Sizin Reklam Burada

Abşeronda taksi sürücüləri arasında dava — Təfərrüat

Abşeronda taksi sürücüləri arasında dava — TəfərrüatAbşeron rayonunda 1981-ci il təvəllüdlü İsmayıl şəxsi münasibətlər zəminində Şəhriyara xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, İsmayıl 30 may 2021-ci ildə, saat 23.30-da Abşeron rayonu “Sulu Təpə” dairəsində idarə etdiyi “VAZ 21074” markalı avtomobili ilə Bakı-Şamaxı yolu ilə hərəkətdə olan “Mersedes-Benz 190” markalı avtomobilin sürücüsü Şəhriyar yol hərəkəti qaydalarını pozduğu üçün siqnal verdiyinə görə öz avtomobilini sonuncunun avtomobilinin qarşısında saxlayıb .

O, avtomobilində sərnişin kimi əyləşmiş, şəxsiyyəti istintaqa məlum olayan şəxslə birlikdə yerə düşüb və Şəhriyara yaxınlaşıb, nə üçün siqnal verdiyini soruşub.

İsmayıl orada olan insanlarınm yanında Şəhriyarın ünvanına ucadan nalayiq ifadələr işlədib, yumruqla sifət nahiyəsinə qəsdən vurub.

İstintaq orqanı tərəfindən İsmayılın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsmayıl ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, taksilik fəaliyyəti ilə məşğul olduğu üçün Abşeron rayonu “Sulu Təpə” dairəsində yaşayan Şəhriyar adlı şəxsi tanıyır: “Özüm fərdi qaydada taksilik fəaliyyəti ilə məşğul olub, ailəmi dolandırıram. 30 may 2021-ci ildə, saat 23 radələrində idarə etdiyim Abşeron rayonu “Sulu Təpə” dairəsində tanımadığım üç nəfər müştəri idarə etdiyim “VAZ 21074” markalı avtomobilimə əyləşdi və müştəri kimi onları “Mexkalon” adlanan yerə aparmağı xahiş etdilər. Mən də onlarla o, razılaşdım. Həmin şəxslərdən biri qabaq oturacaqda, digər iki nəfər isə arxa oturacaqda əyləşdilər. Sulu təpə dairəsində körpünün yanı ilə hərəkət edən zaman arxadan hərəkət edən Mersedes Benz 190 markalı avtomobilin sürücüsü Şəhriyar təkrar-təkrar siqnal verib, yol istədi. Buna görə öz idarə etdiyim avtomobili saxladım. Həmin Mersedes Benz 190 markalı avtomobilin sürücüsüdə avtomobili saxladı. Avtomobildən düşdüm, həmin “Mersedes Benz 190” markalı avtomobilin sürücüsündən nə istədiyini soruşdum. Sürücü Şəhriyar qışqıraraq mənə nə üçün onun yoluna çıxdığımı bildirdi. Bu zaman aramızda mübahisə yarandı. Maşınımda olan sərnişinlər düşdü, bizə yaxınlaşdılar, sürücüyə nə üçün siqnal verməsini və mübahisə etdiklərini bildirdilər. Bu zaman avtomobilimdə qabaq oturacaqda oturan şəxs həmin “Mersedes Benz 190” markalı avtomobilin sürücüsünü əli ilə vurdu. Mən isə onların arasına girdim, müştəri ilə “Mersedes Benz 190” markalı avtomobilin sürücüsünün dalaşmaması üçün onları araladı. Sonra “Mersedes Benz 190” markalı avtomobilin sürücüsü Şəhriyar avtomobilimin açarlarını götürdü. Başım həmin sürücüyə qarışanda 3 nəfər müştərilər oradan getdilər. “Mersedes Benz 190” markalı avtomobilin sürücüsü ilə mübahisə təxminən 5 dəqiqə davam etdi”.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb.

İsmayıl 2 il 6 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər