğlu - 05.08.1972-25.01.1993

13. Dadaşov İlham Adil oğlu - 19.06.1973-19.09.1992

14. Eminov Mehman Bəhram oğlu - 01.03.1974-25.01.1993

15. Eyvazov Məsud Eynulla oğlu - 08.12.1972-19.09.1992

16. Əhmədov Faiz Mahmud oğlu - 15.10.1956-20.01.1993

17. Əliməmmədov Vahid Zəbişah oğlu - 07.11.1971-13.11.1992

18. Əliyev Hidayət Kamal oğlu - 01.02.1973-27.10.1992

19. Əliyev İlqar Hidayət oğlu - 01.12.1972-24.01.1993

20 Əmiraslanov Bəxtiyar Cahid oğlu - 11.09.1971-29.10.1992

21. Əsgərov Bəxtiyar Ağabala oğlu - 25.01.1973-19.09.1992

22. Əzizov Pərviz Bayramqulu oğlu - 18.12.1969-28.10.1992

23. Fərzəliyev Vidadi Molut oğlu - 01.06.1962-25.01.1993

24. Həbibov Elnur Paşa oğlu - 21.12.1973-26.01.1993

25. Həsənov Eldəniz İlyas oğlu - 17.12.1969-01.01.1993

26. Hüseynov Cəsarət Binnət oğlu - 01.11.1973-27.10.1992

27. Hüseynov Hüseyn Əhməd oğlu - 21.06.1935-19.01.1993

28. Hüseynov Vüqar Cavanşir oğlu - 31.05.1973-19.09.1992

29. Hüseynov Vüqar Tahir oğlu - 09.07.1973-25.01.1993

30. Hüseynov Xəqani Saleh oğlu - 10.06.1970-28.10.1992

31. İbadov Maarif Məhiş oğlu - 18.05.1971-29.09.1992

32. İbrahimov Kərəm Hümbət oğlu - 05.05.1972-28.10.1992

33. İsmayılov Tahir İsa oğlu - 19.01.1965-30.10.1992

34. İsrafilli Həsən Hüseyn oğlu - 05.03.1958-18.06.1992

35. Kərimov Xaləddin Telman oğlu - 09.11.1968-27.10.1992

36. Qəhrəmanov Vidadi İslam oğlu - 30.03.1971-19.01.1993

37. Qəhrəmanov Qəhrəman Süleyman - 05.03.1973-30.09.1992

38. Qubadov Vüqar Hicran oğlu - 07.02.1973-19.09.1992

39. Qurbanov Natiq Mirzəli oğlu - 16.02.1970 30.10.1992

40. Qurbanov Rasim Fikrət oğlu - 19.12.1972-28.10.1992

41. Qurbanov Şaban Qulu oğlu - 08.11.1972-28.10.1992

42. Məmmədov Elman Nurəddin oğlu - 25.08.1970-11.02.1993

43. Məmmədov Faiz Kərim oğlu - 14.09.1971-29.10.1992

44. Məmmədov İlqar Nuru oğlu - 01.07.1961-26.01.1993

45. Məmmədov İlqar Şirzal oğlu 08.09.1971-19.09.1992

46. Məmmədov Mehman Tofiq oğlu - 15.04.1972-19.09.1992

47. Məmmədov Pərviz Aşralı oğlu - 04.05.1973-27.10.1992

48. Mənsimov Rüstəm İsrafil oğlu - 01.07.1970-28.10.1992

49. Mirzəyev Araz Seyfəddin oğlu - 28.07.1973-25.01.1993

50. Muxtarov Aydın Şaban oğlu - 29.05.1974-24.01.1993

51. Namazov Pəhlivan Elman oğlu - 29.12.1969-19.01.1993

52. Namazov Elçin Mahmud oğlu - 13.09.1962-30.10.1992

53. Nyuneçkin Vladimir Anatolyeviç - 03.02.1961-28.10.1992

54. Orucov Kamran Niyətulla oğlu - 27.01.1974-19.09.1992

55. Ömərov Nizaməddin Məcid oğlu - 09.10.1974-21.01.1993

56. Salmanov Sahib Salman oğlu - 16.04.1973-28.10.1992

57. Səmədov Hümbət Əhəd oğlu - 04.12.1966-13.06.1992

58. Svanidze Məhəmməd Fəzli oğlu - 18.04.1974-22.01.1993

59. Şirinov Zahid Əsədulla oğlu - 31.08.1971-20.09.1992

60. Tarverdipur Elşad Hüseyn oğlu - 18.03.1971-28.10.1992

61. Təsəlliyev Aqil Böyükağa oğlu - 02.02.1973-25.01.1993

62. Zeynalov Bədəl Babası oğlu - 19.11.1973-25.01.1993

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər