Ruslar Ukraynada öz təyyarələrini vurdular
Ruslar Ukraynada öz təyyarələrindən birini təsadüfən vurublar.
Axar.az xəbər verir ki, bu barədə Britaniya elektron kəşfiyyatının rəhbəri Ceremi Fleminq deyib.
Fleminq bildirib ki, Ukraynadakı bəzi rus əsgərləri əmrləri yerinə yetirməkdən imtina edir:
“Onlar ruhdan düşüb və zəif təchiz olunub. Rusiya Prezidenti Vladimir Putin vəziyyəti dəyərləndirərkən səhv edib, həm Ukrayna xalqının müqavimətini, həm də Moskvanı sanksiyalarla cəzalandıran Qərbin qətiyyətini aşağı qiymətləndirib. Putinin müşavirləri ona həqiqəti söyləməkdən qorxurlar”.
Daha əvvəl ABŞ da bildirilmişdi ki, məsləhətçilər Putinə Rusiya ordusunun necə pis fəaliyyət göstərdiyi və sanksiyaların Rusiya iqtisadiyyatını necə çökdürdüyü barədə yanlış məlumat verirlər. Çünki ona həqiqəti söyləməkdən çox qorxurlar.