"Ayasofiyanın ibadətə açılması yeni bir məscidin açılması deyil, tarixi bir səhvin düzəlişidir"“Bu gün Ayasofiyanın ibadətə açılması yeni bir məscidin açılması deyil, tarixi bir səhvin düzəlişidir. Ayasofiya bu gün məscid olmur, əsrlər öncə də məscid idi. 80 il əvvəl müzeyə çevirilən kilsə deyildi məscid idi bu məscid bir neçə yüz il kotolik kilsəsinə, bir neçə yüz il isə provaslav kilsəsinə və min ilə yaxında məscid olaraq fəaliyyət göstərmiş tarixi bir binadır”.

Bu sözləri Aktual.ge xəbər portalına Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov, bu gün Türkiyədə Ayasofiyanın məscid olaraq ibadətə açılmasını şərh edərkən söyləyib.GAK sədri deyib ki, Fateh Sultan həmin dövürdə Ayasofiyanı nə işğal nə də fəth etməyib o öz şəxsi hesabına sahiblərindən həmin yeri satın alıb və müsəlmanlara təhvil verib:“Fateh Sultan Ayasofiyanı öz şəxsi hesabına sahiblərindən satın alıb. Sonrakı illər də isə Ayasofiya məscid olaraq fəaliyyət göstərib, lakin daha sonra Türkiye Cumhuriyətinin Nazirlər Kabinetinin tarixi yalnış bir qərarı ilə Ayasofiya müzeyə çevirilib. Dünyanın heç bir yerində ibadətxanaların müzey kimi fəaliyyət göstərməsi düzgün şəkildə qiymətləndirilmir nə də belə bir halın geniş praktikası yoxdur. Dünyada çox möhtəşəm muzeylər vardır, fəqət müzey deyəndə ağıla ən son gələn elə Ayasofiya idi. Amma Ayasofiya ibadətxana kimi ağıla elə ilk gələnlərdən biridir”.

H.Yusubov qeyd edib ki, bu gün Ayasofiyanın məscid olaraq fəaliyyətini bərpa etməsini və ədalətin bərpa olunması münasibətilə Türk xalqını təbrik edirəm eyni zamanda xristiyanları da təbrik edirəm: “Çünki Ayasofiyada ibadət edənlərdə müsəlmanlar kimi həmin vahid Tanrıya ibadət edirlər. Allaha ibadət edən hər kəsi AyasofiyanınQeyd edək ki, Türkiyə məhkəməsinin qərarı ilə Ayasofiya müzeyi məscid olaraq ibadətə açılıb.
Daha bir icra başçısının müavini işdən çıxarıldıAğstafa Rayon İcra Hakimiyyətində kadr islahatları həyata keçirilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdiri Aydın Hacıyev tutduğu vəzifədən azad edilib.

Həmçinin, informasiya təminatı və təhlili işləri sektorunun müdiri Leyla İsayeva da tutduğu vəzifədən azad edilib. Hər iki vəzifəyə yeni təyinat həyata keçirilməyib.

Qeyd edək ki, keçmiş Ağstafa rayon icra başçısının birinci müavininin də yerinə hələ ki, yeni təyinat olmayıb.
Sabah iki ərəb ölkəsindən 100 vətəndaşımız ölkəmizə gətiriləcəkSəudiyyə Ərəbistanı Krallığında müvəqqəti və daimi əsasda yaşayan Azərbaycan vətəndaşlarının ölkəmizə təxliyə olunması ilə əlaqədar sabah səhər saatlarında "Azərbaycan Hava Yolları" (AZAL) Ər-Riyad-Bakı istiqaməti üzrə birbaşa çarter reysi həyata keçiriləcək.

Krallığın Azərbaycandakı səfirliyindən Avrasiya.net-ə verilən məlumata görə, çarter reysi ilə vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarından təcili olaraq səfirliklə əlaqə saxlanması xahiş olunur.

AZAL-ın qaydaılarına uyğun olaraq sözügedən çarter reysinə yalnız koronavirus testindən keçmiş və nəticəsi neqativ olan sərnişinlər buraxılacaq. Səfirlikdə verilən məlumata görə, Səudiyyə Ərəbistanı Krallığında və Bəhreyndə müvəqqəti və daimi yaşayan 100 Azərbaycan vətəndaşının sabah axşam Bakıya gətiriləcəyi planlaşdılrılıb.

Hər iki ölkədə yaşayan vətəndaşlarımızın vətənə gətirilməsi işində Azərbaycan Xarici İşlər Nazirliyi, Səudiyyə Ərəbistanı Krallığındakı Azərbaycan səfiri və səfirliyin əməkdaşları, baş konsulun xidmətlərini xüsusi qeyd etmək olar. Məhz onların və Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinin təxirəsalınmaz tədbirlərinin nəticəsində 100 vətəndaşımız ölkəmizə gətiriləcək.
Bir qrup vətən xaini Almaniyada Azərbaycana qarşı aksiya təşkil edibAzərbaycanda milli dövlətçilik ənənələrinin bərpası və qorunub saxlanılması, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkədə demokratik prinsiplərə əsaslanan hüquqi islahatların aparılması, respublikamızın bazar iqtisadiyyatı ilə irəliləməsi, diplomatik uğurlar məhz ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində əldə olundu.

Bu siyasətin uğurla inkişafını isə Cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirməkdədir!
Azərbaycan iqtisadiyyatı son illərdə özünün keyfiyyətcə yeni və həlledici mərhələsinə qədəm qoymuş, bir sıra sahələrdə kardinal islahatların aparılmasına siyasi, hüquqi və maddi zəmin hazırlayıb. Həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsinin hər bir fərdin maraq və mənafeyini özündə maksimum səviyyədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması möhtərəm Prezidentimiz İlham Əliyevin yüksək bilik və intellektə, təcrübə və istedada, geniş dünyagörüşünə, çevik idarəçilik məharətinə, güclü əzm və qətiyyətə malik lider olduğunu bir daha nümayiş etdirir. Xaql bunu görür və öz liderinə daima dəstək və arxa durur..!

Amma, əfsuslar olsun ki, Azərbaycanın suyunu içib, çörəyini yeyən və Avropada AntiAzərbaycan fəaliyyəti ilə məşğul olan bəzi üzdən iraq insanlar var. Rerdaksiyamız zaman zaman bu insanların əsl simasını ortaya qoyub.

Heç sübhəsiz ki, xalq da bu insanları çox yaxşı tanıyır..!
İyulun 9-da Almaniyada Azərbaycan səfirliyi qarşısında Azərbaycan dövlətinə, hakimiyyətinə qarşı təhqirlər və hədyanlar səsləndirən Aqil hüseynovlar, Elnur mirzəyevlər, Məmməd qarayevlər, Alış abdullayevlər, Tural sadıqlılar, Azər kazımzadələrin milli kimlikləri hər kəsə məlumdur. Bu yığıncağın tamadası Məmməd Qarayevin qaranlıq keçmişi var. Alış Abullayev isə özünü Kanal 13-ün jurnalisti kimi Avropaya sırımışdır. Tural Sadıqlı isə xarici qrantlardan ötrü milli kimliyini unutmuş dələduzdur. Azər Kazımzadə deparatçılığı ilə Azərbaycana düşmən mövqeyini sərgiləyən bir ünsürdür. Bu aksiyanın təşkilatçıları DAS adlı AntiAzərbaycan təşkilatında birləşərək, hər fürsətdə Azərbaycana qarşı olan ksmpaniyaların önündə gedirlər..

Aqil Hüseynov vaxtı ilə vətəndaşları müxtəlif yollarla aldadaraq onların pullarını mənimsəmiş və daha sonra məsuliyyətdən yayınmaq üçün Avropaya sığınıb. Bu şəxs Azərbaycanda dələduzluq etdiyi azmış kimi, Avropada da vətəndaşlardan pul yığmağa, dəstək almağa çalışır..! DAS təşkilatının mühasıbı kimi tanınır.

DAS təşkilatının rəhbərlərindən olan Elnur Mirzayevin dələduzluqları haqqında da Azərbaycan cəmiyyəti kifayət qədər məlumatlıdır. Bu adamın Azərbaycanda sənədlərin saxtalaşdırılması, qeyri qanuni fəaliyyətləri haqqında kifayət qədər məlumatlar vardır. Hətta bu dələduz Belçika dövlətindən rədd cavabı aldıqdan sonra Almaniyaya sığınıb və orada öz əxlaqsız əməllərini davam etməkdədir.!

Artıq Azərbaycan hüquq-mühafizə orqanları bu vətən xainlərinin fəaliyyəti haqqında xəbərdardılar və lazım olan bütün hüquqi addımlar atılıb. Belə vətən düşmənləri tezliklə qanun qarşısında cavab verməli olacaq və məsuliyyətdən yayına bilməyəcəklər və layiqli şəkildə cəzalandırılacaqlar!

Tərlan Novruzov
QHT yeni layihəyə start verib“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə insan alverinə qarşı mübarizə sahəsində maliyyələşdirdiyi “İnsan alverindən zərərçəkmiş və zərər çəkməsi ehtimal olunan şəxslərin müdafiəsi və sosial reabilitasiyasının həyata keçirilməsi” layihəsinin başlanmasına start verdi.

Layihənin məqsədi Bakı və Sumqayıt şəhərləri üzrə insan alverindən zərərçəkmiş və zərər çəkməsi ehtimal olunan şəxslərin təkrar qurbana çevrilməsinin qarşısını almaq, onların cəmiyyətə reinteqrasiyasına, normal həyat tərzinə qaytarılmasına nail olmaqdır. Bu məqsədlə onlara hüquqi, psixoloji, tibbi yardımların göstərilməsi, dövlət qurumları ilə əməkdaşlıq edərək təhsilinin davam etdirilməsi, peşə kurslarına istiqamətləndirilməsi, məşğulluğunun təmin edilməsi kimi yardımlar göstəriləcək, insan alverindən zərərçəkmiş və zərər çəkməsi ehtimal olunan şəxslərə istintaq prosesindən tutmuş, məhkəmə prosesi və sonrakı vaxtlarda da pulsuz hüquqi yardımlar göstəriləcək, vəkillə təmin edilməsinə nail olunacaq. Göstərilən yardımlardan tək insan alverindən zərərçəkmiş və zərər çəkməsi ehtimal olunan şəxslərin deyil, onların ailələrinin də yararlanması təmin olunacaq.
QHT yeni layihəyə start verib
73 yaşlı nənə amansızcasına döyülüb - FOTOLARŞirvan şəhəri, Bayramlı qəsəbəsi, H.Cavid küçəsi, ev 13-də yaşayan 1947-ci il təvəllüdlü Səmədova Tamilə Salah qızı gəlini və nəvəsi, nəvəsinin həyat yoldaşı tərəfindən vəhşicəsinə döyülüb.

T.Salahovanın Bakıda yaşayan qız nəvəsi Avrasiya.net-ə bildirib ki, iki ildir nənəsinə zülm ediblər: “Xəbərimiz olmayıb, nənəm başına gətirilənləri hamıdan gizlədib. İstəməyib ki, çamaat bilsin. Bu günlərdə xəbər tutmuşuq ki, ona zülm edilib”.

Nəvəninin dediklərinə görə, dayısı Nizami Səmədzadə 2005-ci il fevralın 11-də dünyasını dəyişib: “İki il olar ki, dayım oğlu Kənan evləndikdən sonra nənəmin adına olan evi ələ keçirmək üçün onun başına belə müsibətlər açıblar ki, ölümü tezləşsin və evi satıb şəhərin mərkəzinə köçsünlər”.

Nəvə onu da bildirib ki, nənəyə Skladol adlı narkotik tərkibli dərman içirdiblər, onu döyüblər, hətta saçından tutub sürüyüblər: “Nənən parkision xəstəsidir, günlərlə ac saxlanılıb, ancaq pomidor və çörək qoyublar qabağına. Nəvəsi Kənan ayaqlarının üstünə çıxıb, dabanları ilə onun ayaqlarını əzib. Hətta bir dəfə dayımın arvadı Ağça nənəmi saçından tutub dəhlizdən otağına kimi süryüb. Kənan da orada onun ağzına yastıq basıb ki, boğsun. Nənəm qışqırıb ki, öldür məni, boğ məni. O zaman qorxub, çəkilib kənara. Kənana yoldaşı Sevər də nənəmin çarpayısını aşırıb yerə ki, canın çıxsın yığ. Nənəm tək qalıb orada, özləri isə yemək yemək üçün aşağı düşüblər. Nənəmin ayağlarında qançır izləri də elə oradan yaranıb”.

Nənəyə edilən zülmün üstünün açıldığına gəlincə, nəvə deyib ki, nənə xalam oğluna xəbər göndərib ki, gəlib onu aparsınlar: “Xalam oğlu maşın tutub nənəmi aparıb evlərinə. Xalam onu çimizdirəndə bədənində, ayağında qançırların izini görüb. Nənəm əvvəlcə ona verilən işgəncələri gizlətmək istəyib. Sonradan hər şeyin üstü açılıb...”

Hazırda işgəncələrə məruz qaldığı iddia olunan Səmədova Tamilə Salah qızı Bakıda yaşayan qızının evindədir.

Nəvənin saytımıza açıqlamaları da nənənin qızlarına dediklərindəndir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
73 yaşlı nənə amansızcasına döyülüb - FOTOLAR
73 yaşlı nənə amansızcasına döyülüb - FOTOLAR
73 yaşlı nənə amansızcasına döyülüb - FOTOLAR
Koronavirusa yoluxmuş 2 məhkum azadlığa buraxıldı“Təcridxanalarda yeni yoluxmalar qeydə alınır”.

Avrasiya.net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, 12 saylı cəzaçəkmə müəssisəsində 11, 14 saylı cəzaçəkmə müəssisəsində 5, qadınların cəza çəkdiyi müəssisədə 2 məhkumun testi müsbət çıxıb:

“Yeni yoluxan həmin 18 nəfərdən ikisi qanunvericiliyə uyğun şəkildə vaxtından əvvəl şərti azadlığa buraxılaraq, müalicə almaq məqsədilə TƏBİB-ə təhsil verilib. Qalan şəxslər isə izolyasiya edilərək müalicələri davam etdirilir. Penitensiar xidmətdə dəyoluxma halları baş verir”.
Karantin nəticəsini verdi, Azərbaycanda vəziyyət düzəlirSon günlərdə yoluxanlarla sağalanların sayında bəlli sabitləşməyə nail ola bilmişik. Buna vətəndaşların qaydalara riayət etməsi nəticəsində nail olmuşuq.

Avrasiya.net xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib.

O bildirib ki, insanlar daha ciddi şəkildə qaydalara riayət edirlər: "Bunu marketlərdə və ictimai nəqliyyatda hiss edirik. Xəstəliyin ağırlaşmalarına inam çoxalıb. Artıq gündəlik yoluxanlarla sağalanların sayı bir-birinə çox yaxındır. Bu da bizim üçün çox əhəmiyyətli nüansdır".

Qeyd edək ki, bu gün Azərbaycanda 526 nəfər koronavirusa yoluxub, 8 nəfər dünyasını dəyişib, 502 nəfər sağalıb
Azərbaycanda daha 526 nəfər koronavirusa yoluxdu - 8 nəfər vəfat etdiAzərbaycanda 526 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 502 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Avrasiya.net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib.

Y.Qarayeva deyib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
"Əli Kərimli Əliheydər Qarayevlə müqayisə oluna bilər"Milli Şuranın videokonfransında Əli Kərimli Rahim Hacıyev tərəfindən “zəmanəmizin Rəsulzadəsi” elan edilib. Bu iddia böyük ironiya doğuraraq Cəmil Həsənlinin və Vidadi Mirkamalın etirazına səbəb olub. Qənimət Zahidin AXCP-yə və Milli Şuraya dividendlər qazandırdığı digər məsələlər də ifşa olunur.

Videokonfransda müzakirə olunan məsələlərə münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, tanınmış QHT sədri, politoloq Niyaməddin Orduxanlı “Sherg.az”a açıqlamasında təəssüf hissi ilə bildirib ki, dövlətimizin qurulmasında müstəsna xidmətləri olan, xalqımızın qüdrətli və siyasi lideri M.Ə.Rəsulzadəni Əli Kərimli ilə müqayisə edirlər. Niyaməddin Orduxanlının sözlərinə görə, Əli Kərimli yalnız Əliheydər Qarayevlə müqayisə oluna bilər: “Bu gün cəmiyyətimizin böyük əksəriyyəti sosial şəbəkələrdə öz mövqeyini bildirir. Əksəriyyət bu olanları gülünc hesab edir. Əliheydər Qarayevin adını təsadüfən çəkmədim. Onun tarixdəki rolu hər kəsə məlumdur. Rəsulzadənin qurduğu Demokratik Cümhuriyyətin işğalında onun böyük rolu olub. Ə.Qarayevin imzası ilə Azərbaycana rus qoşunlarının qaytarılması təşkil edilib. Milli Şuranın 2013-cü ildə təsis olunmasını həyata keçirən Rusiya idi.

Tarix təkrarlanır. Milli Şuranın yaradıcısı Rüstəm İbrahimbəyov idi. O, Milli Şuranın fəxri lideridir. R.İbrahimbəyov Rusiyada sığınacaq tapıb. Rusiyanın iradəsi ilə Azərbaycanda hakimiyyəti ələ keçirmək niyyətində idi. Bir neçə il öncə Milli Şura Rusiya Prezidenti Vladimir Putinə müraciət etmişdi. Əli Kərimlilər Putinə müraciətində Rüstəm İbrahimbəyovun prezident kimi namizəd olması üçün kömək istəyirdilər. Putini ən böyük demokrat adlandırırdılar. Bu baxımdan Əli Kərimli daha çox Əliheydər Qarayevə oxşayır. Çünki Əli Kərimli də Əliheydər Qarayev kimi Rusiyanın rəhbərinə müraciət edib, yardım istəyənlərdəndir. Tarixdə bu fakt Əli Kərimlinin fəaliyyətində qara ləkə kimi qalacaq. Necə ki, 100 il keçib, Əliheydər Qarayevin etdiyi xəyanət xatirlanır, Əli Kərimli də etdiyi xəyanətləri tarixçilər qeyd edəcək. Digər tərəfdən, Ə.Kərimli öz liderinə, gənc yaşlarında onu siyasi rəhbərliyə təyin etmiş Əbülfəz Elçibəyə, yaxın dostlarına, tələbə yoldşlarına ən böyük xəyanəti edənlərdən idi. Belə xəyanətkarın adını Rəsulzadə ilə yanaşı çəkmək gülüncdür. İnsan nə qədər qeyri-ciddi olar ki, belə bir ifadə səsləndirər”.