Rusiya hərbçiləri dünya çempionunu idman zalında güllələdi – FOTO
Dərc olunub:
31-03-2022, 16:56
İrpenə daxil olan Rusiya ordusunun hərbçiləri məşhur uşaq boks məşqçisi Aleksey Djunkivskini öldürüblər.
Avrasiya.net lent.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Boks Federasiyası məlumat yayıb.
Mərhumun yaxınlarının dediyinə görə, A.Djunkivski məşq zamanı idman zalında güllələnib.
Qeyd edək ki, Aleksey Djunkivski 4 dəfə hərbi qulluqçular arasında dünya çempionatının qalibi olub.
Karyerasını başa vurduqdan sonra uşaq məşqçisi olub və bir çox məşhur boksçular yetişdirib.
Məktəblilər arasında 2016-cı il Avropa çempionu Oleq Laquta və 2015-ci il Avropa çempionatının gümüş mükafatçısı Vladislav Marçuk da onun yetirmələridir.