Şuşa gələn il Türk Dünyasının Mədəniyyət Paytaxtı ola bilər
Dərc olunub:
31-03-2022, 12:50
"Gələn il Türk Dünyasının Mədəniyyət Paytaxtı Şuşa ola bilər".
“Report”un Bursaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov təşkilatın Daimi Şurasının növbədənkənar iclasında deyib.
“İclasın gündəliyindəki mühüm məsələlərdən biri Türk Dünyası Mədəniyyət Paytaxtının gələn il üçün seçilməsidir. Bu baxımdan böyük rəmzi mənaya malik Şuşa şəhərinin namizədliyi mədəniyyət naziri Anar Kərimov tərəfindən müdafiə olunacaq. Ümidvaram ki, bu namizədliyi qalan iştirakçılar da dəstəkləyəcək”, - o bildirib.