10 iyl 19:09Sosial

QHT yeni layihəyə start verib

QHT yeni layihəyə start verib“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə insan alverinə qarşı mübarizə sahəsində maliyyələşdirdiyi “İnsan alverindən zərərçəkmiş və zərər çəkməsi ehtimal olunan şəxslərin müdafiəsi və sosial reabilitasiyasının həyata keçirilməsi” layihəsinin başlanmasına start verdi.

Layihənin məqsədi Bakı və Sumqayıt şəhərləri üzrə insan alverindən zərərçəkmiş və zərər çəkməsi ehtimal olunan şəxslərin təkrar qurbana çevrilməsinin qarşısını almaq, onların cəmiyyətə reinteqrasiyasına, normal həyat tərzinə qaytarılmasına nail olmaqdır. Bu məqsədlə onlara hüquqi, psixoloji, tibbi yardımların göstərilməsi, dövlət qurumları ilə əməkdaşlıq edərək təhsilinin davam etdirilməsi, peşə kurslarına istiqamətləndirilməsi, məşğulluğunun təmin edilməsi kimi yardımlar göstəriləcək, insan alverindən zərərçəkmiş və zərər çəkməsi ehtimal olunan şəxslərə istintaq prosesindən tutmuş, məhkəmə prosesi və sonrakı vaxtlarda da pulsuz hüquqi yardımlar göstəriləcək, vəkillə təmin edilməsinə nail olunacaq. Göstərilən yardımlardan tək insan alverindən zərərçəkmiş və zərər çəkməsi ehtimal olunan şəxslərin deyil, onların ailələrinin də yararlanması təmin olunacaq.
QHT yeni layihəyə start verib
XƏBƏR LENTİ
12-08-2020, 15:53

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.