10 iyl 13:40Sosial

Sumqayıt Texnologiyalar Parkının baş direktoru istefa verdi

Sumqayıt Texnologiyalar Parkının baş direktoru istefa verdiSumqayıt Texnologiyalar Parkı MMC-nin (STP) baş direktoru Emin Məmmədov tutduğu vəzifədən istefa verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, onun vəzifəsindən azad edilməsi ilə bağlı ərizəsi artıq təsdiqlənib və iyulun 15-dən sonra işini tərk edəcək. E.Məmmədovun yerinə hələlik təyinat yoxdur.

Xatırladaq ki, o, müxtəlif illərdə Böyük Britaniyanın HSBC Bankında, Avropa Yenidənqurma və İnkişaf Bankında, eləcə də Express Bank ASC-də çalışıb.

STP 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 225,9 milyon manatdır. Şirkət İqtisadiyyat Nazirliyinə məxsus Sumqayıt Kimya Sənaye Parkı MMC-nin rezidentidir və ötən ilin noyabr ayından PAŞA Holdinq MMC-nin nəzarətinə keçib.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.